Milli Bankın sədri Elman Rüstəmovun xalası oğlu, adı korrupsiyada, rüşvətdə halanan Talıb Quliyevin əlilliyi olan insanlara qarşı qərəzli mövqeyi

Milli Bankın sədri Elman Rüstəmovun xalası oğlu, adı korrupsiyada, rüşvətdə halanan Talıb Quliyevin xəstə əlilliyi olan insanlara qarşı haqsızlıq və ədalətsizliyi barədə məlumat paylaşdıq. Məlumatda qeyd olunr ki, “Beynəlxalq Əlillər Cəmiyyəti” hər il Ulu Öndər Heydər Əliyevin anım günü ilə əlaqədar onun məzarını ziyarət etdikdən sonra, ofislərinin qarşısında fiziki məhdudiyyətli şəxslər ağac əkiblər. Bu ağac əkmək aksiyası 20 ilə yaxındır ki, ənənə olaraq davam edir və həmin bağın ərazisində 600 dən çox ağac əkilmişdir.

Bu yerin qorunub saxlanması üçün Nizami rayon icra hakimyyətinə müraciət etsək də, bizim nəzarətimizə verilməkdən imtina edildi və səbəbidə bildirildi ki, burada yüksək gərginlikli elektrik hava xətlərinin mühafizə zonasından keçir. Lakin bir müddət sonra həmin yer Planet şadlıq sarayının tikilməsi üçün verildi və bizim əziyyıtlə,illərlə əkdiyimiz ağaclar kəsildi. Planet şadlıq sarayı sahibkar Milli Bankın sədri Elman Rüstəmovun xalası oğlu Talıb Quliyevdir. Bununla əlaqədar olaraq biz ölkə başçısına və ölkənmizin vitse prezidenti Mehriban xanıma müraciət ünvanladıq deyə qeyd olunub.

BANK REKVİZİTLƏRİ:

“Beynəlxalq Əlillər Dünyası”İctimai Birliyinin bu bank hesabının xeyirxah insanların maddi yardımına böyük ehtiyacı vardır.

Edilən hər bir yaxşılığa görə cəmiyyət adından əvvəlcədən təşəkkürümüzü bildiririk.

Azərbaycan Beynəlxalq Bankının “Sənaye” Filialı

AZ 82 IBAZ 38090 01 944 2609752 211- AZN;

AZ 72 IBAZ 38190 01 840 2609752 211- USD

ƏLİLLƏR DÜNYASI QƏZETİ

BAŞ REDAKTORDAN

Nə üçün "Əlillər Dünyası" ?

Qəzetin təsisçisi və baş redaktoru Tahir Xudiyev: "Əlillər Dünyası" sizin öz dünyanız olacaq"

“Əlillər Dünyası” qəzeti 2002-ci ildən təsis olunub. Dövlət qeydiyyatından keçən hüquqi, İctimai-siyasi qəzet olan "Əlillər Dünyası"nın  əsas məqsədi cəmiyyətdə əlillərin potensialını göstərmək, onların heç də ianə ünvanı olmadığını diqqətə çatdırmaqdır. Əlillərə göstərilən qayğı, onların arzuları, düşüncələri, eləcə də problemləri qəzetimizdə öz əksini tapacaqdır. Əhalinin bu kontingentinə biganə münasibət bəsləyən məmurlar kəskin tənqid hədəfimizə çevriləcəklər. Əlillərlə bağl

RƏYLƏR

"ƏLİLLƏR DÜNYASI"na xoş arzular

"Qeyd etmək istəyirəm ki, böyük enreji ehtiyatlarına malik Azərbaycan bu gün də sürətlə inkişaf edir. Mən əminəm ki, qəzetinizin kollektivi də ölkənizin belə sürətli inkişafı ilə ayaqlaşır. Həqiqətən də, "Əlillər Dünyası" qəzetinin kollektivi fəaliyyət göstərdiyi sahədə gənc, müstəqil Azərbaycan dövləti üçün böyük işlər görür". Enn Dersi, ABŞ-ın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri ("Əlillər Dünyası" в„– 17, 2 sentyabr, 2008-ci il)

VİDEOLENT

Beynəlxalq Əlillər Cəmiyyəti

FOTO QALEREYA