“Beynəlxalq Əlillər Cəmiyyəti” Beynəlxalq Əlillər Gününü qeyd etdi

  Məlumdur ki, 1992-ci ildə BMT  Baş Məclisinin qərarı ilə dekabr ayının üçünün "Əlilliyi olan insanların Beynəlxalq günü" kimi qeyd olunması haqqında Bəyannamə qəbul edilmişdir. Əlilliyi olan insanların sosial müdafiəsinin yaxşılaşdırılması məqsədi ilə Azərbaycan Respublikası 2008-ci ildən BMT-nin Əlillərin Hüquqları haqqında Konvensiyaya qoşulub. “Beynəlxalq Əlillər Cəmiyyəti” İctimai Birliyi də ənənəvi olaraq hər il bu günü müxtəlif tədbirlərlə qeyd edir.

“Beynəlxalq Əlillər Cəmiyyəti” İB-in Sədri Tahir Xudiyevin təşəbbüsü ilə bu il  Azərbaycan Yazıçılar Birliyinin (AYB) Birinci katibi, Xalq yazıçısı, hüquq elmləri doktoru, Azərbaycanın dünya şöhrətli detektiv yazıçısı, nasir, publisist Çingiz Abdullayevlə birgə “3 dekabr-Beynəlxalq Əlillər Günü” ilə əlaqədar tədbir  təşkil edildi. Bu gün Azərbaycan Yazıçılar Birliyinin Böyük zalında keçirilən tədbiri giriş sözü ilə Çingiz Abdullayev açaraq 30 noyabr 2021-ci il tarixində helikopter qəzasında həlak olmuş 14 nəfər hərbçilərimizin xatirəsini 1 dəqiqəlik sükutla yad etməyi xahiş etdi. Bundan sonra Azərbaycan Respublikasının Himni səsləndirildi, Sağlamlıq İmkanları Məhdud uşaqlar üçün 3 saylı İnternatın şagirdləri xüsusi jestlərlə Himni ifa etdilər, sonra isə yenə də jestlərlə öz ürək sözlərini  bildirdilər.

Sonra Çingiz Abdullayev tək xəstə və əlilliyi olan insanlara deyil, cəmiyyətimizin bütün təbəqəsindən olan insanlara xüsusi qayğı və diqqətlə yanaşmalı olmalarından danışdı.

BƏC İB Sədri Tahir Xudiyev çıxış edərək söylədi ki, 3 Dekabr Beynəlxalq Əlillər Günü heç də bayram günü deyil. Məqsəd dövlət və digər təşkilatların, eləcə də cəmiyyətin diqqətini əlilliyi olan insanların problemlərinin həllinə yönəltməkdir. Onların ləyaqətlərinin qorunmasına, hüquqlarının müdafiəsinə, sosial rifahlarının yaxşılaşdırılmasına, həyata inteqrasiyasına nail olmaqdır. Əlilliyi olan insanların  pozulmuş hüquqlarının müdafiəsində Cəmiyyətimizin gördüyü işlərə 100-lərlə misal çəkə bilərəm. İllər öncə əlilliyi olan müəllimlər  onların əmək haqqlarına 25 faiz əlavə hesablanmalı olan pulun onlara verimədiyindən şikayət etmişdilər. Bundan başqa ƏƏSMN və TSEK-lər tərəfindən Cəza Çəkmə Müəssisələrindəki əlil məhkumların pensiyaları da verilmirdi, CCM-larda əlilliyi olan və imtiyazlı insanların protezləşmələri həyata keçirilmirdi, bu işlərə böyük səhlənkarlıqla yanaşılırdı. Bu problemlərin həll olunmasında da “Beynəlxalq Əlilər Cəmiyyəti”  və “Əlillər Dünyası” qəzetinin  xüsusi rolu olmuşdur.

Bundan başqa əlilliyi olan və imtiyazlı şəxslərlə bağlı aidiyyəti dövlət təşkilatlarına müxtəlif təkliflər vermişik. Bunlardan qəbul olunanı da olub, olunmayanı da.

Onu da deyim ki, gördüyümüz işlər heç də asanlıqla başa gəlməyib, müneçilik və təzyiqlər olub.  Amma biz fikir verməmiş, işimizin öhdəsindən gəlməyə çalışmışıq.

Elə bu günkü tədbrin keçirilməsi üçün yerlə bağlı bir neçə təşkilata müraciət etsək də laqeyd yanaşıldı. Azərbaycan Yazıçılar Birliyi isə böyük məmnuniyyətlə razılıq verdi, bunun üçün xüsusi təşəkkürümüzü bildiririk.

Qarabağ qazısı, hərbi hissə komandiri Xudu Xudiyev əlilliyi olan insanların  sosial problemlərinin həllində gördüyü işlərə görə BƏC İB-in kollektivinə təşəkkürünü bildirdi.

Tədbirdə DOST Agentliyini təmsil edən Leyla xanım İmanova Çingiz Abdullayevin əlilliyi olan insanlara göstərdiyi bu diqqət və qayğısına görə minnətdarlığını bildirdi.

BƏC İB İdarə Heyəti üzvləri- Zərnişan Turan, 2-ci qrup əlil Xatirə Cabbarzadə və 1-ci qrup əlil Saleh Əzizli, eləcə də Gözdən Əlillər Kitabxanasının əməkdaşı, 1-ci qrup gözdən əlil Nazlı Əliyeva, Sağlamlıq İmkanları Məhdud uşaqlar üçün 3 saylı İnternatın müəllimi Günel Kərimova əlilliyi olan insanların mövcud problemlərindən danışdılar və onların həll olunması üçün dövlət təşkilatlarının lazımi tədbir görmələri üçün fikirlərini bildirdilər.

Tədbirdə iştirak edən ƏN Penitensiar Xidmətinin əməkdaşı İlham Bədəlov, Birinci Qarabağ döyüşçüsü, AYB-nın üzvü Maşallah Məftun, şair, yazıçı, dramaturq, tərcüməçi, AYB-nın üzvü Seyran Səxavət, BƏC İB-in Qarabağ Regionu üzrə Nümayəndəliyinin rəhbəri, İdarə Heyəti üzvü Həsənağa Bayramov, BƏC İB-in Ağsaqqallar Şurasının üzvləri- Dilsuz İsmayılov və ADNSU-nun dossenti Cavid Əsgərov  da çıxış etdilər.

Tədbir ərzində 1-ci qrup əlil, istedadlı gənc rəssam Ramil Əhmədovun nümayiş olunan yağlı boya ilə işlənmiş əsərləri hamını heyran etdi, Çingiz Abdullayev bu əsərlərin gözəlliyini xüsusi vurguladı.

Tədbirdə Ombudsman Aparatı, Səhiyyə Nazirliyi, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Statistika Komitəsi, İşgəncələrə Qarşı Azərbaycan Komitəsi və digər  dövlət təşkilatları, Azərbaycanda fəaliyyət göstərən beynəlxalq təşkilatların nümayəndələri, eləcə də  icmaiyyət və KİV nümayəndələri iştirak edirdilər.

         Sonda BƏC İB-in Sədri Tahir Xudiyev çıxış edərək bildirdi ki, gördüyümüz bütün işlər həm Allah qarşısında savabdır, həm də dövlətimizin sosial siyasətinə dəstəkdir.

        Tədbirin sonunda Beynəlxalq miqyasda müasir oxucu auditoriyası formalaşdırdığına  və oxucuların dərin rəğbətini qazandığına görə Xalq yazıçısı Çingiz Abdullayevə "Beynəlxalq Əlillər Cəmiyyəti"nin Fəxri Fərmanı təqdim edildi.

 “Əlillər Dünyası” qəzeti qəzetindən

   02.12.2021

 

BANK REKVİZİTLƏRİ:

“Beynəlxalq Əlillər Dünyası”İctimai Birliyinin bu bank hesabının xeyirxah insanların maddi yardımına böyük ehtiyacı vardır.

Edilən hər bir yaxşılığa görə cəmiyyət adından əvvəlcədən təşəkkürümüzü bildiririk.

Azərbaycan Beynəlxalq Bankının “Sənaye” Filialı

AZ 82 IBAZ 38090 01 944 2609752 211- AZN;

AZ 72 IBAZ 38190 01 840 2609752 211- USD

ƏLİLLƏR DÜNYASI QƏZETİ

BAŞ REDAKTORDAN

Nə üçün "Əlillər Dünyası" ?

Qəzetin təsisçisi və baş redaktoru Tahir Xudiyev: "Əlillər Dünyası" sizin öz dünyanız olacaq"

“Əlillər Dünyası” qəzeti 2002-ci ildən təsis olunub. Dövlət qeydiyyatından keçən hüquqi, İctimai-siyasi qəzet olan "Əlillər Dünyası"nın  əsas məqsədi cəmiyyətdə əlillərin potensialını göstərmək, onların heç də ianə ünvanı olmadığını diqqətə çatdırmaqdır. Əlillərə göstərilən qayğı, onların arzuları, düşüncələri, eləcə də problemləri qəzetimizdə öz əksini tapacaqdır. Əhalinin bu kontingentinə biganə münasibət bəsləyən məmurlar kəskin tənqid hədəfimizə çevriləcəklər. Əlillərlə bağl

RƏYLƏR

"ƏLİLLƏR DÜNYASI"na xoş arzular

"Qeyd etmək istəyirəm ki, böyük enreji ehtiyatlarına malik Azərbaycan bu gün də sürətlə inkişaf edir. Mən əminəm ki, qəzetinizin kollektivi də ölkənizin belə sürətli inkişafı ilə ayaqlaşır. Həqiqətən də, "Əlillər Dünyası" qəzetinin kollektivi fəaliyyət göstərdiyi sahədə gənc, müstəqil Azərbaycan dövləti üçün böyük işlər görür". Enn Dersi, ABŞ-ın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri ("Əlillər Dünyası" в„– 17, 2 sentyabr, 2008-ci il)

VİDEOLENT

Beynəlxalq Əlillər Cəmiyyəti

FOTO QALEREYA