1990-cı il 20 yanvarın qanlı xatirələri

Hər il 20 yanvar yaxınlaşarkən 1990-cı ildəki, yaddaşımızdan silinməyən qanlı hadisələr gözümün qarşısından yenidən kino lenti kimi gəlib keçir. O vaxt xalqla dövlət arasında böyük vəhdət yaranmışdı.  

İndi danışacağım hadisə bəlkə də kiminsə xatirində və ya çəkilş kimi arxivində qalıb: 20 Yanvar şəhidlərinin 40 mərasimi günündə ziyarət məqsədi ilə o vaxtkı Əzizbəyov, Nizami, Sabunçu və Suraxanı rayonlarının sakinləri o vaxtkı Əzizbəyov metrosu ərazisində toplaşaraq Şəhidlr Xiyabanına üz tutduq. Qaqarin körpüsü yanında isə Xətai rayonunun sakinləri də bizə qoşuldu.  Mən də o dövrlərdə milli xalq hərəkatının öncüllərindən, söz sahiblərindən biri idim. 150 minədək kütlənin qarşısında Böyük Vətən Müharibəsi veteranı olan atamın 07-07 nömrəli “Zaporojest” markalı avtomoli ilə mən və əslən Dərələzli olan Qara Həsən ləqəbli dostum gedirdik. Qaqarin körpüsünü keçəndən sonra o vaxt özünün polkovnik kimi təqdim edən, xalqa çox yaxşı məlum olan( adını çəkmək istəmirəm) bir nəfər kütlənin qarşısına çıxaraq camaatı Hökumət Evinin qarşısından aparmağa təkid edirdi. Lakin bir nəfər başqa gənc isə yalvararaq bildirdi ki, əli qana batmış sovet-rus imperiyasının hərbçiləri Hökumət Evinin qarşısında hazır silahlı dayanıblar. Ordan keçmək xalqı yenidən qırğına verməkdir. “Polkovnik” yenidən bizə yanaşanda mən onu acılayıb qovdum. Kütləni Hökumət Evinin arxası ilə aparmağa nail olduq. Bununla da xalqı yenidən qırğından qurtardıq.

O vaxtdan 31 il keçib. Zamanla  hər kəs öz layiqli adını alır. “Polkovnik” o hadisədən sonra da öz xəyanətkar hərəkətləri, vətənə “xidmətlər”i ilə kim olduğunu Qarabağ döyüşlərində də sübut etdi. Sonradan məlum oldu ki, xalqı yenidən qırğına verməmək üçün yalvaran gənc isə mötəbər dövlət qurumunun əməkdaşı imiş. Onu həmişə hörmət və ehtiramla andığımız kimi, “polkovniki” də özünəlayiq “hörmətlə” xatırlayırıq.

Bəzi deputatlar 20 Yanvarda həlak olanlar barəsində - evlərində güllə dəyib onlara, şəhid deyillər,- desə də, fikrimcə, onlar Azərbaycanımızın müstəqilliyi uğrunda ilk şəhidlərdir. Sağ qalsaq da, biz də canlı şəhidlərik. Əgər Azərbaycanımızın müstəqilliyi üçün hər hansı bir təhlükə yaranarsa, bizlər hər an şəhid olmağa hazırıq.

 

Tahir Xudiyev

"Əlillər Dünyası" qəzetinin Baş Redaktoru

20.01.2022                                       

BANK REKVİZİTLƏRİ:

“Beynəlxalq Əlillər Dünyası”İctimai Birliyinin bu bank hesabının xeyirxah insanların maddi yardımına böyük ehtiyacı vardır.

Edilən hər bir yaxşılığa görə cəmiyyət adından əvvəlcədən təşəkkürümüzü bildiririk.

Azərbaycan Beynəlxalq Bankının “Sənaye” Filialı

AZ 82 IBAZ 38090 01 944 2609752 211- AZN;

AZ 72 IBAZ 38190 01 840 2609752 211- USD

ƏLİLLƏR DÜNYASI QƏZETİ

BAŞ REDAKTORDAN

Nə üçün "Əlillər Dünyası" ?

Qəzetin təsisçisi və baş redaktoru Tahir Xudiyev: "Əlillər Dünyası" sizin öz dünyanız olacaq"

“Əlillər Dünyası” qəzeti 2002-ci ildən təsis olunub. Dövlət qeydiyyatından keçən hüquqi, İctimai-siyasi qəzet olan "Əlillər Dünyası"nın  əsas məqsədi cəmiyyətdə əlillərin potensialını göstərmək, onların heç də ianə ünvanı olmadığını diqqətə çatdırmaqdır. Əlillərə göstərilən qayğı, onların arzuları, düşüncələri, eləcə də problemləri qəzetimizdə öz əksini tapacaqdır. Əhalinin bu kontingentinə biganə münasibət bəsləyən məmurlar kəskin tənqid hədəfimizə çevriləcəklər. Əlillərlə bağl

RƏYLƏR

"ƏLİLLƏR DÜNYASI"na xoş arzular

"Qeyd etmək istəyirəm ki, böyük enreji ehtiyatlarına malik Azərbaycan bu gün də sürətlə inkişaf edir. Mən əminəm ki, qəzetinizin kollektivi də ölkənizin belə sürətli inkişafı ilə ayaqlaşır. Həqiqətən də, "Əlillər Dünyası" qəzetinin kollektivi fəaliyyət göstərdiyi sahədə gənc, müstəqil Azərbaycan dövləti üçün böyük işlər görür". Enn Dersi, ABŞ-ın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri ("Əlillər Dünyası" в„– 17, 2 sentyabr, 2008-ci il)

VİDEOLENT

Beynəlxalq Əlillər Cəmiyyəti

FOTO QALEREYA