Agentliyin maliyyə yardımı ilə həssas sosial qruplara aid vətəndaşlara tibbi, hüquqi və psixoloji xidmətlər göstəriləcək

                              

Azərbaycan Respublikasının QHT-lərə Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “Beynəlxalq Əlillər Cəmiyyəti" İB01.02.2022-ci il tarixindən 01.05.2022-ci il tarixinədək "Həssas sosial qruplara aid vətəndaşlar üçün tibbi, hüquqi və psixoloji xidmətlərin təşkili" adlı layihənin həyata keçirilməsinə başlayıb. Layihə zamanı bütün kateqoriyadan olan əlilliyi olan şəxslər, Azərbaycanın ərazi bütövlüyü uğrunda döyüşüb əlil olmuş şəxslər və döyüşçülər, şəhid ailələri və Milli Qəhrəman ailələri, məcburi köçkünlər, həmçinin əlilliyi olan məhbusların və onların ailə üzvlərinin tibbi-sosial, hüquqi, psixoloji problemləri öyrənilərək həlli istiqamətində işlər aparılacaq, onlara psixoloji xidmət göstəriləcək, eləcə də onlarla maarifləndirmə işləri aparılacaq.

Bu gün - 16 fevral 2022-ci il tarixində “SƏS” İnformasiya Agentliyində bir çox dövlət təşkilatlarının iştirakı ilə layihənin təqdimatına həsr olunmuş Mətbuat Konfransı keçirildi. Mətbuat Konfransını giriş sözü ilə açan "Beynəlxalq Əlillər Cəmiyyəti" İB-in Sədri və layihənin rəhbəri Tahir Xudiyev layihənin məqsədləri və görüləcək işlər barədə danışdı. O bildirdi ki,həssas sosial qruplara aid vətəndaşlar dövlət tərəfindən xüsusi hüquq və azadlıqlara malik olsalar da onların əksəriyyəti öz hüquqlarını bilmir. Bunu ofisdə fəaliyyət göstərən qaynar xəttə edilən zənglər, daxil olan məktublar sübüt edir. Odur ki, 3 ay davam edəcək layihə zamanımaarifləndirmə məqsədi ilə “İmtiyazlı şəxslər üçün məlumat kitabı” da nəşr edilib iştirakçılara paylanılacaq.

        

    Çıxış edənlər – OMBUDSMAN Aparatının əməkdaşı Aytən Tanrıverdiyeva, Gənclər və İdman Nazirliyinin əməkdaşı Elnarə Əliyeva, Penitensiar Xidmətin nümayəndəsi Nofəl Əsədov, KUNGFU Federasiyasının prezidenti Davud Mahmudov  əhalinin həssas sosial qruplarına aid olan vətəndaşların sosial problemlərinin həlli yolunda həyata keçirilən bu layihənin vacibliyindən danışdılar və layihənin icraçılarına uğurlar arzuladılar. Həmçinin lazim gələrsə, ictimai birliyin bu sahədə gördüyü işlərə təmsil etdikləri dövlət təşkilatları tərəfindən dəstək göstəriləcəyini də bildirdilər.

İctimai Birliyin İdarə Heyəti üzvləri - Xatirə Cabbarzadə, Zərnişan Azayeva, Sabir Musayev,  “Beynəlxalq Əlillər Cəmiyyəti” İB-in Ağsaqqallar Şurasının üzvləri- Dilsuz İsmayılov və Nizami Əfəndiyev çıxış edrək laynız layihə ərzində deyil, eləcə də layihədən kənar vaxtlarda da İctimai Birliyin əhalinin həssas sosial qruplarına aid olan vətəndaşlarına göstərdiyi tibbi, hüquqi və psixoloji köməkliklərdən danışdılar, həmçinin layihənin sonunda həmin kateqoriyalı insanların həyata adaptasiyası və reabilitasiyası ilə bağlı əlavə təkliflərin  hazırlanaraq aidiyyəti dövlət qurumlarına təqdim ediləcəyini bildirdilər.

            Tədbirdə Ailə, Qadın, Uşaq Problemləri üzrə Dövlət Komitəsinin nümayəndələri Ülviyyə Usubova və Səmra Əliyeva, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin nümayəndəsi Orxan Maşayev, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin nümayəndəsi Ruhəngiz Qarayeva, QHT, KİV və ictimaiyyət nümayəndələri də iştirak edirdilər.

            Tədbirin sonunda xatirə şəkli çəkildi.

            Məlahət Abdullayeva

            16.02.2022

 

           

BANK REKVİZİTLƏRİ:

“Beynəlxalq Əlillər Dünyası”İctimai Birliyinin bu bank hesabının xeyirxah insanların maddi yardımına böyük ehtiyacı vardır.

Edilən hər bir yaxşılığa görə cəmiyyət adından əvvəlcədən təşəkkürümüzü bildiririk.

Azərbaycan Beynəlxalq Bankının “Sənaye” Filialı

AZ 82 IBAZ 38090 01 944 2609752 211- AZN;

AZ 72 IBAZ 38190 01 840 2609752 211- USD

ƏLİLLƏR DÜNYASI QƏZETİ

BAŞ REDAKTORDAN

Nə üçün "Əlillər Dünyası" ?

Qəzetin təsisçisi və baş redaktoru Tahir Xudiyev: "Əlillər Dünyası" sizin öz dünyanız olacaq"

“Əlillər Dünyası” qəzeti 2002-ci ildən təsis olunub. Dövlət qeydiyyatından keçən hüquqi, İctimai-siyasi qəzet olan "Əlillər Dünyası"nın  əsas məqsədi cəmiyyətdə əlillərin potensialını göstərmək, onların heç də ianə ünvanı olmadığını diqqətə çatdırmaqdır. Əlillərə göstərilən qayğı, onların arzuları, düşüncələri, eləcə də problemləri qəzetimizdə öz əksini tapacaqdır. Əhalinin bu kontingentinə biganə münasibət bəsləyən məmurlar kəskin tənqid hədəfimizə çevriləcəklər. Əlillərlə bağl

RƏYLƏR

"ƏLİLLƏR DÜNYASI"na xoş arzular

"Qeyd etmək istəyirəm ki, böyük enreji ehtiyatlarına malik Azərbaycan bu gün də sürətlə inkişaf edir. Mən əminəm ki, qəzetinizin kollektivi də ölkənizin belə sürətli inkişafı ilə ayaqlaşır. Həqiqətən də, "Əlillər Dünyası" qəzetinin kollektivi fəaliyyət göstərdiyi sahədə gənc, müstəqil Azərbaycan dövləti üçün böyük işlər görür". Enn Dersi, ABŞ-ın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri ("Əlillər Dünyası" в„– 17, 2 sentyabr, 2008-ci il)

VİDEOLENT

Beynəlxalq Əlillər Cəmiyyəti

FOTO QALEREYA