“Beynəlxalq Əlillər Cəmiyyəti” İB, “Türk Dünyası Turan Düşüncə Mərkəzi” İB və “Əlillər Dünyası” qəzetinin kollektivi adından Azərbaycan xalqına MÜRACİƏT

Hörmətli Azərbaycan xalqı,

Ukrayna dövləti və xalqı üçün bu çətin və həlledici günlərdə onlarla bir olduğumuzu yalnız silah götürüb döyüşməklə deyil, öz evimizdən də bildirə bilərik. Neçə gündür Ukrayna səfirliyinin qarşısında Ukrayna xalqına bacardığı mənəvi və maddi köməklik etmək üçün növbəyə dayanan sülhsevər xalqımızın nümayəndələri bunu bütün dünyaya bəyan edir.

 Bütün Azərbaycan xalqına müraciət edirik - hal-hazırda Ukraynadan evakuasiya olunan ailələrə öz ailələrimizdə müvəqqəti sığınacaq vermək mənfur düşmənə qalib gəlməsi üçün Ukrayna xalqına mənəvi dəstəkdir.

Onu xüsusi qeyd edək ki, Ukrayna dövlətinin və xalqının qələbəsi şər qüvvələr üzərində qələbə deməkdir. Ukraynanın qələbəsi Qarabağda tam qələbə qazanmağımıza da dəstəkdir. 

Ukraynadan ölkəmizə pənah gətirən ailələri öz ailələrində yerləşdirmək istəyən vətəndaşlarımızdan bizimlə əlaqə saxlamağı xahiş edirik.

Əlaqə telefonu:   (050/55/70) 363 99 09;  (012) 421 54 08; (012) 511 69 09

 

Tahir Xudiyev

Sədr

02.03.2022                                                

BANK REKVİZİTLƏRİ:

“Beynəlxalq Əlillər Dünyası”İctimai Birliyinin bu bank hesabının xeyirxah insanların maddi yardımına böyük ehtiyacı vardır.

Edilən hər bir yaxşılığa görə cəmiyyət adından əvvəlcədən təşəkkürümüzü bildiririk.

Azərbaycan Beynəlxalq Bankının “Sənaye” Filialı

AZ 82 IBAZ 38090 01 944 2609752 211- AZN;

AZ 72 IBAZ 38190 01 840 2609752 211- USD

ƏLİLLƏR DÜNYASI QƏZETİ

BAŞ REDAKTORDAN

Nə üçün "Əlillər Dünyası" ?

Qəzetin təsisçisi və baş redaktoru Tahir Xudiyev: "Əlillər Dünyası" sizin öz dünyanız olacaq"

“Əlillər Dünyası” qəzeti 2002-ci ildən təsis olunub. Dövlət qeydiyyatından keçən hüquqi, İctimai-siyasi qəzet olan "Əlillər Dünyası"nın  əsas məqsədi cəmiyyətdə əlillərin potensialını göstərmək, onların heç də ianə ünvanı olmadığını diqqətə çatdırmaqdır. Əlillərə göstərilən qayğı, onların arzuları, düşüncələri, eləcə də problemləri qəzetimizdə öz əksini tapacaqdır. Əhalinin bu kontingentinə biganə münasibət bəsləyən məmurlar kəskin tənqid hədəfimizə çevriləcəklər. Əlillərlə bağl

RƏYLƏR

"ƏLİLLƏR DÜNYASI"na xoş arzular

"Qeyd etmək istəyirəm ki, böyük enreji ehtiyatlarına malik Azərbaycan bu gün də sürətlə inkişaf edir. Mən əminəm ki, qəzetinizin kollektivi də ölkənizin belə sürətli inkişafı ilə ayaqlaşır. Həqiqətən də, "Əlillər Dünyası" qəzetinin kollektivi fəaliyyət göstərdiyi sahədə gənc, müstəqil Azərbaycan dövləti üçün böyük işlər görür". Enn Dersi, ABŞ-ın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri ("Əlillər Dünyası" в„– 17, 2 sentyabr, 2008-ci il)

VİDEOLENT

Beynəlxalq Əlillər Cəmiyyəti

FOTO QALEREYA