QHT Agentliyin dəstəyi ilə psixoloji yardımı davam etdirir

“Məlumat verdiyimiz kimi, “Beynəlxalq Əlillər Cəmiyyəti” İB (BƏC İB) Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə “Həssas sosial qruplara aid vətəndaşlar üçün tibbi, hüquqi və psixoloji xidmətlərin təşkili” adlı layihə həyata keçirir. Layihə zamanı həssas sosial qruplara aid imtiyazlı vətəndaşların tibbi-sosial, hüquqi, psixoloji problemləri öyrənilərək həlli istiqamətində işlər görülür, onlarla maarifləndirmə işləri aparılır, eyni zamanda onlara psixoloji xidmət göstərilir.

“Beynəlxalq Əlillər Cəmiyyəti” İB-in üzvü, bu layihədə könüllü kimi iştirak edən İlham Agayev də psixoloji dəstəyə ehtiyacı olduğunu bildirib. Belə ki, o, uzun müddətdir ki, şəxsi mülkü olan mənzilinə əlavə olunan sahələrə görə yeni çıxarış almaq üçün çalışır. Lakin bununla bağlı İqtisadi İnkişaf Nazrliyinin yanında əmlk verilən  cavab məktubunu ASAN xidmətdə heçə saymaqları,-get özünə vəkil tut, işini həll et-deməkləri ona psixolji cəhətdən çox pis təsir edir. Bu gün İctimai Birliyin psixoloqu İbrahim Əsədli İlham Ağayevlə görüşərək söhbət etmiş, yaranan bu gərginliyin aradan qaldırılması üçün psixoloji cəhətdən yardım göstərmişdir.

“Beynəlxalq Əlillər Cəmiyyəti” İB də sənədin düzəldilməsi üçün İlham Ağayevə hüquqi cəhətdən lazımi köməkliyi göstərəcək.

 

 

Mətbuat Xidməti

15  mart  2022-ci il

 

BANK REKVİZİTLƏRİ:

“Beynəlxalq Əlillər Dünyası”İctimai Birliyinin bu bank hesabının xeyirxah insanların maddi yardımına böyük ehtiyacı vardır.

Edilən hər bir yaxşılığa görə cəmiyyət adından əvvəlcədən təşəkkürümüzü bildiririk.

Azərbaycan Beynəlxalq Bankının “Sənaye” Filialı

AZ 82 IBAZ 38090 01 944 2609752 211- AZN;

AZ 72 IBAZ 38190 01 840 2609752 211- USD

ƏLİLLƏR DÜNYASI QƏZETİ

BAŞ REDAKTORDAN

Nə üçün "Əlillər Dünyası" ?

Qəzetin təsisçisi və baş redaktoru Tahir Xudiyev: "Əlillər Dünyası" sizin öz dünyanız olacaq"

“Əlillər Dünyası” qəzeti 2002-ci ildən təsis olunub. Dövlət qeydiyyatından keçən hüquqi, İctimai-siyasi qəzet olan "Əlillər Dünyası"nın  əsas məqsədi cəmiyyətdə əlillərin potensialını göstərmək, onların heç də ianə ünvanı olmadığını diqqətə çatdırmaqdır. Əlillərə göstərilən qayğı, onların arzuları, düşüncələri, eləcə də problemləri qəzetimizdə öz əksini tapacaqdır. Əhalinin bu kontingentinə biganə münasibət bəsləyən məmurlar kəskin tənqid hədəfimizə çevriləcəklər. Əlillərlə bağl

RƏYLƏR

"ƏLİLLƏR DÜNYASI"na xoş arzular

"Qeyd etmək istəyirəm ki, böyük enreji ehtiyatlarına malik Azərbaycan bu gün də sürətlə inkişaf edir. Mən əminəm ki, qəzetinizin kollektivi də ölkənizin belə sürətli inkişafı ilə ayaqlaşır. Həqiqətən də, "Əlillər Dünyası" qəzetinin kollektivi fəaliyyət göstərdiyi sahədə gənc, müstəqil Azərbaycan dövləti üçün böyük işlər görür". Enn Dersi, ABŞ-ın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri ("Əlillər Dünyası" в„– 17, 2 sentyabr, 2008-ci il)

VİDEOLENT

Beynəlxalq Əlillər Cəmiyyəti

FOTO QALEREYA