QHT Agentliyin dəstəyi ilə layihəyə davam edir
Azərbaycan Respublikasının QHT-lərə Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə "Həssas sosial qruplara aid vətəndaşlar üçün tibbi, hüquqi və psixoloji xidmətlərin təşkili" adlı layihə həyata keçirən “Beynəlxalq Əlillər Cəmiyyəti" İB-in əməkdaşları bu yaxınlarda evində üç nəfər anadangəlmə əlili olan bir ailəyə baş çəkmişlər. Onu da qeyd edək ki, ailənin başçısı da ağır xəstədir. BƏC İB onlara ərzaq yardımı etmiş, problemləri ilə maraqlanmış, mənəvi dəstək olmuşdur.
Mətbuat Xidməti
28.03.2022