Agentliyin yardımı ilə “İmtiyazlı şəxslər üçün məlumat kitabı” nəşr olunub

Məlumat verdiyimiz kimi, Azərbaycan Respublikasının QHT-lərə Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “Beynəlxalq Əlillər Cəmiyyəti" İB  (BƏC İB) "Həssas sosial qruplara aid vətəndaşlar üçün tibbi, hüquqi və psixoloji xidmətlərin təşkili" adlı layihə həyata keçirir.

Bu gün “SƏS” İnformasiya Agentliyində BƏC İB layihənin gedişinə və layihə zamanı nəşr edilmiş “İmtiyazlı şəxslər üçün məlumat kitabı”nın təqdimatına həsr edilmiş Mətbuat Konfransı keçirdi. Əvvəlcə tədbir iştirakçıları 1918-ci ilin 30 mart və 3 aprel tarixləri arasında Bakı şəhərində və respublikamızın digər ərazilərində Bakı Soveti və sovet-rus imperiyası ordusu tərkibində Daşnaksütundan olan erməni silahlı dəstələrinin azərbaycanlılara qarşı törətdikləri soyqırımı zamanı qətlə yetirilənlərin xatirəsini 1 dəqiqəlik sükutla yad etdilər.

Sədr və layihə rəhbəri Tahir Xudiyev çıxış edərək bildirdi ki, layihənin  icrası zamanı bütün kateqoriyadan olan əlilliyi olan şəxslər, Azərbaycanın ərazi bütövlüyü uğrunda döyüşüb əlil olmuş şəxslər və döyüşçülər, şəhid ailələri və Milli Qəhrəman ailələri, məcburi köçkünlər, həmçinin əlilliyi olan məhbusların və onların ailə üzvlərinin tibbi-sosial, hüquqi, psixoloji problemləri öyrənilir, həlli istiqamətində işlər aparılır, onlara psixoloji xidmət göstərilir, eləcə də onlarla maarifləndirmə işləri aparılır. İndiyədək 10-larla insanlara köməklik göstərilib, onların problemləri ilə bağlı aidiyyəti dövlət təşklatlarına müraciətlər olunub, problemləri ictimailəşdirilib.

Tədbirdə iştirak edən Azərbaycan Xalq Yazıçısı, BƏC İB-in Fəxri üzvü Çingiz Abdullayev imtiyazlı şəxslərə dövlət qayğısından, eləcə də YAŞAT Fondunun Şəhid ailələri və Qarabağ müharibəsi iştirakçıları, qaziləri üçün gördüyü işlərdən danışıb.

            Layihə zamanı BƏC İB-ə müraciət edən, həyat yoldaşı və oğlu Qarabağ müharibəsində şəhid olan Səyyarə Nəcəfova, Milli Qəhrəman Asif Məhərrəmovun oğlu Azər Məhərrəmov da tədbrdə çıxış etdilər. BƏC İB-in İdarə Heyəti üzvü, AzTV-nin redaktoru Zərnişan Azayeva bildirdi ki, hər iki ailənin mənzil məsələsi iə bağlı aidiyyəti dövlət təşkilatlarına müraciət edilib.

            Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin əməkdaşı İsa İsmayılov, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin əməkdaşı Rüfanə Əhmədova, təqaüddə olan hüquq müşaviri, BƏC İB Hüquq şöbəsinin rəhbəri Əlabbas Quliyev, Ağsaqqallar Şurasının üzvü Dilsuz İsmayılov, İdarə Heyəti üzvü Sabir Musayev, AR Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin əməkdaşı Rafiq Mahmudov, Azərbaycan Coriyo Kunq-Fu Federasiyasının prezidenti Davud Mahmudzadə, BƏC İB-in Naxçıvan MR üzrə Nümayəndəliyinin rəhbəri çıxış edərək layihənin əhəmiyyətindən danışdılar. Bundan başqa layihə çərçivəsində nəşr edilmiş “İmtiyazlı şəxslər üçün məlumat kitabı” da iştirakçılara paylandı.

Sonda İdarə Heyəti üzvü, Qarabağ Regionu üzrə Nümayəndəliyin rəhbəri, “Türk Dünyası Turan Düşüncə Mərkəzi” İB-in İdarə Heyəti üzvü, layihənin eksperti Qarabağ müharibəsi veteranı Həsənağa Bayramov çıxış edərək bildirdi ki, məqsədimiz imtiyazlı şəxslərin problemlərini ictimailəşdirməklə yanaşı onların aidiyyəti dövlət təşkilatları vasitəsi iə müsbət həllinə nail olmaqdır.

             Tədbirdə AR Diasporla İş ürə Dövlət Komitəsi, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi, Dini Qurumlarla iş üzrə Dövlət Komitəsinin, ƏN Penitensiar Xidmətinin əməkdaşları, KİV və ictimaiyyət nümayəndələri də iştirak edirdilər.

 

            Mətbuat Xidməti

            31.03.2022               

BANK REKVİZİTLƏRİ:

“Beynəlxalq Əlillər Dünyası”İctimai Birliyinin bu bank hesabının xeyirxah insanların maddi yardımına böyük ehtiyacı vardır.

Edilən hər bir yaxşılığa görə cəmiyyət adından əvvəlcədən təşəkkürümüzü bildiririk.

Azərbaycan Beynəlxalq Bankının “Sənaye” Filialı

AZ 82 IBAZ 38090 01 944 2609752 211- AZN;

AZ 72 IBAZ 38190 01 840 2609752 211- USD

ƏLİLLƏR DÜNYASI QƏZETİ

BAŞ REDAKTORDAN

Nə üçün "Əlillər Dünyası" ?

Qəzetin təsisçisi və baş redaktoru Tahir Xudiyev: "Əlillər Dünyası" sizin öz dünyanız olacaq"

“Əlillər Dünyası” qəzeti 2002-ci ildən təsis olunub. Dövlət qeydiyyatından keçən hüquqi, İctimai-siyasi qəzet olan "Əlillər Dünyası"nın  əsas məqsədi cəmiyyətdə əlillərin potensialını göstərmək, onların heç də ianə ünvanı olmadığını diqqətə çatdırmaqdır. Əlillərə göstərilən qayğı, onların arzuları, düşüncələri, eləcə də problemləri qəzetimizdə öz əksini tapacaqdır. Əhalinin bu kontingentinə biganə münasibət bəsləyən məmurlar kəskin tənqid hədəfimizə çevriləcəklər. Əlillərlə bağl

RƏYLƏR

"ƏLİLLƏR DÜNYASI"na xoş arzular

"Qeyd etmək istəyirəm ki, böyük enreji ehtiyatlarına malik Azərbaycan bu gün də sürətlə inkişaf edir. Mən əminəm ki, qəzetinizin kollektivi də ölkənizin belə sürətli inkişafı ilə ayaqlaşır. Həqiqətən də, "Əlillər Dünyası" qəzetinin kollektivi fəaliyyət göstərdiyi sahədə gənc, müstəqil Azərbaycan dövləti üçün böyük işlər görür". Enn Dersi, ABŞ-ın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri ("Əlillər Dünyası" в„– 17, 2 sentyabr, 2008-ci il)

VİDEOLENT

Beynəlxalq Əlillər Cəmiyyəti

FOTO QALEREYA