QHT Tərtər şəhərində Qarabağ müharibəsi əlili ilə görüşdü

Azərbaycan Respublikasının QHT-lərə Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə "Həssas sosial qruplara aid vətəndaşlar üçün tibbi, hüquqi və psixoloji xidmətlərin təşkili" adlı layihə həyata keçirən “Beynəlxalq Əlillər Cəmiyyəti" İB  (BƏC İB)-in əməkaşları-layihə rəhbəri Tahir Xudiyev, BƏC İB-in Qarabağ Regionu üzrə Nümayəndəliyinin rəhbəri, Qarabağ müharibəsi veteranı, layihənin eksperti Həsənağa Bayramov və BƏC İB-in üzvü, 2-ci qrup əlil, tibb xidməti polkovniki, Qarabağ müharibəsi veteranı İlham Sadıqov bu dəfə Tərtər şəhərərində olmuşlar. Onlar 2-ci qrup Qarabağ müharibəsi əlili, təqaüddə olan polis əməkdaşı Əliş Cümşüd oğlu Əliyevin müraciəti əsasında onunla görüşərək problemləri ilə maraqlanmışlar. Əliş Əliyev ürək xəstəliyindən uzun müddətdir ki, əziyyət çəkir. Həkim rəyinə əsasən ona təcili əməliyyat lazımdır. Maddi imkanı olmadığından BƏC İB-ə müraciət edərək köməklik göstərməyi xahiş etmişdir.

Əliş Əlyev onu da bildirdi ki, nə rəsmi, nə də şifahi şəkildə heç bir yerə müraciət etmədən dövlət tərəfindən ona öz həyətində iki otaqlı, tam təmirli fərdi yaşayış evi tikilmişdir. Bu diqqət və qayğıdan çox məmnun olduğunu bildirmiş, möhtərəm Prezidentimizə  təşəkkürünü çatdırmağı BƏC İB və “Türk Dünyası Turan Düşüncə Mərkəzi”indən xahiş etmişdir.

        

Bir daha bildiririk ki, layihənin  icrası zamanı bütün kateqoriyadan olan əlilliyi olan şəxslər, Azərbaycanın ərazi bütövlüyü uğrunda döyüşüb əlil olmuş şəxslər və döyüşçülər, şəhid ailələri və Milli Qəhrəman ailələri, məcburi köçkünlər, həmçinin əlilliyi olan məhbusların və onların ailə üzvlərinin tibbi-sosial, hüquqi, psixoloji problemləri öyrənilir, həlli istiqamətində işlər aparılır, onlara psixoloji xidmət göstərilir, eləcə də onlarla maarifləndirmə işləri aparılır. İndiyədək 10-larla insanlara köməklik göstərilib, onların problemləri ilə bağlı aidiyyəti dövlət təşkilatlarına müraciətlər olunub, problemləri ictimailəşdirilib. Eləcə də layihə çərçivəsində nəşr olunmuş “İmtiyazlı şəxslər üçün məlumat kitabı” da maarifləndirmə məqsədi ilə onlara təqdim olunur.

        Mətbuat Xidməti

         04.04.2022          

 

BANK REKVİZİTLƏRİ:

“Beynəlxalq Əlillər Dünyası”İctimai Birliyinin bu bank hesabının xeyirxah insanların maddi yardımına böyük ehtiyacı vardır.

Edilən hər bir yaxşılığa görə cəmiyyət adından əvvəlcədən təşəkkürümüzü bildiririk.

Azərbaycan Beynəlxalq Bankının “Sənaye” Filialı

AZ 82 IBAZ 38090 01 944 2609752 211- AZN;

AZ 72 IBAZ 38190 01 840 2609752 211- USD

ƏLİLLƏR DÜNYASI QƏZETİ

BAŞ REDAKTORDAN

Nə üçün "Əlillər Dünyası" ?

Qəzetin təsisçisi və baş redaktoru Tahir Xudiyev: "Əlillər Dünyası" sizin öz dünyanız olacaq"

“Əlillər Dünyası” qəzeti 2002-ci ildən təsis olunub. Dövlət qeydiyyatından keçən hüquqi, İctimai-siyasi qəzet olan "Əlillər Dünyası"nın  əsas məqsədi cəmiyyətdə əlillərin potensialını göstərmək, onların heç də ianə ünvanı olmadığını diqqətə çatdırmaqdır. Əlillərə göstərilən qayğı, onların arzuları, düşüncələri, eləcə də problemləri qəzetimizdə öz əksini tapacaqdır. Əhalinin bu kontingentinə biganə münasibət bəsləyən məmurlar kəskin tənqid hədəfimizə çevriləcəklər. Əlillərlə bağl

RƏYLƏR

"ƏLİLLƏR DÜNYASI"na xoş arzular

"Qeyd etmək istəyirəm ki, böyük enreji ehtiyatlarına malik Azərbaycan bu gün də sürətlə inkişaf edir. Mən əminəm ki, qəzetinizin kollektivi də ölkənizin belə sürətli inkişafı ilə ayaqlaşır. Həqiqətən də, "Əlillər Dünyası" qəzetinin kollektivi fəaliyyət göstərdiyi sahədə gənc, müstəqil Azərbaycan dövləti üçün böyük işlər görür". Enn Dersi, ABŞ-ın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri ("Əlillər Dünyası" в„– 17, 2 sentyabr, 2008-ci il)

VİDEOLENT

Beynəlxalq Əlillər Cəmiyyəti

FOTO QALEREYA