...Bir mən vardır məndə məndən içəri...

Türk xalqlarının görkəmli sənətkarlarından biri, İlahi eşqi tərənnüm edən ədəbiyyatın ilk, gözəl nümunələrini yaradan və təbliğ edən Yunis Əmrəyə görə insan əməlinə, gördüyü işlərinə görə ad qazanır. Yəqin ona görədir ki, bu günümüzdə  də Yunus Əmrə şerlərinə dönə-dönə müraciət olunur, xatirəsi anılır.

Elə 5 may tarixində “Beynəlxalq Muğam Mərkəzində” Respublikanın Əməkdar artisti Nuriyyə Hüseynovanın rəhbərliyi ilə AMEA Folklor İnstitutunun “Qorqud” folklor ansamblının təqdimatında “Yunus Əmrə aşiqləri” adlı konsert proqramı da bu niyyətlə təşkil edildi. Tədbirdə AMEA-nın Folklor İnstitutunun direktoru, akademik Muxtar İmanov,  Bakıdakı Yunus Əmrə İnstitutunun rəhbəri Selçuk Karakılıç,  Milli Məclisin deputatı Qənirə Paşayeva görkəmli mütəfəkkir Yunus Əmrənin həyat və yaradıcılığından söz açdılar.

Əməkdar Artist Nuriyyə Hüseynova, bəstəkar-müğənni Çilənay Hüseynli, Həlimət Sultan, Ülviyyə Sədaqətin ifasında Yunus Əmrənin şerlərinə bəstələnmiş mahnılar, ibrətamiz və fəlsəfi sözlər səsləndirildi. Yunus Əmrə tədbirinə Türkiyədən məxsusi olaraq təşrif gətirmiş Orxan Çakmak Qarabağ Zəfərinə həsr etdiyi “Zəfər şərqisi”ni, Himnimizin müəllifi Əhməd Cavadın “Çırpınırdı Qara dəniz” mahnısını ifa etdi. Hər iki mahnı bütün iştirakçılar və tamaşaçılar tərəfindən ayaq üstə alqışlandı və birgə ifa edildi. 

Konsertdə AzTV-nin redaktoru, “Beynəlxalq Əlillər Cəmiyyəti” İB İdarə Heyəti üzvü, “Turan Türk Xalqlarının Mədəniyyətinin İnkişafına Dəstək” İB-in sədri Zərnişan Azayeva Yunus Əmrə şerlərindən seçmələr təqdim etdi.  

Konsertin əvvəlində nümayiş olunan Yunus Əmrənin həyat və yaradıcılığına həsr edilmiş qısametrajlı film Yunus Əmrəni tamaşaçılara daha yaxından tanıtdı.   

Onu xüsusi qeyd edək ki, bu konsert-kompozisiya Anadolu Ərəni, Türk Dünyasının böyük şairi Yunus Əmrənin xatirəsinə layiq olaraq çox ciddi düşünülmüş,  yüksək səviyyədə hazırlanmışdır.

Böyük Türk Dünyasının mədəni-mənəvi irsini, eləcə də dahilərimizi tanıdan, xatirəsinə yaşadan, təbliğ edən və gələcək nəsillərə, həmçinin  dünyaya çatdırılması sarıdan belə yüksək səviyyəli tədbirlərə çox böyük ehtiyac olduğunu görür və bir tamaşaçı kimi tez-tez belə proqramların təşkil olunmasını gözləyirik.

“Beynəlxalq Muğam Mərkəzi”nin rəhbərliyinə bu möhtəşəm səhnəni təşkilatçılara təqdim etdiyinə və “Beynəlxalq Əlillər Cəmiyyəti” İB-in (BƏC İB) və “Türk Dünyası Turan Düşüncə Mərkəzi” İB-in 10 nəfər üzvünü də dəvət etdiyinə görə Sədr Tahir Xudiyev, üzvlər-“Azərbaycan Coriyo Kunq-Fu Federasiyası”nın prezidenti Davud Mahmudzadə və hüquqşünas Xatirə Azər qızı xüsusi təşəkkürlərini bildirdilər.  

...Məni məndə demə, məndə deyiləm,

Bir mən vardır məndə, məndən içəri.

Süleyman quş dili bilir, dedilər,

Süleyman var, Süleymandan içəri...

 

Məlahət Abdullayeva

“Əlillər Dünyası” qəzetindən

         06.05.2022

 

 

 

 

 

 

 

BANK REKVİZİTLƏRİ:

“Beynəlxalq Əlillər Dünyası”İctimai Birliyinin bu bank hesabının xeyirxah insanların maddi yardımına böyük ehtiyacı vardır.

Edilən hər bir yaxşılığa görə cəmiyyət adından əvvəlcədən təşəkkürümüzü bildiririk.

Azərbaycan Beynəlxalq Bankının “Sənaye” Filialı

AZ 82 IBAZ 38090 01 944 2609752 211- AZN;

AZ 72 IBAZ 38190 01 840 2609752 211- USD

ƏLİLLƏR DÜNYASI QƏZETİ

BAŞ REDAKTORDAN

Nə üçün "Əlillər Dünyası" ?

Qəzetin təsisçisi və baş redaktoru Tahir Xudiyev: "Əlillər Dünyası" sizin öz dünyanız olacaq"

“Əlillər Dünyası” qəzeti 2002-ci ildən təsis olunub. Dövlət qeydiyyatından keçən hüquqi, İctimai-siyasi qəzet olan "Əlillər Dünyası"nın  əsas məqsədi cəmiyyətdə əlillərin potensialını göstərmək, onların heç də ianə ünvanı olmadığını diqqətə çatdırmaqdır. Əlillərə göstərilən qayğı, onların arzuları, düşüncələri, eləcə də problemləri qəzetimizdə öz əksini tapacaqdır. Əhalinin bu kontingentinə biganə münasibət bəsləyən məmurlar kəskin tənqid hədəfimizə çevriləcəklər. Əlillərlə bağl

RƏYLƏR

"ƏLİLLƏR DÜNYASI"na xoş arzular

"Qeyd etmək istəyirəm ki, böyük enreji ehtiyatlarına malik Azərbaycan bu gün də sürətlə inkişaf edir. Mən əminəm ki, qəzetinizin kollektivi də ölkənizin belə sürətli inkişafı ilə ayaqlaşır. Həqiqətən də, "Əlillər Dünyası" qəzetinin kollektivi fəaliyyət göstərdiyi sahədə gənc, müstəqil Azərbaycan dövləti üçün böyük işlər görür". Enn Dersi, ABŞ-ın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri ("Əlillər Dünyası" в„– 17, 2 sentyabr, 2008-ci il)

VİDEOLENT

Beynəlxalq Əlillər Cəmiyyəti

FOTO QALEREYA