Dost yardımı
“Beynəlxalq Əlillər Cəmiyyəti” İctimai Birliyi (BƏC İB) və “Türk Dünyası Turan Düşüncə Mərkəzi” İctimai Birliyi (TDTDM İB) kollektivi adından bildiririk ki, ərazi bütövlüyü uğrunda ədalətli müharibə aparan Ukrayna xalqının və
dövlətinin yanındayıq.
Hər iki təşkilatın əməkdaşları məlum Rusiya-Ukrayna müharibəsi başlayan zamandan bu günədək Azərbaycana pənah gətirmiş Ukrayna vətəndaşlarına mütəmadi olaraq həmin ölkənin Azərbaycandakı səfirliyi vasitəsi ilə ərzaq yardımı edir. Biz Ukraynanın tarixi ərazi bütövlüyü arzusundayıq, Ukrayna xalqının qələbəsinə inanırıq və bu qələbənin Azərbaycan xalqının da qələbəsi olacağını düşünürük.
“Beynəlxalq Əlillər Cəmiyyəti” İB və
“Türk Dünyası Turan Düşüncə Mərkəzi” İB
İdarə Heyəti üzvləri
25.05.2022