Azərbaycan incəsənətinin daha bir uğuru

Azərbaycan Respublikasının Əməkdar artisti, sevimli müğənnimiz  Gülyanaq Məmmədova Özbəkistan Respublikasının Xalq artisti adına layiq görülüb. Zəng edib birbaşa özü ilə danışıb təbrik etsəm də mətbuat vasitəsi ilə də təbrik etmək qərarına gəldim.

SSRİ dağılandan sonra bu yeganə hadisədir ki, keçmiş sovet respublikaları arasında xarici ölkənin müğənnisinə xalq artisti adı verilir. Bu həqiqətən məni sevindirdi. Sevdiyim və hörmət bəslədiyim  müğənnilərdən biri də Gülyanaq Məmmədovadır.

Gülyanaq xanımın o cılız canında böyük mərdlik, sədəlik, təbiilik, vətənpərvərlik var. Çox istedadlı müğənni olmaqla yanaşı, Gülyanaq xanım insan kimi, dost kimi bütün insani müsbət keyfiyyətlərə malikdir. Onun doğmalarını, əzizlərini də təbrik edirəm.

Elə bilirəm bu uğur yalnız Gülyanaq xanımın uğuru deyil, Azərbaycan xalqının, dövlətinin, mədəniyyətinin uğurudur. Bu sevinc onu sevənlərin sevincidir.

Gülyanaq xanımın əlilliyi olan insanlara etdiyi bir mərdliyi yadıma düşdü. Fürsətdən istifadə edib deyim ki, əilliyi olan insanlar günü ilə bağlı böyük bir tədbir keçirirdik. Tədbirimizi kimlərsə tərəfindən pozmaq istəyirdilər. Tədbiri pozmaq üçün bu tədbirə rayondan gələn mədəniyyət şöbəmizin üzvlərini başqa bir tədbirə aparmaq istəyirdilər. Gülyanaq xanım da bu tədbirimizə dəvətli idi. Onu və duet oxuduğu 7-ci Muğam Müsabiqəsinin iştirakçısı, 1-ci qrup gözdən əlil Suma Tapdıqovanı da o tədbirdən kənarlaşdırmaq istəyirdilər.

Çox çətinliklə rayondan gələn əlilliyi olan müğənnilərin qarşısını aldıq ki, tədbiri tərk edib getməsinlər. Gülyanaq xanım isə bizi pis vəziyyətdə qoymayaraq sonadək iştirak etdi. Həqiqətən də belə bir insan, belə bir xanım tək-tək tapılar.

Gülyanaq xanıma bu adın verilməsi həm də ümumdünya Türk xalqlarına bir töhfədir.

Biz də “Beynəlxalq Əlillər Cəmiyyəti” İB və “Türk Dünyası Turan Düşüncə Mərkəzi” İB-in kollektivi adından Gülyanaq Məmmədovanı Özbəkistan Respublikasının Xalq Artisti adına layiq görülməsi münasibəti ilə bir daha təbrik edir, uğurlarınız davamlı olsun-deyirik.

 

Tahir Xudiyev

"Əlillər Dünyası" qəzetinin Baş Redaktoru                                                          

 

         07.09.2022

BANK REKVİZİTLƏRİ:

“Beynəlxalq Əlillər Dünyası”İctimai Birliyinin bu bank hesabının xeyirxah insanların maddi yardımına böyük ehtiyacı vardır.

Edilən hər bir yaxşılığa görə cəmiyyət adından əvvəlcədən təşəkkürümüzü bildiririk.

Azərbaycan Beynəlxalq Bankının “Sənaye” Filialı

AZ 82 IBAZ 38090 01 944 2609752 211- AZN;

AZ 72 IBAZ 38190 01 840 2609752 211- USD

ƏLİLLƏR DÜNYASI QƏZETİ

BAŞ REDAKTORDAN

Nə üçün "Əlillər Dünyası" ?

Qəzetin təsisçisi və baş redaktoru Tahir Xudiyev: "Əlillər Dünyası" sizin öz dünyanız olacaq"

“Əlillər Dünyası” qəzeti 2002-ci ildən təsis olunub. Dövlət qeydiyyatından keçən hüquqi, İctimai-siyasi qəzet olan "Əlillər Dünyası"nın  əsas məqsədi cəmiyyətdə əlillərin potensialını göstərmək, onların heç də ianə ünvanı olmadığını diqqətə çatdırmaqdır. Əlillərə göstərilən qayğı, onların arzuları, düşüncələri, eləcə də problemləri qəzetimizdə öz əksini tapacaqdır. Əhalinin bu kontingentinə biganə münasibət bəsləyən məmurlar kəskin tənqid hədəfimizə çevriləcəklər. Əlillərlə bağl

RƏYLƏR

"ƏLİLLƏR DÜNYASI"na xoş arzular

"Qeyd etmək istəyirəm ki, böyük enreji ehtiyatlarına malik Azərbaycan bu gün də sürətlə inkişaf edir. Mən əminəm ki, qəzetinizin kollektivi də ölkənizin belə sürətli inkişafı ilə ayaqlaşır. Həqiqətən də, "Əlillər Dünyası" qəzetinin kollektivi fəaliyyət göstərdiyi sahədə gənc, müstəqil Azərbaycan dövləti üçün böyük işlər görür". Enn Dersi, ABŞ-ın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri ("Əlillər Dünyası" в„– 17, 2 sentyabr, 2008-ci il)

VİDEOLENT

Beynəlxalq Əlillər Cəmiyyəti

FOTO QALEREYA