Şəhid Məftun Əhmədzadə doğma Tərtər rayonu Evoğlu kəndində dəfn olundu

                  Məlumat verdiyimiz kimi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə "Beynəlxalq Əlillər Cəmiyyəti" İctimai Birliyi (BƏC İB) “And yerimiz- Şəhidlər”! adlı layihə həyata keçirir. Layihə zamanı Bakının Nizami rayonu və Tərtər rayonunda yaşamış və Vətənimizin azadlığı uğrunda şəhid olmuş igidlərimiz barədə kitab nəşr olunacaq.

Sentyabr ayının 12-si gecə və 13-ü səhər saatlarında Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycan-Ermənistan dövlət sərhəddinin Daşkəsən, Kəlbəcər, Laçın və Zəngilan istiqamətlərində törədilən genişmiqyaslı təxribatların qarşısı alınarkən Azərbaycan Ordusunun və Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçu olmaqla ümumilikdə Silahlı Qüvvələrin 50 nəfər hərbi qulluqçusu şəhid olub.

Şəhid olanlar arasında Tərtər rayonu Evoğlu kəndindən olan Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçusu, müddətdən artıq həqiqi hərbi xidmət keçən əsgər, 1996-cı il təvəllüdlü Əhmədzadə Məftun Seymur oğlu da var. Şəhidimizin cənazəsi 16 sentyabr tarixində doğulduğu Evoğlu kəndinə gətirilib. Şəhidin təntənə ilə qarşılanması və dəfn mərasiminin təşkil olunmasında “Beynəlxalq Əlillər Cəmiyyəti” İB-in Qarabağ Nümayəndəliyinin rəhbəri, “Türk Dünyası Turan Düşüncə Mərkəzi” İB-in İdarə Heyəti üzvü, Qarabağ müharibəsi veteranı Həsənağa Bayramov və BƏCİB-in digər üzvləri də iştirak etmişlər. Vətənimizin azadlığı uğrunda canından keçən Məftunun və digər şəhidlərimizin xatirəsi daima xalqımız tərəfindən əziz tutulur. Şəhidlərimiz, qazilərimiz gələcək nəsillərə əsil qəhrəmanlıq nümunəsidirlər.

           Şəhid valideynlərinin  hər birinin qarşısında baş əyirik.

Allah bütün şəhidlərimizə rəhmət eləsin, qazilərimizə can sağlığı versin.

Əminik ki, onların qisası alınacaq.

 

         Məlahət Abdullayeva

         17.09.2022

                           

BANK REKVİZİTLƏRİ:

“Beynəlxalq Əlillər Dünyası”İctimai Birliyinin bu bank hesabının xeyirxah insanların maddi yardımına böyük ehtiyacı vardır.

Edilən hər bir yaxşılığa görə cəmiyyət adından əvvəlcədən təşəkkürümüzü bildiririk.

Azərbaycan Beynəlxalq Bankının “Sənaye” Filialı

AZ 82 IBAZ 38090 01 944 2609752 211- AZN;

AZ 72 IBAZ 38190 01 840 2609752 211- USD

ƏLİLLƏR DÜNYASI QƏZETİ

BAŞ REDAKTORDAN

Nə üçün "Əlillər Dünyası" ?

Qəzetin təsisçisi və baş redaktoru Tahir Xudiyev: "Əlillər Dünyası" sizin öz dünyanız olacaq"

“Əlillər Dünyası” qəzeti 2002-ci ildən təsis olunub. Dövlət qeydiyyatından keçən hüquqi, İctimai-siyasi qəzet olan "Əlillər Dünyası"nın  əsas məqsədi cəmiyyətdə əlillərin potensialını göstərmək, onların heç də ianə ünvanı olmadığını diqqətə çatdırmaqdır. Əlillərə göstərilən qayğı, onların arzuları, düşüncələri, eləcə də problemləri qəzetimizdə öz əksini tapacaqdır. Əhalinin bu kontingentinə biganə münasibət bəsləyən məmurlar kəskin tənqid hədəfimizə çevriləcəklər. Əlillərlə bağl

RƏYLƏR

"ƏLİLLƏR DÜNYASI"na xoş arzular

"Qeyd etmək istəyirəm ki, böyük enreji ehtiyatlarına malik Azərbaycan bu gün də sürətlə inkişaf edir. Mən əminəm ki, qəzetinizin kollektivi də ölkənizin belə sürətli inkişafı ilə ayaqlaşır. Həqiqətən də, "Əlillər Dünyası" qəzetinin kollektivi fəaliyyət göstərdiyi sahədə gənc, müstəqil Azərbaycan dövləti üçün böyük işlər görür". Enn Dersi, ABŞ-ın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri ("Əlillər Dünyası" в„– 17, 2 sentyabr, 2008-ci il)

VİDEOLENT

Beynəlxalq Əlillər Cəmiyyəti

FOTO QALEREYA