Əhməd Babayev-70

Əhməd Babayev-70

Bu il sentyabr ayının 28-də Tibb elmləri doktoru, Avropa Kardioloqlar Cəmiyyətinin üzvü Əhməd Babayevin 70 yaşı tamam olur. 

Əhməd Məmməd oğlu Babayev 1952-ci ildə anadan olub. 1968-ci ildə Bakı şəhərindəki 36 saylı orta məktəbi bitirdikdən sonra Azərbaycan Tibb Universitetinin Müalicə-profilaktika fakültəsində təhsil alıb. Əmək fəaliyyətinə Sumqayıt Şəhər Təcili-Tibbi Yardım Xəstəxanasında həkim-ordinator kimi başlayıb. 1976-1979-cu illərdə Əmək Gigiyenası və Peşə Xəstəlikləri İnstitutunda kiçik elmi işçi olub. 1979-1982-ci illərdə Moskvada SSRİ Tibb Elmləri Akademiyasının Aspiranturasının əyani şöbəsində təhsil alıb. Bir müddət C.Abdullayev adına Elmi-Tədqiqat Kardiologiya İnsitutunda kiçik elmi-işçi, sonra isə baş elmi işçi vəzifələrində çalışıb. 1988-1995-ci illərdə Respublika Diaqnostika Mərkəzində şöbə müdiri işləyib. 1995-1997-ci illərdə 15 saylı Birləşmiş Şəhər Xəstəxanasının Baş həkimi vəzifəsində çalışıb. 1997-ci ildən təqaüdə çıxanadək – 2018-ci ilədək, açılışında Ulu öndər Heydər Əliyevin şəxsən iştirak etdiyi C.Abdullayev adına Elmi-Tədqiqat Kardiologiya İnstitutunun  Baş həkimi vəzifəsində çalışıb.

70 illik ömrünün 45 ilini həkimlik fəaliyyətinə həsr edən, Avropa Kardioloqlar Cəmiyyətinin üzvü olan Əhməd Babayev həm də Azərbaycan Tibb Universitetinin Klinik Farmakologiya Kafedrasının asissenti olub. 1984-cü ildən tibb elmləri namizədi, 2009-cu ildən isə tibb elmləri doktorudur. O, 100-ə yaxın elmi əsərin, 1 monoqrafiya və metodik göstərişin müəllifidir.

     Çöhrəsi nurlu, etiqadlı, imanlı bir insan olan Əhməd Babayev həm də 2003-cü ildən “Əlillər Dünyası” qəzetinin Redaksiya Heyəti, 2008-ci ildən “Beynəlxalq Əlillər Cəmiyyəti” İctimai Birliyinin (BƏC İB) həm İdarə Heyəti üzvü, həm də Tibb xidməti şöbəsinin rəhbəri, “Türk Dünyası Turan Düşüncə Mərkəzi” İB-in İdarə Heyəti üzvüdür.  

“Beynəlxalq Əlillər Cəmiyyəti” və “Türk Dünyası Turan Düşüncə Mərkəzi” İB-in sədri, eləcə də “Əlillər Dünyası” qəzetinin Baş redaktoru Tahir Xudiyev bildirir ki, Əhməd Babayev həmişə təşkilatlarımızın işlərində fəal iştirak etmişdir, hazırda Türkiyə Cümhuriyyətində yaşasa da bizim əzizimiz və doğmamız olaraq qalır. Həmişə Əhməd həkimin tövsiyyələrinə, məsləhətlərinə ehtiyacımız var. Hətta İdarə Heyətinin qəbul edəcəyi qərarlardan öncə də onunla məsələ barədə söhbət edir, məsləhətləşirik.

Kollektivimiz adından Əhməd Babayevi 70 illik yubileyi münasibəti ilə təbrik edir, ona çansağlığı, 100 illik yubileyini qeyd etməyi arzulayırıq.

 

                                 Məlahət Abdullayeva

                                 “Əlillər Dünyası” qəzetindən

                                           26.09.2022

BANK REKVİZİTLƏRİ:

“Beynəlxalq Əlillər Dünyası”İctimai Birliyinin bu bank hesabının xeyirxah insanların maddi yardımına böyük ehtiyacı vardır.

Edilən hər bir yaxşılığa görə cəmiyyət adından əvvəlcədən təşəkkürümüzü bildiririk.

Azərbaycan Beynəlxalq Bankının “Sənaye” Filialı

AZ 82 IBAZ 38090 01 944 2609752 211- AZN;

AZ 72 IBAZ 38190 01 840 2609752 211- USD

ƏLİLLƏR DÜNYASI QƏZETİ

BAŞ REDAKTORDAN

Nə üçün "Əlillər Dünyası" ?

Qəzetin təsisçisi və baş redaktoru Tahir Xudiyev: "Əlillər Dünyası" sizin öz dünyanız olacaq"

“Əlillər Dünyası” qəzeti 2002-ci ildən təsis olunub. Dövlət qeydiyyatından keçən hüquqi, İctimai-siyasi qəzet olan "Əlillər Dünyası"nın  əsas məqsədi cəmiyyətdə əlillərin potensialını göstərmək, onların heç də ianə ünvanı olmadığını diqqətə çatdırmaqdır. Əlillərə göstərilən qayğı, onların arzuları, düşüncələri, eləcə də problemləri qəzetimizdə öz əksini tapacaqdır. Əhalinin bu kontingentinə biganə münasibət bəsləyən məmurlar kəskin tənqid hədəfimizə çevriləcəklər. Əlillərlə bağl

RƏYLƏR

"ƏLİLLƏR DÜNYASI"na xoş arzular

"Qeyd etmək istəyirəm ki, böyük enreji ehtiyatlarına malik Azərbaycan bu gün də sürətlə inkişaf edir. Mən əminəm ki, qəzetinizin kollektivi də ölkənizin belə sürətli inkişafı ilə ayaqlaşır. Həqiqətən də, "Əlillər Dünyası" qəzetinin kollektivi fəaliyyət göstərdiyi sahədə gənc, müstəqil Azərbaycan dövləti üçün böyük işlər görür". Enn Dersi, ABŞ-ın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri ("Əlillər Dünyası" в„– 17, 2 sentyabr, 2008-ci il)

VİDEOLENT

Beynəlxalq Əlillər Cəmiyyəti

FOTO QALEREYA