Agentliyin dəstəyi ilə “Beynəlxalq Əlillər Cəmiyyəti” İB Tərtərdə şəhid ailələri ilə görüş keçirdi

              

Məlumat verdiyimiz kimi "Beynəlxalq Əlillər Cəmiyyəti" İctimai Birliyi (BƏC İB) Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “And yerimiz- Şəhidlər”! adlı layihə həyata keçirir.

Layihə zamanı vaxtı ilə Bakı şəhərinin Nizami rayonunda, Tərtər və Bərdə rayonlarında yaşayıb 44 günlük Vətən müharibəsində döyüşlərdə qəhrəmanlıqla şəhid olan oğullarımızın adlarının, xatirələrinin əbədiləşdirilməsi, yaşadılması, eləcə də əlillik dərəcəsi almış  qazilərimizin tanıdılması məqsədi ilə kitab nəşr etdirilməsindən əlavə İctimai Birliyin məqsədinə və təyinatına uyğun olaraq əlilliyi olan və digər imtiyazlı şəxslərin problemlərinin həlli, lazım gələrsə, hüquqlarının müdafiəsi ilə də məşğul olunur.

BƏC İB oktyabr ayının 18-də Tərtər rayonuna səfər etmiş, Tərtər Rayon İcra Hakimiyytinin Akt zalında tədbir keçirmiş, şəhid ailələri, Vətən müharibəsində yaralanaraq əlillik almış şəxslərlə görüşmüşdür.

Tədbir bütün şəhidlərimizin ruhunun 1 dəqiqəlik sükutla yad edilməsi və Azərbaycan Respublikasının Dövlət himni ilə başladı.

Tədbiri giriş sözü ilə Tərtər Rayon İcra Hakimiyyətinin baçışısı Müstəqim Məmmədov açaraq tədbir barədə məlumat vermiş, Tərtər rayonunda şəhidlərimizin xatirəsinin daima yüksək tutulmasından, şəhid ailələri və müharibə iştirakçılarına diqqət və qayğıdan danışmış, “And yerimiz şəhidlər” kitabında Tərtər rayonundan olan şəhidlərə ayrıca bölmə ayırdıqları üçün BƏC İB-in kollektivinə və kitabın yaradıcı heyətinə öz minnətdarlığını bildirmişdir.

Sədr və layihə rəhbəri Tahir Xudiyev layihə barədə məlumat verərək bildirmişdir ki, Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə nəşr olunan “And yerimiz-şəhidlər”! kitabı şəhidlərimizin əziz xatirəsinin daima yad edilməsi, onların qəhrəmanlıqlarının unudulmaması, şəhid valideynlərinə bir növ təsəlli, təskinlik  məqsədi daşıyır. Həm də  gənc nəslin vətənpərvərlik ruhunda tərbiyə olunmasına bir dəstəkdir. Tahir Xudiyev onu da bildirmişdir ki, bu tədbirin məqsədi yalnız “And yerimiz-şəhidlər” kitabının təqdimatı deyil, həm də şəhid ailələri, əlilliyi olan və imtiyazlı şəxslərin problemlərinin öyrənilib həllinə dəstək olmaqdan ibarətdir.

Bundan başqa Tahir Xudiyev BƏC İB-in İdarə heyəti üzvü, təqaüddə olan DTX polkovniki, Qarabağ müharibəsi veteranı Ağalar Əliyev və BƏC İB-in Ağsaqqallar Şurasının üzvü, Milli Qəhrəman Mübariz İbrahimovun əmisi, şair Seyidağa Seyid Sadığın səhhəti ilə əlaqədar tədbirdə iştirak edə bilməmələrini üzrlü saymağı və onların adından tədbir iştirakçılarını salamlamağı, şəhid analarına sonsuz ehtiramlarını bildirdiklərini çatdırdı. Həmçinin Ağalar Əliyevin Tərtər və tərtərlilər barədə söylədiyi yüksək fikri, Tərtərə “Qəhrəman şəhər” adı verilməsi təklifinə Tərtər Rayon İcra Hakimiyyətinin dəstək olması xahişini çatdırdı.

İctimai Birlik tərəfindən tədbirdə iştirak edən AYB sədrinin müşaviri, Güney Azərbaycan şöbəsinin rəhbəri, “Körpü” verilişinin ideya müəllifi və aparıcısı Sayman Aruz şəhid  ailələrini və qaziləri salamlayaraq şəhidlik və vətən yolunda qəhrəmanlığın fəlsəfəsi barədə söhbətlər etdi, həmrəylik, birlik, bütövlük mesajı verdi.

AYB Sədrinin Baş müşaviri Rauf Aslanov şəhidlərimizin xatirəsinə həsr olunmuş bu kitabın nəşr olunmasını təqdirəlayiq hal olduğunu bildirdi.

AMEA-nın əməkdaşı Füzuli Kərimov  çıxışında BƏC İB-in layihədən kənar vaxtlarda  şəhid ailələri, əlillərin və imtiyazlı şəxslərin hüquqlarının qorunması, problemlərinin həlli istiqamətində mütəmadi olaraq məşğul olduğunu bildirdi.

AYB-nın üzvü, şair-publisist Damət Salmanoğlu Azərbaycanımızın müstəqilliyinə həsr etdiyi serini oxudu. 

Tədbirdə iştirak edən şəhid valideynləri Gülnarə Salahova, Afidə Məmmədova, Qətibə Hacıyeva, Bəhruz Qənbərli, Zahid Məmmədov və qazilər Amid Paşayev, Təhmuraz Muradov, Orxan Həsənzadə, Sadiq Abbaslı onlara göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevə, Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını bildiriblər.

BƏC İB-in Qarabağ Nümayəndəliyinin rəhbəri, Qarabağ müharibəsi veteranı Həsənağa Bayramov, Tərtər Rayonu İcra Başçısının Birinci müavini Elvin Umudov, Tərtər Rayonu İcra Hakimiyyəti Vətən Müharibəsi İştirakçıları və Şəhid Ailələri ilə İşin Təşkili Şöbəsinin müdiri Ülvi Nəcəfov tədbirin keçirilməsində yaxından iştirak etdilər.

Sonra tədbir iştirakçılarına “And yerimiz şəhidlər” kitabı paylanıb. 

BƏC İB-in sədri və layihə rəhbəri Tahir Xudiyev “Əlillər Dünyası” qəzetinin əməkdaşına bildirmişdir ki,  şəhid ailələri və qazilərimizə Tərtər rayonunda böyük ehtiramın şahidi olduq. Şəhid ailələri və əlilliyi olan imtiyazlı şəxslərə İcra Başçısının göstərdiyi diqqət və qayğı danılmazdır. Onu da bildirdi ki, bəzi İcra Başçıları Tərtər rayonunun iş prinsipindən və imtiyazlı şəxslərə döstərilən bu qayğıdan nümunə götürməlidirlər. Yəni İcra Baçşçıları xalqla Prezident arasında körpü yaradır. Bəzi İcra Başçıları və məmurlarımızın əksəriyyəti Müstəqim Məmmədov və hazırda Dövlət Statistika Komitəsinin sədri, vaxtı ilə İcra Başçısı vəzifəsində çalışmış Tahir Budaqovun müsbət iş təcrübəsindən  nümunə götürməlidirlər.

 

     

Məlahət Abdullayeva

“Əlillər Dünyası” qəzetindən

19.10.2022

 

BANK REKVİZİTLƏRİ:

“Beynəlxalq Əlillər Dünyası”İctimai Birliyinin bu bank hesabının xeyirxah insanların maddi yardımına böyük ehtiyacı vardır.

Edilən hər bir yaxşılığa görə cəmiyyət adından əvvəlcədən təşəkkürümüzü bildiririk.

Azərbaycan Beynəlxalq Bankının “Sənaye” Filialı

AZ 82 IBAZ 38090 01 944 2609752 211- AZN;

AZ 72 IBAZ 38190 01 840 2609752 211- USD

ƏLİLLƏR DÜNYASI QƏZETİ

BAŞ REDAKTORDAN

Nə üçün "Əlillər Dünyası" ?

Qəzetin təsisçisi və baş redaktoru Tahir Xudiyev: "Əlillər Dünyası" sizin öz dünyanız olacaq"

“Əlillər Dünyası” qəzeti 2002-ci ildən təsis olunub. Dövlət qeydiyyatından keçən hüquqi, İctimai-siyasi qəzet olan "Əlillər Dünyası"nın  əsas məqsədi cəmiyyətdə əlillərin potensialını göstərmək, onların heç də ianə ünvanı olmadığını diqqətə çatdırmaqdır. Əlillərə göstərilən qayğı, onların arzuları, düşüncələri, eləcə də problemləri qəzetimizdə öz əksini tapacaqdır. Əhalinin bu kontingentinə biganə münasibət bəsləyən məmurlar kəskin tənqid hədəfimizə çevriləcəklər. Əlillərlə bağl

RƏYLƏR

"ƏLİLLƏR DÜNYASI"na xoş arzular

"Qeyd etmək istəyirəm ki, böyük enreji ehtiyatlarına malik Azərbaycan bu gün də sürətlə inkişaf edir. Mən əminəm ki, qəzetinizin kollektivi də ölkənizin belə sürətli inkişafı ilə ayaqlaşır. Həqiqətən də, "Əlillər Dünyası" qəzetinin kollektivi fəaliyyət göstərdiyi sahədə gənc, müstəqil Azərbaycan dövləti üçün böyük işlər görür". Enn Dersi, ABŞ-ın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri ("Əlillər Dünyası" в„– 17, 2 sentyabr, 2008-ci il)

VİDEOLENT

Beynəlxalq Əlillər Cəmiyyəti

FOTO QALEREYA