Agentliyin dəstəyi ilə “Beynəlxalq Əlillər Cəmiyyəti” İB daha bir layihəni icra etdi

    Məlumat verdiyimiz kimi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə "Beynəlxalq Əlillər Cəmiyyəti" İctimai Birliyi (BƏC İB) cari ilin sentyabr ayının 1-dən “And yerimiz- Şəhidlər”! adlı layihə həyata keçirirdi.

Layihə zamanı vaxtı ilə Bakı şəhərinin Nizami rayonunda, Tərtər və Bərdə rayonlarında yaşayıb 44 günlük Vətən müharibəsində döyüşlərdə qəhrəmanlıqla şəhid olan oğullarımızın adlarının, xatirələrinin əbədiləşdirilməsi, yaşadılması, eləcə də əlillik dərəcəsi almış  qazilərimizin tanıdılması məqsədi ilə kitab nəşr etdirilməsi ilə yanaşı İctimai Birliyin məqsədinə və təyinatına uyğun olaraq əlilliyi olan və digər imtiyazlı şəxslərin problemlərinin həlli, lazım gələrsə, hüquqlarının müdafiəsi ilə də məşğul olunub.

Layihə zamanı nəfis şəkildə nəşr olunmuş “And yerimiz-şəhidlər”! kitabı Azərbaycan Yazıçılar Birliyi və Tərtər Rayonu Mədəniyyət evində şəhid ailələri, qazilər, dövlət və beynəlxalq təşkilatların, ictimaiyyətin və KİV nümayədələrinin iştirakı ilə keçirilən tədbirlər zamanı şəhidlərimizin ailələrinə təqdim olunmuşdur.

BƏC İB-in sədri və layihə rəhbəri Tahir Xudiyevin verdiyi məlumata görə layihə zamanı şəhid ailələrinin və imtiyazlı şəxslərin müraciətinə əsasən onların problemlərinin həlli ilə əlaqədar aidyyəti dövlət təşkilatlarına da müraciət edilib.

 

Məlahət Abdullayeva

“Əlillər Dünyası” qəzetindən

26.10.2022

 

BANK REKVİZİTLƏRİ:

“Beynəlxalq Əlillər Dünyası”İctimai Birliyinin bu bank hesabının xeyirxah insanların maddi yardımına böyük ehtiyacı vardır.

Edilən hər bir yaxşılığa görə cəmiyyət adından əvvəlcədən təşəkkürümüzü bildiririk.

Azərbaycan Beynəlxalq Bankının “Sənaye” Filialı

AZ 82 IBAZ 38090 01 944 2609752 211- AZN;

AZ 72 IBAZ 38190 01 840 2609752 211- USD

ƏLİLLƏR DÜNYASI QƏZETİ

BAŞ REDAKTORDAN

Nə üçün "Əlillər Dünyası" ?

Qəzetin təsisçisi və baş redaktoru Tahir Xudiyev: "Əlillər Dünyası" sizin öz dünyanız olacaq"

“Əlillər Dünyası” qəzeti 2002-ci ildən təsis olunub. Dövlət qeydiyyatından keçən hüquqi, İctimai-siyasi qəzet olan "Əlillər Dünyası"nın  əsas məqsədi cəmiyyətdə əlillərin potensialını göstərmək, onların heç də ianə ünvanı olmadığını diqqətə çatdırmaqdır. Əlillərə göstərilən qayğı, onların arzuları, düşüncələri, eləcə də problemləri qəzetimizdə öz əksini tapacaqdır. Əhalinin bu kontingentinə biganə münasibət bəsləyən məmurlar kəskin tənqid hədəfimizə çevriləcəklər. Əlillərlə bağl

RƏYLƏR

"ƏLİLLƏR DÜNYASI"na xoş arzular

"Qeyd etmək istəyirəm ki, böyük enreji ehtiyatlarına malik Azərbaycan bu gün də sürətlə inkişaf edir. Mən əminəm ki, qəzetinizin kollektivi də ölkənizin belə sürətli inkişafı ilə ayaqlaşır. Həqiqətən də, "Əlillər Dünyası" qəzetinin kollektivi fəaliyyət göstərdiyi sahədə gənc, müstəqil Azərbaycan dövləti üçün böyük işlər görür". Enn Dersi, ABŞ-ın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri ("Əlillər Dünyası" в„– 17, 2 sentyabr, 2008-ci il)

VİDEOLENT

Beynəlxalq Əlillər Cəmiyyəti

FOTO QALEREYA