Ağdam rayonunda əlil uşaqların təhsilə cəlbi sahəsində görülmüş işlərin monitorinqi aparılmışdır

Azərbaycan RespubliВ¬kasının Prezidenti yаnında Qeyri-Hökumət TəşkilatВ¬larına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə "Beynəlxalq Əlillər Dünyası" İctimai Birliyi 01.04.2011-ci ildən 01.08.2011-ci il tarixinədək "Əlil uşaqların məktəbəqədər müəssisələrdə, xüsusi məktəb və siniflərdə, evdə fərdi təhsilə cəlbi vəziyyətinin monitorinqi" adlı layihə həyata keçirir.
Layihə çərçivəsində 16-18 iyun 2011-ci il tarixlərində Ağdam rayonu ərazisində əlil uşaqların təhsilə cəlbi sahəsində görülmüş işlərin monitorinqi aparılmışdır. Ağdam Rayon Əhalinin Sosial Müdafiəsi Mərkəzinin verdiyi rəsmi siyahıya əsasən rayon üzrə 626 nəfər əlilliyi olan məktəb yaşlı uşaqlar vardır. Əlilliyi olan uşaqların ailələrində olmuş, onlarla aparılan təlim-tərbiyə işlərinin vəziyyəti öyrənilmiş, Ağdam rayon təhsil və səhiyyə şöbələrində ayrı-ayrılıqda layihə ilə əlaqədar maarifləndirmə tədbirləri keçirilmişdir. Ağdam Rayon Təhsil Şöbəsinin əməkdaşlarından Mustafa Muradov, Əlvan Rüstəmov, Ramiz Xıdırov, Ağdam Rayon Mərkəzi Xəstəxanasının Baş həkimi Gülnar Abbasova, əməkdaşları Aybəniz Quliyeva, Şəlalə Qurbanova, Zaur Əliyev, Cəlal Bağırov əlil uşaqların təhsili ilə bağlı mövcud vəziyyətlə əlaqədar öz rəy və təkliflərini bildirmişlər. Ağdam rayonunda aparılmış monitorinqin yekunlarına dair Ağdam Rayon Əhalinin Sosial Müdafiə Mərkəzində mərkəzin və yerli kənd icra nümayəndəliklərinin əməkdaşları və müəllimlərin iştirakı ilə tədbir keçirilmişdir. Tədbiri giriş sözü ilə Mərkəzin direktoru Elman Əliyev açaraq əlil uşaqların təhsili ilə bağlı keçirilən bu layihənin vacibliyindən danışmışdır.
Sonra Birliyin sədri, layihənin rəhbəri Tahir Xudiyev çıxış edərək layihənin məqsəd və vəzifələri haqqında tədbir iştirakçılarına geniş məlumat vermiş, aparılmış monitorinq zamanı evdə fərdi təhsilə cəlb edilmiş uşaqların təhsili sahəsində mövcud olan problemlərdən danışmışdır. Tədbirdə Ağdam Rayon Əhalinin Sosial Müdafiəsi Mərkəzinin direktor müavini Bəxtiyar Məmmədov, Mərkəzin əməkdaşlarından Şəhriyar Rüstəmov, Teymur Quliyev, Quzanlı kənd icra nümayəndəliyinin müavini Arzuman Rüstəmov, Ağdam rayon 18 saylı məktəbin müəllimi Mətanət Hacıyeva, valideynlərdən Şamil Əbilov və Mahir Rzayev əlil uşaqların inkluziv və fərdi təhsili barədə öz fikir və mülahizələrini bildirmişlər.
Ağdam Rayon Əhalinin Sosial Müdafiəsi Mərkəzinin direktoru Elman Əliyev və Ağdam Rayon Mərkəzi Xəstəxanasının baş həkimi Gülnar Abbasova rayonda monitorinqin keçirilməsinə və yekunlaşdırılmasına yüksək səviyyədə əməli köməklik göstərmişlər.
Tədbirin sonunda layihə çərçivəsində İctimai Birlik tərəfindən nəşr edilmiş "Sağlamlıq imkanları məhdud olan uşaqların inkluziv və fərdi təhsili haqqında qanunvericilik sənədlər toplusu" adlı kitab və əlil uşaqlar üçün məktəb ləvazimatlarından ibarət qovluqlar iştirakçılara təqdim edilmişdir.

BANK REKVİZİTLƏRİ:

“Beynəlxalq Əlillər Dünyası”İctimai Birliyinin bu bank hesabının xeyirxah insanların maddi yardımına böyük ehtiyacı vardır.

Edilən hər bir yaxşılığa görə cəmiyyət adından əvvəlcədən təşəkkürümüzü bildiririk.

Azərbaycan Beynəlxalq Bankının “Sənaye” Filialı

AZ 82 IBAZ 38090 01 944 2609752 211- AZN;

AZ 72 IBAZ 38190 01 840 2609752 211- USD

ƏLİLLƏR DÜNYASI QƏZETİ

BAŞ REDAKTORDAN

Nə üçün "Əlillər Dünyası" ?

Qəzetin təsisçisi və baş redaktoru Tahir Xudiyev: "Əlillər Dünyası" sizin öz dünyanız olacaq"

“Əlillər Dünyası” qəzeti 2002-ci ildən təsis olunub. Dövlət qeydiyyatından keçən hüquqi, İctimai-siyasi qəzet olan "Əlillər Dünyası"nın  əsas məqsədi cəmiyyətdə əlillərin potensialını göstərmək, onların heç də ianə ünvanı olmadığını diqqətə çatdırmaqdır. Əlillərə göstərilən qayğı, onların arzuları, düşüncələri, eləcə də problemləri qəzetimizdə öz əksini tapacaqdır. Əhalinin bu kontingentinə biganə münasibət bəsləyən məmurlar kəskin tənqid hədəfimizə çevriləcəklər. Əlillərlə bağl

RƏYLƏR

"ƏLİLLƏR DÜNYASI"na xoş arzular

"Qeyd etmək istəyirəm ki, böyük enreji ehtiyatlarına malik Azərbaycan bu gün də sürətlə inkişaf edir. Mən əminəm ki, qəzetinizin kollektivi də ölkənizin belə sürətli inkişafı ilə ayaqlaşır. Həqiqətən də, "Əlillər Dünyası" qəzetinin kollektivi fəaliyyət göstərdiyi sahədə gənc, müstəqil Azərbaycan dövləti üçün böyük işlər görür". Enn Dersi, ABŞ-ın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri ("Əlillər Dünyası" в„– 17, 2 sentyabr, 2008-ci il)

VİDEOLENT

Beynəlxalq Əlillər Cəmiyyəti

FOTO QALEREYA