Rəssam Ucal Haqverdiyevin əsərlərinin sərgisi keçirilir

Rəssam Həsən Haqverdiyevin ailəsində 1960-cı ildə dünyaya gələn Ucal da atasının sənətinin davamçısı olmuş, Azərbaycan incəsənətinə müxtəlif janrlı sənət əsərləri bəxş etmişdir.

Sənəti üzrə ali təhsil alan, Azərbaycan Rəssamlar İttifaqının üzvü olan  Ucal Haqverdiyev 1990-cı ildə Azərbaycanın gənc rəssamlarının Fransada keçirilən sərgisində iştirak etmiş,  1991-ci ildə Tunisdə,  1992-ci ildə Kölndə, 1993-cü ildə Vyanada fərdi sərgiləri təşkil edilmişdir. 1995-ci ildə İstanbulda keçirilən "Azərbaycan və Türk rəssamlarının birgə sərgisi"ndə iştirak etmişdir. Rəssamın əsərləri həmçinin ABŞ, Almaniya, Avstriya, Fransa, Norveç və Türkiyədə də nümayiş olunmuşdur.

2016-cı ildə Ucal Haqverdiyevin əsərlərindən ibarət sərginin nümayişi zamanı sənətinin davamçısı olan oğlu rəssam Butunay Haqverdiyev demişdir: “Atamın yaradıcılığı haqqında hansısa janr çərçivəsində danışmaq çox çətindir. Çünki o, daim axtarışda olub, müxtəlif sahələrlə maraqlanıb, heç vaxt boş dayanmayıb. Onun yaradıcılığında həlledici məqamlardan biri daim əhatə olunduğu aləmi öyrənməsidir. Bu prinsipə görə, rəssamın işi şəkil çəkmək deyil, ətraf aləmi öyrənməkdir.”

Vəfatından 19 il keçsə də Ucal Haqverdiyevin əsərləri bu gün də heyranlıqla, sevilə-sevilə nümayiş olunur.

Yanvar ayının 27-də İçərişəhərdəki “Bakı Fotoqrafiya Evi”ndə təşkil olunmuş “Gənclik” adlı sərgi də Ucal Haqverdiyevin həyat və yaradıcılığına həsr olunmuş silsilə sərgilərdən biridir. Sərgi “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi, “Bakı Fotoqrafiya Evi” və “Savalan” ASPI WINERY (Azərbaycan) ilə əməkdaşlıq çərçivəsində, həmçinin Azərbaycan Rəssamlar İttifaqı və ART Zone-un dəstəyi ilə keçirilir. Bu sərgi tamaşaçını 1980-ci illərin sonu və 1990-cı illərin Bakısındakı yaradıcılıq mühitinin ab-havası ilə tanış edir. Sərgi çərçivəsində Ucal Haqverdiyevin  1980-ci illərdəki müasirləri olan rəssamların və müəllimi saydığı şəxslərin portretləri nümayiş etdirilir.

Sərgi üçün xüsusi olaraq “Gənclik” pansionatında 1980-1990-cı illərin həmfikir rəssamlarının “spontan birliyi”nin yarandığı dövrün sənədli xronikasından toplanmış qısametrajlı film də nümayiş eidirilir.

Mərhum Ucal Haqverdiyevin həyat yoldaşı, Azərbaycan Rəssamlar İttifaqının üzvü olan Əməkadar rəssam Yelena Haqverdiyevanın dəvəti ilə bu sərgidə iştirak edən “Beynəlxalq Əlillər Cəmiyyəti” İB-in sədri Tahir Xudiyev və İdarə Heyəti üzvü Ağalar Əliyev sərginin yüksək səviyyədə təşkil olunduğunu və nümayiş olunan möhtəşəm əsərlərdən böyük zövq aldıqlarını bildiriblər.

Yanvarın 27-də açılan sərgi fevral ayının 19-dək davam edəcək.

 

Məlahət Abdullayeva

Əlillər Dünyası” qəzetindən

17.02.2023

BANK REKVİZİTLƏRİ:

“Beynəlxalq Əlillər Dünyası”İctimai Birliyinin bu bank hesabının xeyirxah insanların maddi yardımına böyük ehtiyacı vardır.

Edilən hər bir yaxşılığa görə cəmiyyət adından əvvəlcədən təşəkkürümüzü bildiririk.

Azərbaycan Beynəlxalq Bankının “Sənaye” Filialı

AZ 82 IBAZ 38090 01 944 2609752 211- AZN;

AZ 72 IBAZ 38190 01 840 2609752 211- USD

ƏLİLLƏR DÜNYASI QƏZETİ

BAŞ REDAKTORDAN

Nə üçün "Əlillər Dünyası" ?

Qəzetin təsisçisi və baş redaktoru Tahir Xudiyev: "Əlillər Dünyası" sizin öz dünyanız olacaq"

“Əlillər Dünyası” qəzeti 2002-ci ildən təsis olunub. Dövlət qeydiyyatından keçən hüquqi, İctimai-siyasi qəzet olan "Əlillər Dünyası"nın  əsas məqsədi cəmiyyətdə əlillərin potensialını göstərmək, onların heç də ianə ünvanı olmadığını diqqətə çatdırmaqdır. Əlillərə göstərilən qayğı, onların arzuları, düşüncələri, eləcə də problemləri qəzetimizdə öz əksini tapacaqdır. Əhalinin bu kontingentinə biganə münasibət bəsləyən məmurlar kəskin tənqid hədəfimizə çevriləcəklər. Əlillərlə bağl

RƏYLƏR

"ƏLİLLƏR DÜNYASI"na xoş arzular

"Qeyd etmək istəyirəm ki, böyük enreji ehtiyatlarına malik Azərbaycan bu gün də sürətlə inkişaf edir. Mən əminəm ki, qəzetinizin kollektivi də ölkənizin belə sürətli inkişafı ilə ayaqlaşır. Həqiqətən də, "Əlillər Dünyası" qəzetinin kollektivi fəaliyyət göstərdiyi sahədə gənc, müstəqil Azərbaycan dövləti üçün böyük işlər görür". Enn Dersi, ABŞ-ın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri ("Əlillər Dünyası" в„– 17, 2 sentyabr, 2008-ci il)

VİDEOLENT

Beynəlxalq Əlillər Cəmiyyəti

FOTO QALEREYA