Dəyirmi Masa

Azərbaycan RespubliВ¬kasının Prezidenti yаnında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə "Beynəlxalq Əlillər Dünyası" İctimai Birliyi 01.04.2011-ci ildən 01.08.2011-ci il tarixinədək "Əlil uşaqların məktəbəqədər müəssisələrdə, xüsusi məktəb və siniflərdə, evdə fərdi təhsilə cəlbi vəziyyətinin monitorinqi" adlı layihə həyata keçirir.
26 iyul 2011-ci il tarixində saat 11.00-da Bakı şəhəri, Ü. Hacıbəyov küçəsi-32 ünvanında yerləşən "SƏS İnformasiya Agentliyi"ndə layihə çərçivəsində görülmüş işlərin yekun hesabatına həsr olunmuş Dəyirmi Masa keçirilmişdir.
Tədbiri giriş sözü ilə İctimai Birliyin sədri, layihənin rəhbəri Tahir Xudiyev açaraq layihənin məqsəd və vəzifələri haqqında tədbir iştirakçılarına geniş məlumat verdi. Monitorinqin gedişi zamanı əlil uşaqların təhsili ilə əlaqədar müəyyən edilmiş çətinliklər və problemlər, o cümlədən bu sahədə aşkar edilmiş nöqsanlar barədə tədbir iştirakçılarına bilgilər çatdırdı. O, bildirdi ki, layihənin coğrafiyası Bakının Xətai, Sabunçu rayonları, Sumqayıt şəhəri, Abşeron, Ağdam və Xaçmaz rayonlarını əhatə edir. Layihənin əsas məqsədi əlil uşaqların təhsil hüquqlarının bərpasına, cəmiyyətə mümkün qədər çox inteqrasiya etmələrinə, xüsusi qayğıya ehtiyacı olan uşaqların keyfiyyətli təhsil imkanlarının artırılmasına kömək etməkdir.
İctimai Birliyin Qadınlarla iş departamentinin sədr müavini Zabilə Qəribova çıxış edərək monitorinq zamanı aşkar edilmiş problemlərdən bəhs etdi. Layihənin əsas məqsədlərindən biri də valideynlərin maarifləndirilməsidir. Əlil uşaqları cəmiyyətdən gizlətmək problemi daha da dərinləşdirir. Bu məqsədlə İctimai Birliyimiz layihə çərçivəsində əlil uşaqların təhsili ilə əlaqədar valideynlər və bu sahə ilə məşğul olan icra orqanlarının əməkdaşları arasında maarifləndirmə məqsədilə tədbirlər keçirmişdir.
İctimai Birliyin İdarə Heyətinin üzvü Məlahət Abdullayeva çıxış edərək əlil uşaqların təhsilində yol verilən nöqsanlardan danışdı, əlil uşaqlara həftədə 2 dəfə 1-2 sat dərs keçildiyini, dərslərin qeyri-ixtisas müəllimləri tərəfindən aparıldığını qeyd etdi. Bu isə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2002-ci il 10 may tarixli 77 nömrəli qərarı ilə "Evdə təhsil almaq hüququ verən xəstəliklərin siyahısı və evdə təhsilin təşkili Qaydaları"nın 11-ci bəndinin pozulması deməkdir. Dəyirmi Masada iştirak edən Azərbaycan RespubliВ¬kasının Prezidenti yаnında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının məsləhətçisi Həsən Səmədov, UNİSEF-in Azərbaycandakı Nümayəndəliyin Uşaqların müdafiəsi üzrə mütəxəssisi Munir Məmmədzadə, Ombudsman Aparatının Baş məsləhətçisi Müqalib Mahmudov, əməkdaşı Rəşid Rumzadə və başqaları çıxış edərək əlil uşaqların təhsili ilə əlaqədar öz fikir və təkliflərini söylədilər.
Tahir Xudiyev tədbirin sonunda söylədi ki, Layihəmizin həyata keçirilməsi əlil uşaqların öz bacarıq və imkanlarına inamlarını artırır və onların həyata daha çox inteqrasiya etmələrinə səbəb olur. Monitorinqin gedişi zamanı aparılmış yoxlamalar nəticəsində evdə fərdi təhsilə cəlb edilmiş əlil uşaqların bəzilərinə dərsliklərin verilmədiyi, evlərdə dərs cədvəllərinin olmadığı və beləliklə də evdə fərdi təhsilə cəlb edilmiş uşaqlarla aparılan təlim-tərbiyə işlərinin primitiv və kortəbii surətdə aparıldığı müəyyən edilmişdir. Ümidvarıq ki, bu layihənin keçirilməsindən sonra qarşıdakı yeni tədris ilindən əlil uşaqların təhsilinə nəzarət gücləndiriləcək, dövlətin bu sahədə qəbul etdiyi qanunlar və qərarlar yerlərdə layiqincə icra ediləcəkdir.
Yeri gəlmişkən, monitorinqin gedişinə yüksək səviyyədə əməli köməklik göstərdiklərinə görə Azərbaycan Respublikası Prezident Administrasiyası İctimai-Siyasi Şöbəsinə, Səhiyyə Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə və onların yerli orqanlarına, yerli icra strukturlarına minnətdarlığımızı bildiririk.
Tədbirdə həmçinin Milli Qəhrəmanlar Birliyinin nümayəndəsi Ruzgar Əliyev, DAHC-nın sədri Tofiq Əlizadə, VCİ-nin nümayəndəsi Taleh Əliyev, BƏDF-nın sədri Sərraf Oruc, 1-ci qrup Qarabağ müharibəsi əlili, məcburi köçkün Niyazi Məmmədov, digər QHT və KİV nümayəndələri də iştirak edirdilər.
Sonda layihə çərçivəsində İctimai Birlik tərəfindən nəşr edilmiş "Sağlamlıq imkanları məhdud olan uşaqların inkluziv və fərdi təhsili haqqında qanunvericilik sənədlər toplusu" adlı kitab iştirakçılara təqdim edilmişdir.

BANK REKVİZİTLƏRİ:

“Beynəlxalq Əlillər Dünyası”İctimai Birliyinin bu bank hesabının xeyirxah insanların maddi yardımına böyük ehtiyacı vardır.

Edilən hər bir yaxşılığa görə cəmiyyət adından əvvəlcədən təşəkkürümüzü bildiririk.

Azərbaycan Beynəlxalq Bankının “Sənaye” Filialı

AZ 82 IBAZ 38090 01 944 2609752 211- AZN;

AZ 72 IBAZ 38190 01 840 2609752 211- USD

ƏLİLLƏR DÜNYASI QƏZETİ

BAŞ REDAKTORDAN

Nə üçün "Əlillər Dünyası" ?

Qəzetin təsisçisi və baş redaktoru Tahir Xudiyev: "Əlillər Dünyası" sizin öz dünyanız olacaq"

“Əlillər Dünyası” qəzeti 2002-ci ildən təsis olunub. Dövlət qeydiyyatından keçən hüquqi, İctimai-siyasi qəzet olan "Əlillər Dünyası"nın  əsas məqsədi cəmiyyətdə əlillərin potensialını göstərmək, onların heç də ianə ünvanı olmadığını diqqətə çatdırmaqdır. Əlillərə göstərilən qayğı, onların arzuları, düşüncələri, eləcə də problemləri qəzetimizdə öz əksini tapacaqdır. Əhalinin bu kontingentinə biganə münasibət bəsləyən məmurlar kəskin tənqid hədəfimizə çevriləcəklər. Əlillərlə bağl

RƏYLƏR

"ƏLİLLƏR DÜNYASI"na xoş arzular

"Qeyd etmək istəyirəm ki, böyük enreji ehtiyatlarına malik Azərbaycan bu gün də sürətlə inkişaf edir. Mən əminəm ki, qəzetinizin kollektivi də ölkənizin belə sürətli inkişafı ilə ayaqlaşır. Həqiqətən də, "Əlillər Dünyası" qəzetinin kollektivi fəaliyyət göstərdiyi sahədə gənc, müstəqil Azərbaycan dövləti üçün böyük işlər görür". Enn Dersi, ABŞ-ın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri ("Əlillər Dünyası" в„– 17, 2 sentyabr, 2008-ci il)

VİDEOLENT

Beynəlxalq Əlillər Cəmiyyəti

FOTO QALEREYA