Allah rəhmət eləsin!


Azərbaycanın “Silk Way” aviasiya şirkətinə məxsus IL-76 yük təyyarəsinin iyulun 5-dən 6-na keçən gecə Əfqanıstanın Pərvan vilayətində qəzaya uğraması nəticəsində faciəli şəkildə həlak olanlardan biri-bort operatoru, 1981-ci il təvəllüdlü Elnur Ərəstun oğlu Mahmudovdur. Elnur “Beynəlxalq Əlillər Dünyası” İctimai Birliyinin Gənclər Departamentinin əməkdaşı idi. Elnurun anası, 2-ci qrup əlil Rəhilə xanım Babayeva da bizim Cəmiyyətin üzvüdür.
Elnur Mahmudovun atası Ərəstun Mahmudov bort-mexanik idi. Ərəstun Mahmudov 1992-ci il yanvarın 28-də Ağdam-Şuşa marşrutu ilə uçan “MI-8" vertolyotunun ermənilər tərəfindən vurulması nəticəsində həlak olub. Ölümündən sonra ona Milli Qəhrəman adı verilib.
Atasının ölümündən sonra Elnur anası Rəhilə xanıma, bacıları Mehriban və Tünzaləyə təsəlli yeri idi. Onlar Elnura toy etmək, onun övladını görmək arzusunu ilə yaşayırdılar. Elnurun qismətində isə atası Ərəstun Mahmudov kimi gənc yaşlarında əbədiyyətə qovuşmaq var imiş…
Biz də Böyük Allahdan Elnura rəhmət, ailəsi və yaxınlarına isə sonsuz səbr diləyirik.

Allah rəhmət eləsin!

BANK REKVİZİTLƏRİ:

“Beynəlxalq Əlillər Dünyası”İctimai Birliyinin bu bank hesabının xeyirxah insanların maddi yardımına böyük ehtiyacı vardır.

Edilən hər bir yaxşılığa görə cəmiyyət adından əvvəlcədən təşəkkürümüzü bildiririk.

Azərbaycan Beynəlxalq Bankının “Sənaye” Filialı

AZ 82 IBAZ 38090 01 944 2609752 211- AZN;

AZ 72 IBAZ 38190 01 840 2609752 211- USD

ƏLİLLƏR DÜNYASI QƏZETİ

BAŞ REDAKTORDAN

Nə üçün "Əlillər Dünyası" ?

Qəzetin təsisçisi və baş redaktoru Tahir Xudiyev: "Əlillər Dünyası" sizin öz dünyanız olacaq"

“Əlillər Dünyası” qəzeti 2002-ci ildən təsis olunub. Dövlət qeydiyyatından keçən hüquqi, İctimai-siyasi qəzet olan "Əlillər Dünyası"nın  əsas məqsədi cəmiyyətdə əlillərin potensialını göstərmək, onların heç də ianə ünvanı olmadığını diqqətə çatdırmaqdır. Əlillərə göstərilən qayğı, onların arzuları, düşüncələri, eləcə də problemləri qəzetimizdə öz əksini tapacaqdır. Əhalinin bu kontingentinə biganə münasibət bəsləyən məmurlar kəskin tənqid hədəfimizə çevriləcəklər. Əlillərlə bağl

RƏYLƏR

"ƏLİLLƏR DÜNYASI"na xoş arzular

"Qeyd etmək istəyirəm ki, böyük enreji ehtiyatlarına malik Azərbaycan bu gün də sürətlə inkişaf edir. Mən əminəm ki, qəzetinizin kollektivi də ölkənizin belə sürətli inkişafı ilə ayaqlaşır. Həqiqətən də, "Əlillər Dünyası" qəzetinin kollektivi fəaliyyət göstərdiyi sahədə gənc, müstəqil Azərbaycan dövləti üçün böyük işlər görür". Enn Dersi, ABŞ-ın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri ("Əlillər Dünyası" в„– 17, 2 sentyabr, 2008-ci il)

VİDEOLENT

Beynəlxalq Əlillər Cəmiyyəti

FOTO QALEREYA