Əlil məhkumlarla görüş

Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidməti ilə “Beynəlxalq Əlillər Dünyası” İctimai Birliyi arasında “Cəza çəkən əlil insanların problemlərinin həlli istiqamətində beynəlxalq təcrübənin tətbiq edilməsi, bu sahədə müvafiq maarifləndirmə işinin aparılması və cəmiyyətə inteqrasiya olunmalarında köməklik göstərilməsi məqsədilə keçiriləcək seminar-treninqlərə dair” 10 mart 2011-ci il tarixində Tədbirlər Planı imzalanmışdır.
Tədbirlər Planına müvafiq olaraq 05.07.2011-ci il tarixində ƏN PX-nin 7 saylı Cəzaçəkmə Müəssisəsində cəzaçəkən müxtəlif qruplu əlilliyi olan məhkumlarla “Əlilliyi olan məhkumların sosial reabilitasiyasının həyata keçirilməsi qaydaları” mövzusunda görüş keçirilmişdir.
Tədbirdə 35 nəfər əlilliyi olan, 30 nəfər isə səhhətində problemi olan məhkumlar, PX-nın Baş İdarəsi Tərbiyə İşinin Təşkili İdarəsinin böyük inspektoru, ədliyyə mayoru Natəvan Tahirova, “Beynəlxalq Əlillər Dünyası” İctimai Birliyinin sədri Tahir Xudiyev, Birliyin hüquqşünasları Səhəddin Cəfərov, Rəhim Quliyev, 16 saylı CM-nın tərbiyə işinin təşkili üzrə rəis müavini, ədliyyə mayoru Vüqar Orucov və dəstə rəisləri iştirak etmişlər.
Tədbirdə mövzu ilə əlaqədar Tahir Xudiyev, Natəvan Tahirova, Səhəddin Cəfərov, Rəhim Quliyev məruzə ilə çıxış etmişlər.
Sonra mövzu ilə əlaqədar əlil məhkumlarla müzakirələr aparılmışdır. Müzakirələr zamanı əlil məhkumları maraqlandıran suallar, onların irəli sürdükləri problem və çətinliklər dinlənilmiş və həmin problem və çətinliklərin mövcud qanunvericilik çərçivəsində həlli barədə onlarla maarifləndirmə işləri aparılmışdır.
Əlil-məhkumlar çıxış edərək bu tədbirdən məmnun qaldıqlarını bildirmişlər.
Tədbirlər Planına müvafiq olaraq, bu səpkidə tədbirlər ƏN PX ilə mütəmadi olaraq davam etdiriləcək və əlil məhkumlarla bağlı müəyyən problem və çətinliklər ictimai nəzarətə götürüləcəkdir.

BANK REKVİZİTLƏRİ:

“Beynəlxalq Əlillər Dünyası”İctimai Birliyinin bu bank hesabının xeyirxah insanların maddi yardımına böyük ehtiyacı vardır.

Edilən hər bir yaxşılığa görə cəmiyyət adından əvvəlcədən təşəkkürümüzü bildiririk.

Azərbaycan Beynəlxalq Bankının “Sənaye” Filialı

AZ 82 IBAZ 38090 01 944 2609752 211- AZN;

AZ 72 IBAZ 38190 01 840 2609752 211- USD

ƏLİLLƏR DÜNYASI QƏZETİ

BAŞ REDAKTORDAN

Nə üçün "Əlillər Dünyası" ?

Qəzetin təsisçisi və baş redaktoru Tahir Xudiyev: "Əlillər Dünyası" sizin öz dünyanız olacaq"

“Əlillər Dünyası” qəzeti 2002-ci ildən təsis olunub. Dövlət qeydiyyatından keçən hüquqi, İctimai-siyasi qəzet olan "Əlillər Dünyası"nın  əsas məqsədi cəmiyyətdə əlillərin potensialını göstərmək, onların heç də ianə ünvanı olmadığını diqqətə çatdırmaqdır. Əlillərə göstərilən qayğı, onların arzuları, düşüncələri, eləcə də problemləri qəzetimizdə öz əksini tapacaqdır. Əhalinin bu kontingentinə biganə münasibət bəsləyən məmurlar kəskin tənqid hədəfimizə çevriləcəklər. Əlillərlə bağl

RƏYLƏR

"ƏLİLLƏR DÜNYASI"na xoş arzular

"Qeyd etmək istəyirəm ki, böyük enreji ehtiyatlarına malik Azərbaycan bu gün də sürətlə inkişaf edir. Mən əminəm ki, qəzetinizin kollektivi də ölkənizin belə sürətli inkişafı ilə ayaqlaşır. Həqiqətən də, "Əlillər Dünyası" qəzetinin kollektivi fəaliyyət göstərdiyi sahədə gənc, müstəqil Azərbaycan dövləti üçün böyük işlər görür". Enn Dersi, ABŞ-ın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri ("Əlillər Dünyası" в„– 17, 2 sentyabr, 2008-ci il)

VİDEOLENT

Beynəlxalq Əlillər Cəmiyyəti

FOTO QALEREYA