Afaq Məsud “Qatarın altına atılan qadın”...
“Beynəlxalq Əlillər Dünyası” İctimai Birliyi, üzvlərinin və əlillərin maarifləndirilməsi, onların hüquqlarının qorunması ilə yanaşı, əlillərin ictimai həyata inteqrasiyası, onların aktiv fəaliyyət göstərməsi məqsədi ilə öz Nizamnaməsinə uyğun olaraq, müəyyən tədbirlər və layihələr həyata keçirməyi nəzərdə tutmuşdur. Ona görə də İctimai Birlik respublikamızda keçirilən müxtəlif konsertlərdə, teatr tamaşalarında, yubiley tədbirlərində üzvlərinin və əməkdaşlarının yaxından iştirakını təmin etməyə çalışır.
Bu məqsədlə 21 oktyabr 2011-ci il tarixində “Beynəlxalq Əlillər Dünyası” İctimai Birliyinin 100 nəfər üzvü Akademik Milli Dram Teatrında əməkdar incəsənət xadimi, yazıçı – dramaturq Afaq Məsudun “Qatarın altına atılan qadın” tamaşasını seyr etmək imkanı qazandı. Bu şəraiti yaratmaqla onlara mənəvi və psixoloji dəstək olduqlarına görə Akademik Milli Dram Teatrının bütün kollektivinə və Teatrın direktoru İsrafil İsrafilova təşəkkürümüzü bildiririk.
Onu da qeyd etmək istəyirik ki, Heydər Əliyev Sarayının rəhbərliyi də keçirilən tədbirlərdə İctimai Birliyin əlil və imkansız üzvlərinin iştirakını təmin edir. Buna görə də Sarayın əməkdaşları və direktoru Fərhad Babayevə minnətdarıq.