Allah rəhmət eləsin!


“Beynəlxalq Əlillər Dünyası” İctimai Birliyinin İdarə Heyəti və “Əlillər Dünyası” qəzetinin Redaksiya Heyətinin üzvü, akademik Nisəxanım Mirişli ömrünün 79-cu ilində dünyasını dəyişdi.
Nisə xanım Məmməd qızı Mirişli 1932-ci ildə Bakı şəhərində ziyalı ailəsində anadan olmuşdu. Atası Məmməd kişi dəmir yolu mühəndisi, anası tibb işçisi idi. Nisə xanım orta təhsilini Bakı şəhəri 132 nömrəli məktəbdə almışdı. 1956-ci ildə N.Nərimanov adına Tibb İnstitutunun müalicə-profilaktika fakültəsini bitirir.
O, təyinatla Qazı-Məhəmməd rayonuna Traxoma əleyhinə disspanserin baş həkimi vəzifəsinə göndərilir. Qısa müddət ərzində oftalmoloq peşəsinin sirlərinə yiyələnir və rayonun əhalisi arasında nüfuz qazanır. Elə o illərdə onu infeksion xəstəliklərlə mübarizə daha çox düşündürürdü. Sonrakı illərdə Nisə xanım Güzdək 1 nömrəli xüsusi internat məktəbdə və daha sonra isə Biləcəri dəmir yolu deposunda həkim vəzifələrində çalışır. Yoluxucu xəstəliklər həkimi peşəsinə maraq onu 1962-ci ildə Ə.Əliyev adına ADHTİ-nin yoluxucu xəstəliklər kafedrasına gətirir. O, burada təkmilləşmə kursu keçərkən o vaxtlar kafedranın müdri olmuş əməkdar elm xadimi, professor Ş. S. Xalfenin diqqətini cəlb edir. Onun elmə həvəsini nəzərə alaraq aspiranturada təhsil almaq təklif olunur və 1962-ci ildə Nisə xanım müsabiqə yolu ilə aspiranturaya qəbul olur. Onun namizədlik dissertasiyası bağırsaq disbakteriozlarına həsr olunmuşdur və o dövr üçün bu çox aktual mövzu idi. Nisə xanım öz elmi işində indi geniş istifadə olunan probiotiklərin tətbiqini elmi əsaslandırmişdı. 1965-ci ildə Nisə xanım aspiranturanı bitirir və elə həmin il müsabiqə yolu ilə yolxucu xəstəliklər kafedrasının assistenti vəzifəsinə seçilir. 1966-ci ildə müvəffəqiyyətlə namizədlik dissertasiyasını müdafiə edir. Nisə xanım öz üzərində daim işləyir və qısa müddət ərzində təcrübəli həkim və pedaqoq kimi yetişir. O, institutun içtimai işlərində yaxından iştirak edirdi, tibbi profilaktika fakultəsinin elmi katibi vəzifəsində çalışırdı. 1975-ci ildə kafedraya ağır itki üz verir, o vaxtlar kafedra müdri olmuş professor M.M. Kuliyev qəflətən dünyasını dəyişir. Nisə xanımın kafedrada ən gənc mütəxəssis olmasına baxmayaraq o vaxtki institutunun rəhbərliyi başda akademik M.C. Cavadzadə olmaqla tərəddüd etmədən onun namizədliyini kafedra müdiri vəzifəsinə irəli sürür və o ildən bugünədək Nisə xanım Mirişli bu vəzifədə çalışmışdır. 1975-ci ildə həmçinin o tibbi-profilaktika fakultəsinin dekanı 1981-1988-ci illərdə isə institutut ilk pariya komitəsinin katibi vəzifələrində çalışır. 1986-ci ildə Nisə xanıma “Azərbaycan Respublikasının əməkdar həkimi” fəxri adı verilir. Nisə xanım kafedranın ənənələrini daim yaşatmışdı. O, vaxtlar institut ümumittifaq miqyaslı olduğundan kurslarda təhsil alan tələbələr müxtəlif respublikalardan gəlirdilər. Nisə xanım onlara dərs deməklə yanaşı Azərbaycanın mədəniyyətini, musiqisini, tarixini təbliğ edir, onları Bakının bir sıra tarixi yerlərinə ekskursiyalarına aparırdı. Kafedra müdiri olduğu müddətdə o kafedranı kadr potensialnın qayğısına qalmış, məhz bu illərdə dosent Fərzəliyev F.A. və ass. Məcidova E.K., ass. Süleymanov V.Q. Moskva və Sankt-Peterburq şəhərlərinə məqsədli aspiranturaya göndərilərək elmlər namizədi kimi kafedraya qayıtmişlar. Nisə xanım ümumittifaq miqyaslı bir sıra konfrans və konqreslərdə (Moskva, Sankt-Peterburq, Kiev, Tbilisi, Səmərqənd və b.) iştirak və məruzə ilə çıxış etmişdir. O, 100dən yuxarı elmi nəşrin, 2 monografiyanın müəllifidir, 5 elmlər namizədi hazırlamışdır. Nisə xanımın xüsusiyyətləri içərisində onun obyektivliyini kafedrada yaradıcı mühit yaratmasını və tükənməz optimizmi qeyd etmək olar. O, təyinatla Qazı-Məhəmməd rayonuna Traxoma əleyhinə disspanserin baş həkimi vəzifəsinə göndərilir. Qısa müddət ərzində oftalmoloq peşəsinin sirlərinə yiyələnir və rayonun əhalisi arasında nüfuz qazanır. Elə o illərdə onu infeksion xəstəliklərlə mübarizə daha çox düşündürürdü. Sonrakı illərdə Nisə xanım Güzdək 1 nömrəli xüsusi internat məktəbdə və daha sonra isə Biləcəri dəmir yolu deposunda həkim vəzifələrində çalışır. Yoluxucu xəstəliklər həkimi peşəsinə maraq onu 1962-ci ildə Ə.Əliyev adına ADHTİ-nin yoluxucu xəstəliklər kafedrasına gətirir. O, burada təkmilləşmə kursu keçərkən o vaxtlar kafedranın müdri olmuş əməkdar elm xadimi, professor Ş. S. Xalfenin diqqətini cəlb edir. Onun elmə həvəsini nəzərə alaraq aspiranturada təhsil almaq təklif olunur və 1962-ci ildə Nisə xanım müsabiqə yolu ilə aspiranturaya qəbul olur. Onun namizədlik dissertasiyası bağırsaq disbakteriozlarına həsr olunmuşdur və o dövr üçün bu çox aktual mövzu idi. Nisə xanım öz elmi işində indi geniş istifadə olunan probiotiklərin tətbiqini elmi əsaslandırmişdı. 1965-ci ildə Nisə xanım aspiranturanı bitirir və elə həmin il müsabiqə yolu ilə yolxucu xəstəliklər kafedrasının assistenti vəzifəsinə seçilir. 1966-ci ildə müvəffəqiyyətlə namizədlik dissertasiyasını müdafiə edir. Nisə xanım öz üzərində daim işləyir və qısa müddət ərzində təcrübəli həkim və pedaqoq kimi yetişir. O, institutun içtimai işlərində yaxından iştirak edirdi, tibbi profilaktika fakultəsinin elmi katibi vəzifəsində çalışırdı. 1975-ci ildə kafedraya ağır itki üz verir, o vaxtlar kafedra müdri olmuş professor M.M. Kuliyev qəflətən dünyasını dəyişir. Nisə xanımın kafedrada ən gənc mütəxəssis olmasına baxmayaraq o vaxtki institutunun rəhbərliyi başda akademik M.C. Cavadzadə olmaqla tərəddüd etmədən onun namizədliyini kafedra müdiri vəzifəsinə irəli sürür və o ildən bugünədək Nisə xanım Mirişli bu vəzifədə çalışmışdır. 1975-ci ildə həmçinin o tibbi-profilaktika fakultəsinin dekanı 1981-1988-ci illərdə isə institutut ilk pariya komitəsinin katibi vəzifələrində çalışır. 1986-ci ildə Nisə xanıma “Azərbaycan Respublikasının əməkdar həkimi” fəxri adı verilir. Nisə xanım kafedranın ənənələrini daim yaşatmışdı. O, vaxtlar institut ümumittifaq miqyaslı olduğundan kurslarda təhsil alan tələbələr müxtəlif respublikalardan gəlirdilər. Nisə xanım onlara dərs deməklə yanaşı Azərbaycanın mədəniyyətini, musiqisini, tarixini təbliğ edir, onları Bakının bir sıra tarixi yerlərinə ekskursiyalarına aparırdı. Kafedra müdiri olduğu müddətdə o kafedranı kadr potensialnın qayğısına qalmış, məhz bu illərdə dosent Fərzəliyev F.A. və ass. Məcidova E.K., ass. Süleymanov V.Q. Moskva və Sankt-Peterburq şəhərlərinə məqsədli aspiranturaya göndərilərək elmlər namizədi kimi kafedraya qayıtmişlar. Nisə xanım ümumittifaq miqyaslı bir sıra konfrans və konqreslərdə (Moskva, Sankt-Peterburq, Kiev, Tbilisi, Səmərqənd və b.) iştirak və məruzə ilə çıxış etmişdir. O, 100dən yuxarı elmi nəşrin, 2 monografiyanın müəllifidir, 5 elmlər namizədi hazırlamışdır. Nisə xanımın xüsusiyyətləri içərisində onun obyektivliyini kafedrada yaradıcı mühit yaratmasını və tükənməz optimizmi qeyd etmək olar.
Respublikanın əməkdar həkimi, tibb elmləri doktoru, professor Nisəxanım Mirişli 1975-ci ildən Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun Yoluxucu xəstəliklər kafedrasına rəhbərlik edib. Ekologiya və həyat fəaliyyəti təhlükəsizliyi elmləri Beynəlxalq Akademiyasının akademiki idi.
2004-cü ildən “Əlillər Dünyası” qəzetinin Redaksiya Heyətinin, 2008-ci ildən isə “Beynəlxalq Əlillər Dünyası” İctimai Birliyinin İdarə Heyətinin üzvü idi.
“Beynəlxalq Əlillər Dünyası” İctimai Birliyinin kollektivi və sədri Tahir Xudiyev İB-in İdarə Heyətinin üzvü Nisəxanım Mirişlinin vəfatından kədərləndiyini bildirir və ailəsinə dərin hüznlə başsağlığı verirlər.
Allah rəhmət eləsin!

BANK REKVİZİTLƏRİ:

“Beynəlxalq Əlillər Dünyası”İctimai Birliyinin bu bank hesabının xeyirxah insanların maddi yardımına böyük ehtiyacı vardır.

Edilən hər bir yaxşılığa görə cəmiyyət adından əvvəlcədən təşəkkürümüzü bildiririk.

Azərbaycan Beynəlxalq Bankının “Sənaye” Filialı

AZ 82 IBAZ 38090 01 944 2609752 211- AZN;

AZ 72 IBAZ 38190 01 840 2609752 211- USD

ƏLİLLƏR DÜNYASI QƏZETİ

BAŞ REDAKTORDAN

Nə üçün "Əlillər Dünyası" ?

Qəzetin təsisçisi və baş redaktoru Tahir Xudiyev: "Əlillər Dünyası" sizin öz dünyanız olacaq"

“Əlillər Dünyası” qəzeti 2002-ci ildən təsis olunub. Dövlət qeydiyyatından keçən hüquqi, İctimai-siyasi qəzet olan "Əlillər Dünyası"nın  əsas məqsədi cəmiyyətdə əlillərin potensialını göstərmək, onların heç də ianə ünvanı olmadığını diqqətə çatdırmaqdır. Əlillərə göstərilən qayğı, onların arzuları, düşüncələri, eləcə də problemləri qəzetimizdə öz əksini tapacaqdır. Əhalinin bu kontingentinə biganə münasibət bəsləyən məmurlar kəskin tənqid hədəfimizə çevriləcəklər. Əlillərlə bağl

RƏYLƏR

"ƏLİLLƏR DÜNYASI"na xoş arzular

"Qeyd etmək istəyirəm ki, böyük enreji ehtiyatlarına malik Azərbaycan bu gün də sürətlə inkişaf edir. Mən əminəm ki, qəzetinizin kollektivi də ölkənizin belə sürətli inkişafı ilə ayaqlaşır. Həqiqətən də, "Əlillər Dünyası" qəzetinin kollektivi fəaliyyət göstərdiyi sahədə gənc, müstəqil Azərbaycan dövləti üçün böyük işlər görür". Enn Dersi, ABŞ-ın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri ("Əlillər Dünyası" в„– 17, 2 sentyabr, 2008-ci il)

VİDEOLENT

Beynəlxalq Əlillər Cəmiyyəti

FOTO QALEREYA