“Beynəlxalq Əlillər Cəmiyyəti” İctimai Birliyi üzvlərinin problemlərini həll etməyə çalışır

“Beynəlxalq Əlillər Cəmiyyəti” İctimai Birliyi qarşıdan gələn 3 dekabr-Beynəlxalq Əlillər Günü münasibətilə silsilə tədbirlər həyata keçirir. Bu məqsədlə İB-in sədri Tahir Xudiyev istedadlı əlil üzvlərinin problemlərinin həlli ilə bağlı Təhsil naziri cənab Misir Mərdanova müraciət etmişdir. Təhsil Nazirliyinin De- İnstitutlaşma və Uşaqların Müdafiəsi İdarəsinin şöbə müdiri Həbib Kərimov İB-in ofisində olmuş, onların problemləri ilə maraqlanmışdır.
İB-in üzvü 1995-ci il təvəllüdlü, 1-ci qrup əlil Cümşüdov Ümid Fərhad oğlu dekorativ incəsənət üzrə əl işlərinin müəllifidir. O, 2 ildir ki, T.İsmayılov adına Uşaq Yaradılcılıq Mərkəzində məşğul olur. Ümidin hərəkət qabiliyyəti məhdud olduğu üçün o, Mərkəz tərəfindən evdə fərdi təhsil almaq istədiyini, eyni zamanda fərdi satış-sərgisinin təşkil olunmasına köməklik göstərilməsini xahiş etdi. 1989-cu il təvəllüdlü Nəcəfzadə Vasif Şahin oğlu rəssamdır. O, xaricdə təhsil almaq istədiyini bildirdi. Hər iki rəssam həm də emalatxana ilə təmin olunmaq istəklərini Həbib müəllimə çatdırdılar. 1-ci qrup əlil Sadıxov Murad Sadıx oğlu (Murad Sadıx) isə müğənnidir. 1990-cı il təvəllüdlüdür. Murad 6-cı sinfi bitirdikdən sonra xəstəliyi ilə əlaqədar olaraq təhsil almayıb. Lakin buna baxmayaraq, çox istedadlı və intellektual səviyyəli bir gəncdir. Murad Sadıx yarımçıq qalmış fərdi təhsilini davam etdirmək və səsli kompyuter arzusunda olduğunu bildirdi. İB-in digər bir üzvü 1995-ci il təvəllüdlü Ağayeva Nərmin Elçin qızı isə anadangəlmə lal-kardır. O, bu günədək heç bir təhsil almayıb. O, həm də serebral iflic xəstəsidir. Odur ki, Nərminin evdə fərdi təhsil almaq istəyini babası Rafiq Ələsgərov bildirdi.
Həbib Kərimov problemlərlə tanış olmuş, bu barədə təhsil naziri cənab Misir Mərdanova məlumat verəcəyini bildirmişdir. Yaxın gələcəkdə qanun çərçivəsində bu problemlərin müsbət həlli ilə məşğul olacaqlarını bildirmişdir. Hətta yerindəcə Nərmin Ağayevanın təhsili ilə bağlı məsələnin həlli üçün bir neçə dövlət müəssisəsi ilə əlaqə saxlamışdır.
Görüşdə həmçinin valideynlər və İB-in Novxanı kənd Nümayəndəliyinin sədri Lalə Abuzərova da iştirak etmişlər.

BANK REKVİZİTLƏRİ:

“Beynəlxalq Əlillər Dünyası”İctimai Birliyinin bu bank hesabının xeyirxah insanların maddi yardımına böyük ehtiyacı vardır.

Edilən hər bir yaxşılığa görə cəmiyyət adından əvvəlcədən təşəkkürümüzü bildiririk.

Azərbaycan Beynəlxalq Bankının “Sənaye” Filialı

AZ 82 IBAZ 38090 01 944 2609752 211- AZN;

AZ 72 IBAZ 38190 01 840 2609752 211- USD

ƏLİLLƏR DÜNYASI QƏZETİ

BAŞ REDAKTORDAN

Nə üçün "Əlillər Dünyası" ?

Qəzetin təsisçisi və baş redaktoru Tahir Xudiyev: "Əlillər Dünyası" sizin öz dünyanız olacaq"

“Əlillər Dünyası” qəzeti 2002-ci ildən təsis olunub. Dövlət qeydiyyatından keçən hüquqi, İctimai-siyasi qəzet olan "Əlillər Dünyası"nın  əsas məqsədi cəmiyyətdə əlillərin potensialını göstərmək, onların heç də ianə ünvanı olmadığını diqqətə çatdırmaqdır. Əlillərə göstərilən qayğı, onların arzuları, düşüncələri, eləcə də problemləri qəzetimizdə öz əksini tapacaqdır. Əhalinin bu kontingentinə biganə münasibət bəsləyən məmurlar kəskin tənqid hədəfimizə çevriləcəklər. Əlillərlə bağl

RƏYLƏR

"ƏLİLLƏR DÜNYASI"na xoş arzular

"Qeyd etmək istəyirəm ki, böyük enreji ehtiyatlarına malik Azərbaycan bu gün də sürətlə inkişaf edir. Mən əminəm ki, qəzetinizin kollektivi də ölkənizin belə sürətli inkişafı ilə ayaqlaşır. Həqiqətən də, "Əlillər Dünyası" qəzetinin kollektivi fəaliyyət göstərdiyi sahədə gənc, müstəqil Azərbaycan dövləti üçün böyük işlər görür". Enn Dersi, ABŞ-ın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri ("Əlillər Dünyası" в„– 17, 2 sentyabr, 2008-ci il)

VİDEOLENT

Beynəlxalq Əlillər Cəmiyyəti

FOTO QALEREYA