İB-in üzvləri “İctimai” Televiziyada “Qadın Dünyası” verilişinin qonağı olmuşlar
Onlardan bəziləri- 1-ci qrup əlil Aybəniz Nəsirova, 1-ci qrup əlil Ümid Cümşüdov 10 dekabr 2011-ci il tarixində “İctimai” Televiziyada “Qadın Dünyası” verilişinin qonağı olmuşlar. Aybəniz xanım “Təkəlduz” jurnalının təsisçisi, Təkəlduz tikmə sənəti üzrə çoxlu sayda əl işlərinin müəllifidir.
1995-ci il təvəllüdlü Ümid isə muncuqla düzmə dekorativ sənət üzrə işləyir. Verilişin aparıcısı Leyla xanım İctimai Birlik və “Əlillər Dünyası” qəzetimiz barədə məlumat vermişdir. Sonra verilişin aparıcısı Leyla xanım Aybəniz xanım və Ümidlə ayrı-ayrılıqda söhbət etmiş, onların əl işlərini nümayiş etdirmişdir.
Verilişdə həmçinin Cəmiyyətimizin üzvü müğənni Murad Sadıx da iştirak etmişdir. O da öz sənəti barədə danışmış, mahnıları ilə verilişə rəngarənglik qatmışdır.