1 saylı CM-dakı əlil məhbuslara maarifləndirmə tədbiri

Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidməti ilə “Beynəlxalq Əlillər Cəmiyyəti” İctimai Birliyi arasında “Cəza çəkən əlil insanların problemlərinin həlli istiqamətində beynəlxalq təcrübənin tətbiq edilməsi, bu sahədə müvafiq maarifləndirmə işinin aparılması və cəmiyyətə inteqrasiya olunmalarında köməklik göstərilməsi məqsədilə keçiriləcək seminar-treninqlərə dair” 10 mart 2011-ci il tarixində Tədbirlər Planı imzalanmışdır.
Tədbirlər Planına müvafiq olaraq indiyədək bir çox Cəzaçəkmə Müəssisələrində əlil məhbuslarla görüşlər keçirilmişdir.
22.11.2011-ci il tarixində isə “Beynəlxalq Əlillər Cəmiyyəti” İctimai Birliyi Ədliyyə Nazirliyinin Penitensiar Xidməti ilə birgə 1 saylı Cəzaçəkmə Müəssisəsində cəzaçəkən müxtəlif qruplu əlilliyi olan məhkumlarla “Əlilliyi olan məhkumların sosial reabilitasiyasının həyata keçirilməsi qaydaları” mövzusunda görüş keçirmişdir.
Tədbirdə 17 nəfər əlilliyi olan məhbuslar, PX-nın Baş İdarəsi Tərbiyə İşinin Təşkili İdarəsinin böyük inspektoru, ədliyyə mayoru Natəvan Tahirova, inspektor, ədliyyə mayoru Samir Mehdiyev, “Beynəlxalq Əlillər Cəmiyyəti” İctimai Birliyinin sədri Tahir Xudiyev, Birliyin hüquqşünası Səhəddin Cəfərov, 1 saylı CM-nın təlim-tərbiyə işinin təşkili üzrə rəis müavini Elxan Bəylərov və dəstə rəisləri iştirak etmişlər.
Tədbirdə mövzu ilə əlaqədar Tahir Xudiyev, Natəvan Tahirova, Səhəddin Cəfərov, Elxan Bəylərov çıxış etmişlər.
Söhbət zamanı əlil məhkumları maraqlandıran suallar, onların irəli sürdükləri problem və çətinliklər dinlənilmiş və həmin problem və çətinliklərin mövcud qanunvericilik çərçivəsində həlli barədə onlarla maarifləndirmə işləri aparılmışdır. Əlil məhbuslar Nizami rayonu Tibbi-Sosial-Ekspert-Komissiyasından haqlı olaraq narazılıq etdilər. Belə ki, Hepatit C və ağır gedişli kavernoz vərəm xəstəliyi olan məhbuslar müayinədən keçəndən sonra onlara əlillik dərəcəsi verilməyib. Müayinə vaxtı bəzi əlil məhbusların sənədləri TSEK tərəfindən itirilmişdir. Sənədlər yenidən təqdim ediləndən sonra aradakı ayların pensiyası ödənilməyib. Forma 88 verilsə də əlillik dərəcəsi almaq əlil məhbuslar üçün problemə çevrilib. Təəssüf ki, bu hal yalnız 1 saylı CM-dakı məhbuslara aid deyil, Nizami rayonunda yaşayan azadlıqda olan vətəndaşlar da belə problemlərlə üzləşirlər.
Tədbirlər Planına müvafiq olaraq, bu səpkidə tədbirlər ƏN PX ilə davam etdiriləcək və əlil məhkumlarla bağlı müəyyən problem və çətinliklər ictimai nəzarətə götürüləcəkdir.
Sonda İctimai Birliyin sədri Tahir Xudiyev çıxış edərək 22 noyabr - ədliyyə işçilərinin peşə bayramı günü münasibətilə ədliyyə işçilərini təbrik etmiş, onlara uğurlar arzu etmişdir.

BANK REKVİZİTLƏRİ:

“Beynəlxalq Əlillər Dünyası”İctimai Birliyinin bu bank hesabının xeyirxah insanların maddi yardımına böyük ehtiyacı vardır.

Edilən hər bir yaxşılığa görə cəmiyyət adından əvvəlcədən təşəkkürümüzü bildiririk.

Azərbaycan Beynəlxalq Bankının “Sənaye” Filialı

AZ 82 IBAZ 38090 01 944 2609752 211- AZN;

AZ 72 IBAZ 38190 01 840 2609752 211- USD

ƏLİLLƏR DÜNYASI QƏZETİ

BAŞ REDAKTORDAN

Nə üçün "Əlillər Dünyası" ?

Qəzetin təsisçisi və baş redaktoru Tahir Xudiyev: "Əlillər Dünyası" sizin öz dünyanız olacaq"

“Əlillər Dünyası” qəzeti 2002-ci ildən təsis olunub. Dövlət qeydiyyatından keçən hüquqi, İctimai-siyasi qəzet olan "Əlillər Dünyası"nın  əsas məqsədi cəmiyyətdə əlillərin potensialını göstərmək, onların heç də ianə ünvanı olmadığını diqqətə çatdırmaqdır. Əlillərə göstərilən qayğı, onların arzuları, düşüncələri, eləcə də problemləri qəzetimizdə öz əksini tapacaqdır. Əhalinin bu kontingentinə biganə münasibət bəsləyən məmurlar kəskin tənqid hədəfimizə çevriləcəklər. Əlillərlə bağl

RƏYLƏR

"ƏLİLLƏR DÜNYASI"na xoş arzular

"Qeyd etmək istəyirəm ki, böyük enreji ehtiyatlarına malik Azərbaycan bu gün də sürətlə inkişaf edir. Mən əminəm ki, qəzetinizin kollektivi də ölkənizin belə sürətli inkişafı ilə ayaqlaşır. Həqiqətən də, "Əlillər Dünyası" qəzetinin kollektivi fəaliyyət göstərdiyi sahədə gənc, müstəqil Azərbaycan dövləti üçün böyük işlər görür". Enn Dersi, ABŞ-ın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri ("Əlillər Dünyası" в„– 17, 2 sentyabr, 2008-ci il)

VİDEOLENT

Beynəlxalq Əlillər Cəmiyyəti

FOTO QALEREYA