Nisəxanım Mirişli

“Beynəlxalq Əlillər Dünyası” İctimai Birliyinin İdarə Heyəti və “Əlillər Dünyası” qəzetinin Redaksiya Heyətinin üzvü, akademik Nisəxanım Mirişli ömrünün 79-cu ilində dünyasını dəyişdi.
Nisə xanım Məmməd qızı Mirişli 1932-ci ildə Bakı şəhərində ziyalı ailəsində anadan olmuşdu. Atası Məmməd kişi dəmir yolu mühəndisi, anası tibb işçisi idi. Nisə xanım orta təhsilini Bakı şəhəri 132 nömrəli məktəbdə almışdı. 1956-ci ildə N.Nərimanov adına Tibb İnstitutunun müalicə-profilaktika fakültəsini bitirir. 1962-ci ildə Azərbaycanda ilk dəfə olaraq Mirişli N.M. tərəfindən kəskin və xroniki kolitlər zamanı bağırsaq mikroflorası öyrənilib və onun korreksiyası metodu tətbiq olunub, bu üsullar indi də öz aktuallığını itirməyib. Sonrakı illərdə Mirişli N.M. xroniki B virus hepatitinin Bakı şəhərinin iri sənaye müəssisələrində yayılması yollarını öyrənib və infeksiyanın profilaktikasının kompleks tədbirlər sistemini hazırlayaraq tətbiq edib.
Respublikanın əməkdar həkimi, tibb elmləri doktoru, professor Nisəxanım Mirişli 1975-ci ildən Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun Yoluxucu xəstəliklər kafedrasına rəhbərlik edib. Ekologiya və həyat fəaliyyəti təhlükəsizliyi elmləri Beynəlxalq Akademiyasının akademiki idi.
2004-cü ildən “Əlillər Dünyası” qəzetinin Redaksiya Heyətinin, 2008-ci ildən isə “Beynəlxalq Əlillər Dünyası” İctimai Birliyinin İdarə Heyətinin üzvü idi.
“Beynəlxalq Əlillər Dünyası” İctimai Birliyinin kollektivi və sədri Tahir Xudiyev İB-in İdarə Heyətinin üzvü Nisəxanım Mirişlinin vəfatından kədərləndiyini bildirir və ailəsinə dərin hüznlə başsağlığı verirlər.
Allah rəhmət eləsin!

BANK REKVİZİTLƏRİ:

“Beynəlxalq Əlillər Dünyası”İctimai Birliyinin bu bank hesabının xeyirxah insanların maddi yardımına böyük ehtiyacı vardır.

Edilən hər bir yaxşılığa görə cəmiyyət adından əvvəlcədən təşəkkürümüzü bildiririk.

Azərbaycan Beynəlxalq Bankının “Sənaye” Filialı

AZ 82 IBAZ 38090 01 944 2609752 211- AZN;

AZ 72 IBAZ 38190 01 840 2609752 211- USD

ƏLİLLƏR DÜNYASI QƏZETİ

BAŞ REDAKTORDAN

Nə üçün "Əlillər Dünyası" ?

Qəzetin təsisçisi və baş redaktoru Tahir Xudiyev: "Əlillər Dünyası" sizin öz dünyanız olacaq"

“Əlillər Dünyası” qəzeti 2002-ci ildən təsis olunub. Dövlət qeydiyyatından keçən hüquqi, İctimai-siyasi qəzet olan "Əlillər Dünyası"nın  əsas məqsədi cəmiyyətdə əlillərin potensialını göstərmək, onların heç də ianə ünvanı olmadığını diqqətə çatdırmaqdır. Əlillərə göstərilən qayğı, onların arzuları, düşüncələri, eləcə də problemləri qəzetimizdə öz əksini tapacaqdır. Əhalinin bu kontingentinə biganə münasibət bəsləyən məmurlar kəskin tənqid hədəfimizə çevriləcəklər. Əlillərlə bağl

RƏYLƏR

"ƏLİLLƏR DÜNYASI"na xoş arzular

"Qeyd etmək istəyirəm ki, böyük enreji ehtiyatlarına malik Azərbaycan bu gün də sürətlə inkişaf edir. Mən əminəm ki, qəzetinizin kollektivi də ölkənizin belə sürətli inkişafı ilə ayaqlaşır. Həqiqətən də, "Əlillər Dünyası" qəzetinin kollektivi fəaliyyət göstərdiyi sahədə gənc, müstəqil Azərbaycan dövləti üçün böyük işlər görür". Enn Dersi, ABŞ-ın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri ("Əlillər Dünyası" в„– 17, 2 sentyabr, 2008-ci il)

VİDEOLENT

Beynəlxalq Əlillər Cəmiyyəti

FOTO QALEREYA