ELNUR MAHMUDOV
Azərbaycanın “Silk Way” aviasiya şirkətinə məxsus IL-76 yük təyyarəsinin iyulun 5-dən 6-na keçən gecə Əfqanıstanın Pərvan vilayətində qəzaya uğraması nəticəsində faciəli şəkildə həlak olanlardan biri-bort operatoru, 1981-ci il təvəllüdlü Elnur Ərəstun oğlu Mahmudovdur. Elnur “Beynəlxalq Əlillər Cəmiyyəti” İctimai Birliyinin Gənclər Departamentinin rəhbəri idi. Elnurun anası, 2-ci qrup əlil Rəhilə xanım Babayeva da bizim Cəmiyyətin üzvüdür.
Elnur Mahmudovun atası Ərəstun Mahmudov bort-mexanik idi. Ərəstun Mahmudov 1992-ci il yanvarın 28-də Ağdam-Şuşa marşrutu ilə uçan “MI-8" vertolyotunun ermənilər tərəfindən vurulması nəticəsində həlak olub. Ölümündən sonra ona Milli Qəhrəman adı verilib.
Atasının ölümündən sonra Elnur anası Rəhilə xanıma, bacıları Mehriban və Tünzaləyə təsəlli yeri idi. Onlar Elnura toy etmək, onun övladını görmək arzusunu ilə yaşayırdılar. Elnurun qismətində isə atası Ərəstun Mahmudov kimi gənc yaşlarında əbədiyyətə qovuşmaq var imiş…
Biz də Böyük Allahdan Elnura rəhmət, ailəsi və yaxınlarına isə sonsuz səbr diləyirik.
Allah rəhmət eləsin!