ƏLİL İNSANLARIN VƏ ÖVLADLARI FİZİKİ QÜSURLU OLAN VALİDEYNLƏRİN SOSİAL PROBLEMLƏRİ


“Beynəlxalq Əlillər Cəmiyyəti” İctimai Birliyimizin əməkdaşları Bakı şəhərində və respublikamızın rayonlarında olmuş, əlillərin sosial problemləri ilə maraqlanmışlar. İctimai Birlik kimi aidiyyati dövlət qurumları - Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Azərbaycan Respublikası Milli Məclisin Sosial-İqtisadi Komissiyası qarşısında vəsatət qaldıraraq, bu problemlərin həlli ilə bağlı təklif irəli sürmüşük. Ombudsman Aparatına isə bu məsələnin müsbət həlli yolunda İctimai Birliyimizə dəstək olması üçün müraciət etmişik.

İctimai Birliyimiz tərəfindən aparılan monitorinq zamanı məlum olmuşdur ki, ucqar kənd rayonları və Qarabağın ətraf rayonlarında vəziyyət daha acınacaqlıdır. Hətta 2-3 uşağı anadangəlmə əlil olan ailələr var. Belə nəticəyə gəlmək olar ki, müharibə şəraitində yaşadıqlarından, gənc ailələrin yaşayış səviyyəsi aşağı olduğundan, işsizlikdən, hamilə anaların lazımınca qidalanmamasından, tibbi xidmətin vaxtında və lazımı səviyyədə göstərilməməsindən, valideynlərin keçirdiyi həyəcan və stressdən irəli gələrək dünyaya gələn uşaqların əksəriyyəti fiziki qüsurlu doğulur ki, bu da əlilliyin artmasına səbəb olur. Həmçinin ucqar dağ kəndlərində tibb məntəqələrinin olmaması, tibbi personalın qeyri-peşəkarlığı, müasir tibbi avadanlığın olmaması da bu problemlərin yaranmasına səbəb olur.

Birinci məsələ. Monitorinq zamanı ən çox rast gəlinən problemlərdən birincisi odur ki, anadangəlmə fiziki qüsurlu olan azyaşlı uşaqlara 55 manat məbləğində yardım göstərilir ki, bu da heç onların zəruri dərmanlarının əldə edilməsinə yetərli deyil. Bu qəbildən olan uşaqlara qulluq etdiklərinə görə isə valideynlərə dövlət tərəfindən heç bir müavinət verilmir. Ancaq təqaüd yaşına çatdıqda valideynlərə təqaüd təyin ediləndə iş stajı sayılır. Bu da əhalinin sosial cəhətdən aztəminatlı ailələrinin haqlı narazılıqlarına səbəb olur.

1-ci təklif: Bizim fikrimizcə, anadangəlmə fiziki qüsurlu doğulan uşaqlara qulluq etdiklərinə görə valideynlərə dövlət tərəfindən müəyyən məbləğdə müavinətin təyin edilməsi məqsədəmüvafiq hesab edilə bilər.

2-ci məsələ. Aparılan monitorinq zamanı ən çox rast gəlinin digər bir problem isə odur ki, ümumi səbəbdən əlil olan vətəndaşlar yaşayış səviyyələrinin çox aşağı olmasından narazılıqlarını bildirmişdilər. Onlara əvvəllər kommunal xərclərdə, nəqliyyatda edilən güzəştlərin xeyli kömək olduğunu bildirdilər. Söylədilər ki, bu güzəştlər ləğv ediləndən sonra onların yaşayış səviyyəsi çox aşağı düşüb. Verilən təqaüd bugünkü bazar səbətinə uyğun gəlmir. Düzdür, dövlət tərəfindən ümumi səbəbdən əlil olan vətəndaşlara verilən təqaüd bir neçə dəfə artırılıb. Lakin bu təqaüd onların dərman puluna və kommunal xərclərinin ödənilməsinə güclə çatır. Qalan pul isə onların hətta minimum yaşayışını ödəmir.
2-ci təklif: Məhz buna görə, ümumi səbəbdən əlil olan vətəndaşların sosial vəziyyətinin yaxşılaşdırılması üçün onlara verilən təqaüdün bazar səbətinə uyğunlaşdırılaraq tənzimlənməsi istiqamətində müvafiq tədbirlərin görülməsi vacibdir.

Onu da qeyd etmək istəyirik ki, fiziki qüsurlu insanların həmin bu iki problemləri ilə bağlı ilk dəfə olaraq hələ 2005-2006-cı illərdə “Əlillər Dünyası” qəzetimiz vasitəsilə yazı dərc etmişdik. Hazırda da İctimai Birlik kimi bu problemlərin həlli ilə bağlı aidiyyati dövlət qurumlarına müraciət etmişik.

Bu təkliflərin müsbət həll olunması xüsusi qayğıya ehtiyacı olan insanların sosial vəziyyətinin yaxşılaşmasına şərait yaradar, ailələrin möhkəmlənməsinə səbəb olar, narazılığın azalmasına, eyni zamanda da dövlətə qarşı rəğbətin artmasına xidmət edər.

BANK REKVİZİTLƏRİ:

“Beynəlxalq Əlillər Dünyası”İctimai Birliyinin bu bank hesabının xeyirxah insanların maddi yardımına böyük ehtiyacı vardır.

Edilən hər bir yaxşılığa görə cəmiyyət adından əvvəlcədən təşəkkürümüzü bildiririk.

Azərbaycan Beynəlxalq Bankının “Sənaye” Filialı

AZ 82 IBAZ 38090 01 944 2609752 211- AZN;

AZ 72 IBAZ 38190 01 840 2609752 211- USD

ƏLİLLƏR DÜNYASI QƏZETİ

BAŞ REDAKTORDAN

Nə üçün "Əlillər Dünyası" ?

Qəzetin təsisçisi və baş redaktoru Tahir Xudiyev: "Əlillər Dünyası" sizin öz dünyanız olacaq"

“Əlillər Dünyası” qəzeti 2002-ci ildən təsis olunub. Dövlət qeydiyyatından keçən hüquqi, İctimai-siyasi qəzet olan "Əlillər Dünyası"nın  əsas məqsədi cəmiyyətdə əlillərin potensialını göstərmək, onların heç də ianə ünvanı olmadığını diqqətə çatdırmaqdır. Əlillərə göstərilən qayğı, onların arzuları, düşüncələri, eləcə də problemləri qəzetimizdə öz əksini tapacaqdır. Əhalinin bu kontingentinə biganə münasibət bəsləyən məmurlar kəskin tənqid hədəfimizə çevriləcəklər. Əlillərlə bağl

RƏYLƏR

"ƏLİLLƏR DÜNYASI"na xoş arzular

"Qeyd etmək istəyirəm ki, böyük enreji ehtiyatlarına malik Azərbaycan bu gün də sürətlə inkişaf edir. Mən əminəm ki, qəzetinizin kollektivi də ölkənizin belə sürətli inkişafı ilə ayaqlaşır. Həqiqətən də, "Əlillər Dünyası" qəzetinin kollektivi fəaliyyət göstərdiyi sahədə gənc, müstəqil Azərbaycan dövləti üçün böyük işlər görür". Enn Dersi, ABŞ-ın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri ("Əlillər Dünyası" в„– 17, 2 sentyabr, 2008-ci il)

VİDEOLENT

Beynəlxalq Əlillər Cəmiyyəti

FOTO QALEREYA