İlham Əliyevdən ev alan Qarabağ əlili həbsxanada kömək istəyir

Məlumat üçün bildiririk ki, 2011-ci ildə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidməti ilə “Beynəlxalq Əlillər Cəmiyyəti” İctimai Birliyi arasında imzalanmış Tədbirlər Planına əsasən ötən il Cəzaçəkmə Müəssisələrində müxtəlif tədbirlər həyata keçirilmişdir. Penitensiar Xidmətlə İctimai Birlik arasında 2012-ci il üçün yenidən imzalanmış “Cəza çəkən əlil insanların problemlərinin həlli istiqamətində beynəlxalq təcrübənin tətbiq edilməsi, bu sahədə müvafiq maarifləndirmə işinin aparılması və cəmiyyətə inteqrasiya olunmalarında köməklik göstərilməsi məqsədilə keçiriləcək seminar-treninqlərə dair” adlı Tədbirlər Planına müvafiq olaraq 12 yanvar 2012-ci il tarixində ƏN PX-nin 9 saylı Cəzaçəkmə Müəssisəsində “Əlil məhkumların sosial hüquqlarının həyata keçirilməsi istiqamətində maarifləndirmə işinin aparılması” mövzusunda görüş keçirilmişdir. Cəzaçəkmə müəssisəsində cəzaçəkən məhkumlardan 5 nəfəri müxtəlif qruplu əlilliyi olan insanlardır. Tədbirdə 5 nəfər əlilliyi olan məhkumlar, “Beynəlxalq Əlillər Dünyası” İctimai Birliyinin sədri Tahir Xudiyev, Birliyin İdarə Heyətinin üzvü Məlahət Abdullayeva, PX-nın Baş İdarəsi Tərbiyə İşinin Təşkili İdarəsinin inspektoru Əli Nəbiyev, 9 saylı CÇM-nın əməliyyat rejimi üzrə rəis müavini, polkovnik-leytenant Qaçay Aslanov, Tərbiyə işinin təşkili bölməsinin rəisi, kapitan Sənan Əşrəfov, Mühasibat bölməsinin rəisi, baş-leytenant Elvin Əhmədov iştirak etmişlər. Tədbirdə mövzu ilə əlaqədar Tahir Xudiyev, Əli Nəbiyev, Qaçay Aslanov çıxış etdilər.
Mövzu ilə əlaqədar əlil məhkumlarla söhbət aparılmışdır. Söhbət zamanı əlil məhkumları maraqlandıran suallar, onların söylədikləri problem və çətinliklər dinlənilmiş və həmin problem və çətinliklərin mövcud qanunvericilik çərçivəsində həlli barədə onlarla maarifləndirmə işləri aparılmışdır. Məhkum, Astara rayonunda anadan olmuş Cəfərov Kamran Asəf oğlu 2011-ci ilin iyul ayından 3-cü qrup əlildir. Məhkumun dediyinə görə, o vaxtdan bu günədək əlilliyə görə təqaüd almayıb.
Məhkum Muradov Fərman Məzahim oğlu 1988-ci ildən 2-ci qrup gözdən əlildir. 3-4 ay pensiya alıb. Sonra tutulub. Söylədiyinə görə, bütün sənədləri itib, amma arxivdə var. Məhkum deyir ki, özü bu məsələ ilə bağlı indiyədək heç yerə müraciət etməyib.
Digər məhkum Nəcəfov Mais Fazil oğlu 1995-ci ildən təqaüddədir. 2-ci qrup ömürlük Qarabağ müharibəsi əlilidir. Prezident təqaüdçüsüdür. 5 nəfər ailə üzvü var. Atası da 1-ci qrup əlildir. M.Nəcəfovun söylədiyinə görə, 2011-ci ilin fevral ayında möhtərəm Prezidentimiz Qarabağ müharibəsi əlili kimi onun ailəsinə Pirallahı adasında ev verib. May ayında isə Mais Nəcəfov həbs olunub. Dediyinə görə, ailəsi onlara verilən evin orderini itirib. M.Nəcəfov oğlunun həqiqi hərbi xidməti başa vurub qayıtdıqdan sonra işsiz olduğu üçün onun işlə təmin olunmasına köməklik göstərilməsini və arxivdən evlərinin orderinin surətinin alınmasında köməklik göstərilməsini xahiş etdi.
Sonda 9 saylı CÇM-nın əməliyyat rejimi üzrə rəis müavini, polkovnik-leytenant Qaçay Aslanov çıxış edərək təşəkkürünü bildirmiş, bu tədbirin keçirilməsinin İctimai Birlik tərəfindən CÇM-nın işinə bir növ dəstək olduğunu, məhkumların problemlərinin həlli yollarının birlikdə axtarılmasının təqdirəlayiq iş olduğunu söyləmişdir.
Tədbirlər Planına müvafiq olaraq ƏN PX ilə birgə bu səpkidə görüşlər mütəmadi olaraq davam etdiriləcək və əlil məhkumlarla bağlı müəyyən problem və çətinliklər ictimai nəzarətə götürüləcəkdir.

BANK REKVİZİTLƏRİ:

“Beynəlxalq Əlillər Dünyası”İctimai Birliyinin bu bank hesabının xeyirxah insanların maddi yardımına böyük ehtiyacı vardır.

Edilən hər bir yaxşılığa görə cəmiyyət adından əvvəlcədən təşəkkürümüzü bildiririk.

Azərbaycan Beynəlxalq Bankının “Sənaye” Filialı

AZ 82 IBAZ 38090 01 944 2609752 211- AZN;

AZ 72 IBAZ 38190 01 840 2609752 211- USD

ƏLİLLƏR DÜNYASI QƏZETİ

BAŞ REDAKTORDAN

Nə üçün "Əlillər Dünyası" ?

Qəzetin təsisçisi və baş redaktoru Tahir Xudiyev: "Əlillər Dünyası" sizin öz dünyanız olacaq"

“Əlillər Dünyası” qəzeti 2002-ci ildən təsis olunub. Dövlət qeydiyyatından keçən hüquqi, İctimai-siyasi qəzet olan "Əlillər Dünyası"nın  əsas məqsədi cəmiyyətdə əlillərin potensialını göstərmək, onların heç də ianə ünvanı olmadığını diqqətə çatdırmaqdır. Əlillərə göstərilən qayğı, onların arzuları, düşüncələri, eləcə də problemləri qəzetimizdə öz əksini tapacaqdır. Əhalinin bu kontingentinə biganə münasibət bəsləyən məmurlar kəskin tənqid hədəfimizə çevriləcəklər. Əlillərlə bağl

RƏYLƏR

"ƏLİLLƏR DÜNYASI"na xoş arzular

"Qeyd etmək istəyirəm ki, böyük enreji ehtiyatlarına malik Azərbaycan bu gün də sürətlə inkişaf edir. Mən əminəm ki, qəzetinizin kollektivi də ölkənizin belə sürətli inkişafı ilə ayaqlaşır. Həqiqətən də, "Əlillər Dünyası" qəzetinin kollektivi fəaliyyət göstərdiyi sahədə gənc, müstəqil Azərbaycan dövləti üçün böyük işlər görür". Enn Dersi, ABŞ-ın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri ("Əlillər Dünyası" в„– 17, 2 sentyabr, 2008-ci il)

VİDEOLENT

Beynəlxalq Əlillər Cəmiyyəti

FOTO QALEREYA