"Beynəlxalq Əlillər Cəmiyyəti" İB ANS-in "ASTAR" verilişində

“Beynəlxalq Əlillər Cəmiyyəti” İctimai Birliyimizin əməkdaşları Bakı şəhərində və respublikamızın rayonlarında olmuş, əlillərin sosial problemləri ilə maraqlanmışlar. Aparılan monitorinq zamanı müxtəlif qruplu əlillər bir sıra problemlərindən danışmış, əlilliyin artmasından, işsizlikdən, güzəranlarından, maddi vəziyyətlərindən şikayət etmişlər. “Beynəlxalq Əlillər Cəmiyyəti” İctimai Birlik kimi aidiyyati dövlət qurumları - Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Azərbaycan Respublikası Milli Məclisin Sosial-İqtisadi Komissiyası qarşısında vəsatət qaldıraraq, bu problemlərin həlli ilə bağlı təkliflər irəli sürmüşük. Ombudsman Aparatına isə bu məsələnin müsbət həlli yolunda İctimai Birliyimizə dəstək olması üçün müraciət etmişik.
30 yanvar 2012-ci il tarixində ANS TV-nin Zəminə Əliyevanın müəllifi olduğu “ASTAR” verilişi əlillərin qarşılaşdıqları problemlərə həsr olunmuşdur. Həmin verilişdə “Beynəlxalq Əlillər Cəmiyyəti” İctimai Birliyimizin sədri Tahir Xudiyev, sədr müavini, AMEA Fəlsəfə, Sosialogiya və Hüquq İnstitutunun aparıcı elmi işçisi, fəlsəfə elmləri doktoru Mir Müstəqil Ağayev və İdarə Heyətinin üzvü, “Əlillər Dünyası” qəzetinin Redaksiya Heyətinin üzvü, şairə, Azərbaycan Yazılar Birliyi və Jurnalistlər Birliyinin üzvü, “Qızıl qələm “mükafatı laureatı Ülkər Atəş də bu problemlərdən və onların həlli yollarından geniş danışmışlar. Bu problemlər bilavasitə onların özlərinə çox yaxşı tanışdır. Çünki T.Xudiyev özü 2-ci qrup, M.M.Ağayevin oğlu 1-ci qrup, Ülkər xanım isə 1-ci qrup əlildirlər.
Onu da qeyd etmək istəyirik ki, fiziki qüsurlu insanların problemləri ilə bağlı ilk dəfə olaraq hələ 2005-2006-cı illərdə “Əlillər Dünyası” qəzetimiz vasitəsilə ictimaiyyəti və aidiyyəti dövlət qurumlarını məlumatlandırmışdıq.
Bu təkliflərin müsbət həll olunması xüsusi qayğıya ehtiyacı olan insanların sosial vəziyyətinin yaxşılaşmasına şərait yaradar, ailələrin möhkəmlənməsinə səbəb olar, narazılığın azalmasına, eyni zamanda da dövlətə qarşı rəğbətin artmasına xidmət edər.

BANK REKVİZİTLƏRİ:

“Beynəlxalq Əlillər Dünyası”İctimai Birliyinin bu bank hesabının xeyirxah insanların maddi yardımına böyük ehtiyacı vardır.

Edilən hər bir yaxşılığa görə cəmiyyət adından əvvəlcədən təşəkkürümüzü bildiririk.

Azərbaycan Beynəlxalq Bankının “Sənaye” Filialı

AZ 82 IBAZ 38090 01 944 2609752 211- AZN;

AZ 72 IBAZ 38190 01 840 2609752 211- USD

ƏLİLLƏR DÜNYASI QƏZETİ

BAŞ REDAKTORDAN

Nə üçün "Əlillər Dünyası" ?

Qəzetin təsisçisi və baş redaktoru Tahir Xudiyev: "Əlillər Dünyası" sizin öz dünyanız olacaq"

“Əlillər Dünyası” qəzeti 2002-ci ildən təsis olunub. Dövlət qeydiyyatından keçən hüquqi, İctimai-siyasi qəzet olan "Əlillər Dünyası"nın  əsas məqsədi cəmiyyətdə əlillərin potensialını göstərmək, onların heç də ianə ünvanı olmadığını diqqətə çatdırmaqdır. Əlillərə göstərilən qayğı, onların arzuları, düşüncələri, eləcə də problemləri qəzetimizdə öz əksini tapacaqdır. Əhalinin bu kontingentinə biganə münasibət bəsləyən məmurlar kəskin tənqid hədəfimizə çevriləcəklər. Əlillərlə bağl

RƏYLƏR

"ƏLİLLƏR DÜNYASI"na xoş arzular

"Qeyd etmək istəyirəm ki, böyük enreji ehtiyatlarına malik Azərbaycan bu gün də sürətlə inkişaf edir. Mən əminəm ki, qəzetinizin kollektivi də ölkənizin belə sürətli inkişafı ilə ayaqlaşır. Həqiqətən də, "Əlillər Dünyası" qəzetinin kollektivi fəaliyyət göstərdiyi sahədə gənc, müstəqil Azərbaycan dövləti üçün böyük işlər görür". Enn Dersi, ABŞ-ın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri ("Əlillər Dünyası" в„– 17, 2 sentyabr, 2008-ci il)

VİDEOLENT

Beynəlxalq Əlillər Cəmiyyəti

FOTO QALEREYA