"Əlillər Dünyası" qəzeti və “Beynəlxalq Əlillər Cəmiyyəti” İctimai Birliyinin saytı bərpa edildi !


“Beynəlxalq Əlillər Cəmiyyəti” İctimai Birliyi və “Əlillər Dünyası” qəzetinin 2 il əvvəl yaradılmış www.bec.az saytı 16 yanvar 2012-ci il tarixində bizə məlum olmayan səbəbdən dağıdılmışdı. Bu səbəbdən də fevral ayının ortalarınadək saytımız bağlı qaldı.
İllərlə çox çətinlik və zəhmət hesabına gördüyümüz işlər haqqında məlumatlar saytımızda öz əksini tapmışdır. Əlillərin saytın tərtibatında çəkdiyi əziyyətlər, gördüyü işlər barədə məlumatların belə qəddarcasına məhv edilməsi kimə və nəyə lazım idi?! Ümidini bizə bağlayan əlillərə bu amansız bir mənəvi zərbə oldu. Bir deyimdə deyildiyi kimi, onsuz da əzabkeş olan əlillərə bir bu gün çətindir, bir də həmişə....
Bizə qarşı olan bu təxribatın kimlərin tərəfindən törədildiyinin aydınlaşdırılması üçün aidiyyəti dövlət qurumlarına üz tutduq, saytımızın bərpa edilməsi üçün onlardan kömək istədik. Çox çətinliklə olsa da gördüyünüz kimi, saytımız yenidən bərpa olundu.
Yeri gəlmişkən, saytımızın bərpa olunmasında köməklik göstərənlərin hər birinə təşəkkürümüzü bildiririk.
Məlumat üçün bildiririk ki, www.bec.az saytı iki il əvvəl Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi tərəfindən təmənnasız olaraq yaradılmışdı.

BANK REKVİZİTLƏRİ:

“Beynəlxalq Əlillər Dünyası”İctimai Birliyinin bu bank hesabının xeyirxah insanların maddi yardımına böyük ehtiyacı vardır.

Edilən hər bir yaxşılığa görə cəmiyyət adından əvvəlcədən təşəkkürümüzü bildiririk.

Azərbaycan Beynəlxalq Bankının “Sənaye” Filialı

AZ 82 IBAZ 38090 01 944 2609752 211- AZN;

AZ 72 IBAZ 38190 01 840 2609752 211- USD

ƏLİLLƏR DÜNYASI QƏZETİ

BAŞ REDAKTORDAN

Nə üçün "Əlillər Dünyası" ?

Qəzetin təsisçisi və baş redaktoru Tahir Xudiyev: "Əlillər Dünyası" sizin öz dünyanız olacaq"

“Əlillər Dünyası” qəzeti 2002-ci ildən təsis olunub. Dövlət qeydiyyatından keçən hüquqi, İctimai-siyasi qəzet olan "Əlillər Dünyası"nın  əsas məqsədi cəmiyyətdə əlillərin potensialını göstərmək, onların heç də ianə ünvanı olmadığını diqqətə çatdırmaqdır. Əlillərə göstərilən qayğı, onların arzuları, düşüncələri, eləcə də problemləri qəzetimizdə öz əksini tapacaqdır. Əhalinin bu kontingentinə biganə münasibət bəsləyən məmurlar kəskin tənqid hədəfimizə çevriləcəklər. Əlillərlə bağl

RƏYLƏR

"ƏLİLLƏR DÜNYASI"na xoş arzular

"Qeyd etmək istəyirəm ki, böyük enreji ehtiyatlarına malik Azərbaycan bu gün də sürətlə inkişaf edir. Mən əminəm ki, qəzetinizin kollektivi də ölkənizin belə sürətli inkişafı ilə ayaqlaşır. Həqiqətən də, "Əlillər Dünyası" qəzetinin kollektivi fəaliyyət göstərdiyi sahədə gənc, müstəqil Azərbaycan dövləti üçün böyük işlər görür". Enn Dersi, ABŞ-ın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri ("Əlillər Dünyası" в„– 17, 2 sentyabr, 2008-ci il)

VİDEOLENT

Beynəlxalq Əlillər Cəmiyyəti

FOTO QALEREYA