CƏMİYYƏT HAQQINDA

                                                           "Beynəlxalq Əlillər Cəmiyyəti”  

                                                                  İctimai Birliyi haqqında

               məlumat

Əlillərin sosial müdafiəsinin yaxşılaşdırılması məqsədilə Azərbaycan Respublikası 2008-ci il oktyabr ayının ikisindən “Əlillərin hüquqları haqqında Beynəlxalq Konvensiya”ya  qoşulmuşdur.

         Azərbaycan Mətbuat Şurasının üzvü olan “Əlillər Dünyası” qəzeti 2003-cü ildən, Beynəlxalq Əlillər Cəmiyyəti” İctimai Birliyi isə 2008-ci ildən fəaliyyət göstərir.

         Birliyin fəaliyyətinin əsas məqsədi bütün kateqoriyalardan olan əlilliyi olan insanların sosial müdafiəsini gücləndirmək üçün yerli, beynəlxalq və xarici təşkilatlarla qarşılıqlı əməkdaşlıq əlaqələrinin qurulmasından ibarətdir və daimi, əbədi fəaliyyət göstərmək üçün təsis edilmişdir.  Beynəlxalq Əlillər Cəmiyyəti” İB dövlətin əlilliyi olan insanlara dair hər bir sahədə çıxardığı qanunların icra olunmasına ictimai nəzarəti həyata keçirir, bütün kateqoriyalı əlilliyi olan insanların, eyni zamanda əlilliyi olan məhbusların özlərinin və ailə üzvlərinin haqqının və hüquqlarının müdafiəsi, sosial və tibbi problemlərinin həlli ilə məşğul olur, yeri gəldikdə ictimai vəkillik də edir. Eləcə də əlilliyi olan insanlara psixoloji yardım, hüquqi və sosial xidmətlər göstərir, əlillərin təhsil, müalicə, maddi yardım almasına kömək edir və onların sosial-iqtisadi problemlərini ictimailəşdirir. Nizamnaməsinə uyğun olaraq İctimai Birlik əlilliyi olan insanların ayrı-ayrı ekstremist qrupları tərəfindən terror fəaliyyətində iştirakının, həmçinin əlilliyi olan qadınların ictimai bəlalara (insan alveri, narkotik vasitələrin daşıyıcısı, psixotrop dərman preparatlarının qanunsuz dövriyyəsi) cəlb olunmasının qarşısının alınması  üçün  dövlət proqramında nəzərdə tutulmuş maarifləndirmə işləri apara bilər.

         Birlik siyasət və kommersiya fəaliyyəti ilə məşğul deyil.

         Öz fəaliyyətində tolerantlığı əsas götürür. Belə ki, dinindən, irqindən və milli mənsubiyyətindən asılı olmayaraq hər bir kəs Birliyin üzvü ola bilər.

         Beynəlxalq Əlillər Cəmiyyəti” İctimai Birliyi Azərbaycan Respublikasının ərazisində və xaricdə filial və nümayəndəliklərini təsis edə bilər.

 

                                                                                                Mətbuat Xidməti

 

BANK REKVİZİTLƏRİ:

“Beynəlxalq Əlillər Dünyası”İctimai Birliyinin bu bank hesabının xeyirxah insanların maddi yardımına böyük ehtiyacı vardır.

Edilən hər bir yaxşılığa görə cəmiyyət adından əvvəlcədən təşəkkürümüzü bildiririk.

Azərbaycan Beynəlxalq Bankının “Sənaye” Filialı

AZ 82 IBAZ 38090 01 944 2609752 211- AZN;

AZ 72 IBAZ 38190 01 840 2609752 211- USD

ƏLİLLƏR DÜNYASI QƏZETİ

BAŞ REDAKTORDAN

Nə üçün "Əlillər Dünyası" ?

Qəzetin təsisçisi və baş redaktoru Tahir Xudiyev: "Əlillər Dünyası" sizin öz dünyanız olacaq"

“Əlillər Dünyası” qəzeti 2002-ci ildən təsis olunub. Dövlət qeydiyyatından keçən hüquqi, İctimai-siyasi qəzet olan "Əlillər Dünyası"nın  əsas məqsədi cəmiyyətdə əlillərin potensialını göstərmək, onların heç də ianə ünvanı olmadığını diqqətə çatdırmaqdır. Əlillərə göstərilən qayğı, onların arzuları, düşüncələri, eləcə də problemləri qəzetimizdə öz əksini tapacaqdır. Əhalinin bu kontingentinə biganə münasibət bəsləyən məmurlar kəskin tənqid hədəfimizə çevriləcəklər. Əlillərlə bağl

RƏYLƏR

"ƏLİLLƏR DÜNYASI"na xoş arzular

"Qeyd etmək istəyirəm ki, böyük enreji ehtiyatlarına malik Azərbaycan bu gün də sürətlə inkişaf edir. Mən əminəm ki, qəzetinizin kollektivi də ölkənizin belə sürətli inkişafı ilə ayaqlaşır. Həqiqətən də, "Əlillər Dünyası" qəzetinin kollektivi fəaliyyət göstərdiyi sahədə gənc, müstəqil Azərbaycan dövləti üçün böyük işlər görür". Enn Dersi, ABŞ-ın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri ("Əlillər Dünyası" в„– 17, 2 sentyabr, 2008-ci il)

VİDEOLENT

Beynəlxalq Əlillər Cəmiyyəti

FOTO QALEREYA