Ombudsman Aparatından dəstək məktubu
“Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Cəzaçəkmə Müəssisələrində cəzaçəkən əlil məhbuslar və onların himayəsindəki xüsusi qayğıya ehtiyacı olan ailə üzvlərinin sosial problemlərinin həllinə ictimai dəstək” adlı layihənin icrası ilə bağlı keçirilmiş tədbirlərdə layihə çərçivəsində nəşr olunmuş “Məhbus əlillər üçün qanunlar toplusu” adlı kitab məhbuslar, onların ailə üzvlərinə, CÇM-ların kitabxanalarına, dövlət və qeyri-hökumət təşkilatlarına təqdim edilmişdir. Kitab hamı tərəfindən böyük maraqla qarşılanmışdır. Hətta Ombudsman Elmira Süleymanova tərəfindən cəmiyyətin aztəminatlı, qayğıya daha çox ehtiyac duyan məhbus əlillər üçün həyata keçirilən maarifləndirmə tədbirləri və nəşr olunan kitaba görə “Beynəlxalq Əlillər Cəmiyyəti” İB-ya öz təşəkkürünü bildirmiş, uğurlar arzu etmişdir.