PRESS_RELİZ
“İmtiyazlı məhbuslar üçün qanunlar toplusu” adlı maarifləndirmə kitabının təqdimatı


“Beynəlxalq Əlillər Cəmiyyəti” İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının layihəsi çərçivəsində “Əlil məhbuslar və onların ailə üzvlərinin sosial hüquqlarının təmin edilməsinə ictimai dəstək” adlı layihə həyata keçirir.
Layihənin məqsədi imtiyazlı məhbusların və onların ailə üzvlərinin sosial problemlərini araşdırıb aidiyyəti dövlət təşkilatları vasitəsilə həll etməkdən, eyni zamanda imtiyazlı məhbusların həbsdən azad olunduqdan sonra həyata adaptasiya etmələrinə dəstək olmaqdan, o cümlədən, bu istiqamətdə onlarla maarifləndirmə işi aparmaqdan ibarətdir. Eyni zamanda azadlığa çıxdıqdan sonra xüsusi istedada malik imtiyazlı məhbusların həyata adaptasiya etmələrinə dəstək olmaqdan ibarətdir.
25 aprel 2014-cü il tarixində Beynəlxalq Mətbuat Mərkəzində “İmtiyazlı məhbuslar üçün qanunlar toplusu” adlı maarifləndirmə kitabının təqdimatına həsr edilmiş Mətbuat Konfransı keçirilmişdir. Mətbuat Konfransını giriş sözü ilə açan “Beynəlxalq Əlillər Cəmiyyəti” İctimai Birliyinin sədri və layihənin kordinatoru Tahir Xudiyev söylədi ki, 372 səhifədən ibarət olan kitabda imtiyazlı məhbuslar barədə Azərbaycan Respublikasının Qanunları ilə yanaşı, ABŞ-ın və Avropanın Penitensiar Qaydaları da öz əksini tapmışdır. O, bildirdi ki, bu layihə əhəmiyyətliliyinə görə davamlı bir layihədir.
Əlil məhbusların və onların ailə üzvlərinin maarifləndirilməsi məqsədilə ötən illərdə həyata keçirdiyimiz layihələr çərçivəsində nəşr etdirdiyimiz “Məhbus əlillər üçün qanunlar toplusu” və “İmtiyazlı məhbuslar üçün qanunlar toplusu” adlı kitablar, eyni zamanda bir çox dövlət qulluqçularının da stolüstü kitabına çevrilmişdir. Bu qanunlar toplusuna olan tələbatı nəzərə alaraq kitabın yenidən nəşrini məqsədəuyğun saydıq.
Mətbuat Konfransında çıxış edən AMEA-nın Fəlsəfə və Hüquq İnstitutunun «Dövlət və hüquq nəzəriyyəsi, mülki hüquq və mülki proses» şöbəsinin müdiri, hüquq elmləri doktoru, professor, baş ədliyyə müşaviri Habil Qurbanov öz çıxışında bildirdi ki, Müstəqil Azərbaycan Respublikasının penitensiar sistemində mnüsbət islahatlar aparılır. 1997-2001-ci illərdə AR Baş Prokurorluğu cəza yerlərində qanunların icrasına nəzarət idarəsinin rəisi vəzifəsində çalışmış Habil Qurbanov “İmtiyazlı məhbuslar üçün qanunlar toplusu” adlı kitaba verdiyi rəydə bu kitabın zəruri və əhəmiyyətli olduğunu bildirmişdir.
Çıxış edənlər- Fövqəladə Hallar Nazirliyinin əməkdaşı Azadi Quliyev, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşı Şövkət Bəkirov, Milli Qəhrəmanlar Birliyinin sədri Mirbəşir Seyidzadə, “Beynəlxalq Əlillər Cəmiyyəti” İctimai Birliyinin üzvü Sarvan Vağudili (Əmrahov) və başqaları layihənin və kitabın əhəmiyyətindən danışdılar. “Beynəlxalq Əlillər Cəmiyyəti” İctimai Birliyi tərəfindən sosial və mənəvi dəstək alan məhbus Sübhan Kərimov və onun anası Sevil Kərimova da Mətbuat Konfransında iştirak edirdilər. Sübhan Kərimov hazırda cəzasının çəkilməmiş hissəsinin daha yüngül cəza növü ilə əvəz edilməsində göstərdiyi köməkliyə görə İctimai Birliyin əməkdaşlarına öz təşəkkürünü bildirdi. O, söylədi ki, Cəzaçəkmə Müəssisəsinə bir çox təşkilatlar gəlib onların problemləri ilə maraqlanır, lakin bu görüşlərin heç bir nəticəsi olmur. “Beynəlxalq Əlillər Cəmiyyəti” İctimai Birliyi digər təşkilatlardan fərqli olaraq yeganə təşkilatdır ki, qısa zaman ərzində bu problemlərin müsbət həllinə nail oldu. Sevil Kərimova isə gəlininin tibb bacısı kimi işlə təmin olunmasında, xəstə nəvəsinin müalicə olunmasında, ümumiyyətlə yalnız onların yox, bir çox məhbus ailələrinin sosial problemlərinin həllində yardımçı olan “Beynəlxalq Əlillər Cəmiyyəti” İctimai Birliyinin əməkdaşlarına təşəkkürünü bildirmiş və onlara uğurlar arzulamışdır.
Mətbuat Konfransında Azərbaycandakı Qətər səfirliyinin diplomatı cənab Ali Altamimi, DSMF-nin şöbə müdiri Tural Mirzəyev, Qaçqınların və Məcburi Köçkünlərin işləri üzrə Dövlət Komitəsinin əməkdaşı Mübariz Əhmədov, AMEA-nın məsul işçiləri, Fred Asif Fondunun prezidenti Ədalət Məhərrəmov, ictimaiyyət, KİV və QHT nümayəndələri iştirak etmişlər, AZTV-nin əməkdaşları və “Beynəlxalq Əlillər Cəmiyyəti” İctimai Birliyinin əməkdaşı tərəfindən çəkiliş aparılmışdır.
Sonda “Faktlar” qəzetinin təsisçisi və Baş redaktoru Ələddin Həsənoğlu (Əliyev) “İmtiyazlı məhbuslar üçün qanunlar toplusu” adlı maarifləndirmə kitabının nəinki imtiyazlı məhbuslar, həmçinin digər məhbuslar, imtiyazlı vətəndaşlar, həmçinin dövlət təşkilatlarında çalışan işçilər üçün də gərəkli bir vəsait olduğunu nəzərə alaraq Nazirlər Kabinetinə, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə müraciət edib kitabın böyük tirajla yenidən nəşr etdirilməsini təklif etdi. Digər iştirakçılar da bu təklifi dəstəklədilər. Layihənin kordinatoru Tahir Xudiyev bu layihəni dövlətimizin imtiyazlı məhbuslara göstərdiyi qayğının bir hissəsi kimi dəyərləndirmiş və imtiyazlı məhbusların sosial problemlərinin həlli istiqamətində “Beynəlxalq Əlillər Cəmiyyəti” İctimai Birliyinə köməklik edən aidiyyəti dövlət təşkilatlarına öz təşəkkürünü bildirmişdir.

BANK REKVİZİTLƏRİ:

“Beynəlxalq Əlillər Dünyası”İctimai Birliyinin bu bank hesabının xeyirxah insanların maddi yardımına böyük ehtiyacı vardır.

Edilən hər bir yaxşılığa görə cəmiyyət adından əvvəlcədən təşəkkürümüzü bildiririk.

Azərbaycan Beynəlxalq Bankının “Sənaye” Filialı

AZ 82 IBAZ 38090 01 944 2609752 211- AZN;

AZ 72 IBAZ 38190 01 840 2609752 211- USD

ƏLİLLƏR DÜNYASI QƏZETİ

BAŞ REDAKTORDAN

Nə üçün "Əlillər Dünyası" ?

Qəzetin təsisçisi və baş redaktoru Tahir Xudiyev: "Əlillər Dünyası" sizin öz dünyanız olacaq"

“Əlillər Dünyası” qəzeti 2002-ci ildən təsis olunub. Dövlət qeydiyyatından keçən hüquqi, İctimai-siyasi qəzet olan "Əlillər Dünyası"nın  əsas məqsədi cəmiyyətdə əlillərin potensialını göstərmək, onların heç də ianə ünvanı olmadığını diqqətə çatdırmaqdır. Əlillərə göstərilən qayğı, onların arzuları, düşüncələri, eləcə də problemləri qəzetimizdə öz əksini tapacaqdır. Əhalinin bu kontingentinə biganə münasibət bəsləyən məmurlar kəskin tənqid hədəfimizə çevriləcəklər. Əlillərlə bağl

RƏYLƏR

"ƏLİLLƏR DÜNYASI"na xoş arzular

"Qeyd etmək istəyirəm ki, böyük enreji ehtiyatlarına malik Azərbaycan bu gün də sürətlə inkişaf edir. Mən əminəm ki, qəzetinizin kollektivi də ölkənizin belə sürətli inkişafı ilə ayaqlaşır. Həqiqətən də, "Əlillər Dünyası" qəzetinin kollektivi fəaliyyət göstərdiyi sahədə gənc, müstəqil Azərbaycan dövləti üçün böyük işlər görür". Enn Dersi, ABŞ-ın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri ("Əlillər Dünyası" в„– 17, 2 sentyabr, 2008-ci il)

VİDEOLENT

Beynəlxalq Əlillər Cəmiyyəti

FOTO QALEREYA