1-ci qrup Qarabağ əlili mətbuat konfransı keçirdi

 

 

Bu gün Beynəlxalq Mətbuat Mərkəzində Quba rayon Zərdabi kənd sakini, 1-ci qrup Qarabağ əlili Zakir Əliyev Mətbuat Konfransı keçirdi. Konfransda Zakir Əliyev hər iki qolunu müharibədə itirməsinə baxmayaraq özünə qapanıb qalmadığını, həyatla ayaqlaşmaq, ailəsini dolandıqmaq üçün uzun illərdir sahibkarlıq fəaliyyəti ilə məşğul olduğunu söylədi. Zakir Əliyev bu yaxınlarda Xaçmaz rayonu Yalama Dəmiryol Gömrük Məntəqəsinin rəisi tərəfindən təhqir edildiyini və döyüldüyünü bildirdi. Mətbuat Konfransını keçirməkdə məqsədi də bu haqsızlığın qarşısının alınması üçün müraciət etmək idi.

Tədbirdə iştirak edən “Beynəlmiləlçi Əlil Döyüşçülər Fondu”nun rəhbəri Sərraf Orucov da iştirakçılara müraciət edərək,  vətən uğrunda döyüşən 1-ci qrup Qarabağ əlilinə qarşı edilən bu haqsızlığa göz yummamağa, etiraz səsini qaldıqmağa səslədi.

Tədbirdə KİV və QHT nümayəndələri, eləcə də www. azerbaycaninfo.az saytının Baş redaktoru Sübut Mehdiyev, “Əlillər Dünyası” qəzeti  və “Beynəlxalq Əlillər Cəmiyyəti” İctimai Birliyinin rəhbəri Tahir Xudiyev də iştirak edirdilər.

 

15  mart 2016-cı il

“Əlillər Dünyası” qəzetindən

 

 

 

BANK REKVİZİTLƏRİ:

“Beynəlxalq Əlillər Dünyası”İctimai Birliyinin bu bank hesabının xeyirxah insanların maddi yardımına böyük ehtiyacı vardır.

Edilən hər bir yaxşılığa görə cəmiyyət adından əvvəlcədən təşəkkürümüzü bildiririk.

Azərbaycan Beynəlxalq Bankının “Sənaye” Filialı

AZ 82 IBAZ 38090 01 944 2609752 211- AZN;

AZ 72 IBAZ 38190 01 840 2609752 211- USD

ƏLİLLƏR DÜNYASI QƏZETİ

BAŞ REDAKTORDAN

Nə üçün "Əlillər Dünyası" ?

Qəzetin təsisçisi və baş redaktoru Tahir Xudiyev: "Əlillər Dünyası" sizin öz dünyanız olacaq"

“Əlillər Dünyası” qəzeti 2002-ci ildən təsis olunub. Dövlət qeydiyyatından keçən hüquqi, İctimai-siyasi qəzet olan "Əlillər Dünyası"nın  əsas məqsədi cəmiyyətdə əlillərin potensialını göstərmək, onların heç də ianə ünvanı olmadığını diqqətə çatdırmaqdır. Əlillərə göstərilən qayğı, onların arzuları, düşüncələri, eləcə də problemləri qəzetimizdə öz əksini tapacaqdır. Əhalinin bu kontingentinə biganə münasibət bəsləyən məmurlar kəskin tənqid hədəfimizə çevriləcəklər. Əlillərlə bağl

RƏYLƏR

"ƏLİLLƏR DÜNYASI"na xoş arzular

"Qeyd etmək istəyirəm ki, böyük enreji ehtiyatlarına malik Azərbaycan bu gün də sürətlə inkişaf edir. Mən əminəm ki, qəzetinizin kollektivi də ölkənizin belə sürətli inkişafı ilə ayaqlaşır. Həqiqətən də, "Əlillər Dünyası" qəzetinin kollektivi fəaliyyət göstərdiyi sahədə gənc, müstəqil Azərbaycan dövləti üçün böyük işlər görür". Enn Dersi, ABŞ-ın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri ("Əlillər Dünyası" в„– 17, 2 sentyabr, 2008-ci il)

VİDEOLENT

Beynəlxalq Əlillər Cəmiyyəti

FOTO QALEREYA