QHT-lər Quba məzarlığını ziyarət etdilər

Bu gün 31 mart Azərbaycanlıların soyqırımı günü ilə əlaqədar “Beynəlxalq Əlillər Cəmiyyəti” İctimai Birliyi, “Erməni təcavüzünün tanıdılması“ İctimai Birliyi və “Xankəndi” məcburi köçkünlərə dəstək İctimai Birliyi 120 nəfərdən ibarət üzvləri ilə birgə Quba məzarlığını ziyarət etmişlər. Onlar 1918-ci ildə Azərbaycanlıların erməni daşnakları tərəfindən soyqırıma məruz qaldıqlarını unutmayan 1000-lərlə insanın Quba məzarlığını ziyarət etdiyini söyləmişlər. “Erməni təcavüzünün tanıdılması“ İctimai Birliyinin sədri Səriyyə Cəfərova və “Xankəndi” məcburi köçkünlərə dəstək İctimai Birliyinin sədri Xatirə Vəliyeva “Xatirə Kitabı”nda ürək sözlərini yazmış və  TV-lərə müsahibə də vermişlər.

         “Beynəlxalq Əlillər Cəmiyyəti” İctimai Birliyinin sədri Tahir Xudiyev öz çıxışında bildirmişdir ki, ərazisinin 20 faizi işğal olunmuş, əhalisinin 1 milyondan çoxunun qaçqın və məcburi köçkün düşmüş, eləcə də 100-lərlə insanı əlil olmuş terrordan əziyyət çəkən Azərbaycan xalqının nümayəndələri və ictimai birliklərin liderləri kimi harda baş verməsindən asılı olmayaraq bütün dünyada terroru lənətləyirik. Həmçinin bu yaxınlarda səfər edəcəyi xarici ölkələrdə, həmişə olduğu kimi, Azərbaycan həqiqətləri barədə məlumat verəcəyini də bildirdi.

 

                                                                  31 mart 2016-cı il

                                                                  “Əlillər Dünyası” qəzetindən

                                                

 

 

 

 

BANK REKVİZİTLƏRİ:

“Beynəlxalq Əlillər Dünyası”İctimai Birliyinin bu bank hesabının xeyirxah insanların maddi yardımına böyük ehtiyacı vardır.

Edilən hər bir yaxşılığa görə cəmiyyət adından əvvəlcədən təşəkkürümüzü bildiririk.

Azərbaycan Beynəlxalq Bankının “Sənaye” Filialı

AZ 82 IBAZ 38090 01 944 2609752 211- AZN;

AZ 72 IBAZ 38190 01 840 2609752 211- USD

ƏLİLLƏR DÜNYASI QƏZETİ

BAŞ REDAKTORDAN

Nə üçün "Əlillər Dünyası" ?

Qəzetin təsisçisi və baş redaktoru Tahir Xudiyev: "Əlillər Dünyası" sizin öz dünyanız olacaq"

“Əlillər Dünyası” qəzeti 2002-ci ildən təsis olunub. Dövlət qeydiyyatından keçən hüquqi, İctimai-siyasi qəzet olan "Əlillər Dünyası"nın  əsas məqsədi cəmiyyətdə əlillərin potensialını göstərmək, onların heç də ianə ünvanı olmadığını diqqətə çatdırmaqdır. Əlillərə göstərilən qayğı, onların arzuları, düşüncələri, eləcə də problemləri qəzetimizdə öz əksini tapacaqdır. Əhalinin bu kontingentinə biganə münasibət bəsləyən məmurlar kəskin tənqid hədəfimizə çevriləcəklər. Əlillərlə bağl

RƏYLƏR

"ƏLİLLƏR DÜNYASI"na xoş arzular

"Qeyd etmək istəyirəm ki, böyük enreji ehtiyatlarına malik Azərbaycan bu gün də sürətlə inkişaf edir. Mən əminəm ki, qəzetinizin kollektivi də ölkənizin belə sürətli inkişafı ilə ayaqlaşır. Həqiqətən də, "Əlillər Dünyası" qəzetinin kollektivi fəaliyyət göstərdiyi sahədə gənc, müstəqil Azərbaycan dövləti üçün böyük işlər görür". Enn Dersi, ABŞ-ın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri ("Əlillər Dünyası" в„– 17, 2 sentyabr, 2008-ci il)

VİDEOLENT

Beynəlxalq Əlillər Cəmiyyəti

FOTO QALEREYA