“Beynəlxalq Əlillər Cəmiyyəti” İctimai Birliyinin Fransa Senatının uydurma “erməni soyqırımı”nı inkar edənlərin cəzalandırılmasını nəzərdə tutan qanunun qəbul edilməsi ilə bağlı B Ə Y A N A T I

 

           Biz, “Beynəlxalq Əlillər Cəmiyyəti” İctimai Birliyinin kollektivi bu günlərdə Fransa Senatının uydurma “erməni soyqırımı”nı inkar edənlərin cəzalandırılmasını nəzərdə tutan qanunun qəbul edilməsinə kəskin etirazımızı bildiririk. Heç bir mötəbər elmi-tarixi mənbəyə əsaslanmayan bu qanunla bağlı öz mövqeyimizi ortaya qoyarkən belə hesab edirik ki, tarixi reallıqdan çox uzaq olan bu qanun heç bir məntiqə, həqiqət meyarlarına və əxlaq normalarına uyğun gəlmir. Əslində, bu qanun tarixən irqindən, milliyətindən, dini mənsubiyyətindən asılı olmayaraq, öz ərazisində yaşamış bütün xalqlara münasibətdə humanist, sülhsevər və tolerant bir siyasət yürütmüş türklərə qarşı yönəldilmiş növbəti böhtan və iftiradan başqa bir şey deyildir. Çünki özlərini bütün dünyaya “yazıq”, “fağır”, və “əzabkeş” kimi təqdim etməyə çalışan ermənilərin iddia etdiklərinin əksinə olaraq, öz milli-genetik xüsusiyyətlərinə görə tərəqqipərvər bir xalq olan və tarixən dünyanın siyasi düzənində öz müstəsna mövqeyi və xüsusi siyasi çəkisi ilə fərqlənən türklər hər bir zaman bütün xalqlarla qarşılıqlı anlaşma və dinc yaşamaq prinsiplərinə sadiq qalmış, diplomatik münasibətlərdə beynəlxalq hüquq-normalarına və prinsiplərinə ciddi riayət etmişlər. Digər tərəfdən, Fransa Senatının bu haqsız, ədalətsiz və qərəzli qanunu qarşıya belə bir məntiqi sual çıxarır: Hamımız müxtəlif tarixi dövrlərdə, o cümlədən 1918-ci ildə ermənilərinin öz himayədarlarının köməyi ilə Türkiyə ərazisində, habelə Azərbaycanın Bakı şəhərində, Quba, Şamaxı bölgələrində, Dağlıq Qarabağda, Naxçıvanda, Qərbi Azərbaycanda, eləcə də ötən əsrin sonlarında Xocalıda türk millətindən olan çoxlu sayda insanları xüsusi amansızlıqla qətlə yetirərək əsl soyqırım həyata keçirmələrini yaxşı bilirik. Yaxın tarixi keçmişə diqqətlə nəzər yetirdikdə ermənilərin Xocalıda XX əsrin ən böyük, qəddar və dəhşətli cinayətlərindən olan birini törətdiklərinin şahidi oluruq. Həmin soyqırım zamanı ermənilər orada yaşayan çoxlu sayda dinc mülki əhalini xüsusi amansızlıqla qətlə yetirmiş və Xocalını Yer üzündən silmişlər. Bu cinayət yalnız Azərbaycan xalqına qarşı deyil, həm də bütün bəşəriyyətə qarşı yönəldilmiş bir cinayətdir. Eyni zamanda, Xocalı faciəsi insanlıq tarixində analoqu olmayan, misli görünməmiş cinayətlərdən biridir və Fransa dövlətinin bu günədək  həmin cinayətə obyektiv siyasi-hüquqi qiymət verməməsi yalnız təəccüb və təəssüf hissi doğurur.

            Tarixi keçmişə nəzər salanda biz həm də həmişə böyük siyasi iddialarla yaşayan ermənilərin gürcülərə, ləzgilərə, yəhudilərə qarşı da qətliam törətdiklərini görürük. Ümumiyyətlə, tarixdən ermənilərin türklərlə yanaşı digər xalqlara qarşı da törətdikləri vəhşiliklərə dair kifayət qədər  faktlar, nümunələr gətirmək mümkündür. Belə olan halda nə üçün bütün dünyada özünü insan hüquq və azadlıqlarının, demokratik dəyərlərin beşiyi, bayraqdarı və təminatçısı hesab edən Fransa dövləti və eləcə də özünü dünya ictimaiyyətinə obyektiv bir qurum kimi qələmə verməyə çalışan Fransa Senatı həmin soyqırımlarla bağlı bugünədək müvafiq qərarlar qəbul etməyib?! Yeri gəlmişkən, hesab edirik ki, Fransa Senatının bu qanunu nəinki Türkiyə dövlətinə, eləcə də bütün Türk dünyasını mütərəqqi dünya ictimaiyyətinin gözündən salmağa və onu aşağılamağa yönəldilmişdir. Eləcə də bu qanun yalnız Türk xalqlarının deyil, digər haqsevər vətəndaşların da milli heysiyyatına, mənlik şüuruna, mənəvi-psixoloji durumuna ciddi mənfi təsir göstərmişdir.

            Sonda isə bütün yuxarıda qeyd etdiklərimizə uyğun olaraq, Fransa Senatının uydurma “erməni soyqırımı”nı inkar edənlərin cəzalandırılması ilə bağlı qəbul etdiyi məlum qanuna bir daha öz kəskin və qətiyyətli etirazımızı bildirir, Fransa dövlətinin heç bir elmi-tarixi gerçəkliyə və real dəlil-sübutlara əsaslanmayan bu qanununu ləğv etməyə çağırırıq.

     “Beynəlxalq Əlillər Cəmiyyəti”

     İctimai Birliyinin 1200 nəfər üzvləri adından

    Tahir Xudiyev,

     Sədr                                                                                                        

                  Bəyanat həmçinin BMT-nin Baş Katibinə, BMT-nin Təhlükəsizlik Şurasına, BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarına, Avropa Komissiyasına, Avropa Şurasına, ATƏT-ə, müxtəlif xarici ölkələrin Azərbaycan Respublikasındakı səfirliklərinə ünvanlanmışdır.

 

 

 

 

BANK REKVİZİTLƏRİ:

“Beynəlxalq Əlillər Dünyası”İctimai Birliyinin bu bank hesabının xeyirxah insanların maddi yardımına böyük ehtiyacı vardır.

Edilən hər bir yaxşılığa görə cəmiyyət adından əvvəlcədən təşəkkürümüzü bildiririk.

Azərbaycan Beynəlxalq Bankının “Sənaye” Filialı

AZ 82 IBAZ 38090 01 944 2609752 211- AZN;

AZ 72 IBAZ 38190 01 840 2609752 211- USD

ƏLİLLƏR DÜNYASI QƏZETİ

BAŞ REDAKTORDAN

Nə üçün "Əlillər Dünyası" ?

Qəzetin təsisçisi və baş redaktoru Tahir Xudiyev: "Əlillər Dünyası" sizin öz dünyanız olacaq"

“Əlillər Dünyası” qəzeti 2002-ci ildən təsis olunub. Dövlət qeydiyyatından keçən hüquqi, İctimai-siyasi qəzet olan "Əlillər Dünyası"nın  əsas məqsədi cəmiyyətdə əlillərin potensialını göstərmək, onların heç də ianə ünvanı olmadığını diqqətə çatdırmaqdır. Əlillərə göstərilən qayğı, onların arzuları, düşüncələri, eləcə də problemləri qəzetimizdə öz əksini tapacaqdır. Əhalinin bu kontingentinə biganə münasibət bəsləyən məmurlar kəskin tənqid hədəfimizə çevriləcəklər. Əlillərlə bağl

RƏYLƏR

"ƏLİLLƏR DÜNYASI"na xoş arzular

"Qeyd etmək istəyirəm ki, böyük enreji ehtiyatlarına malik Azərbaycan bu gün də sürətlə inkişaf edir. Mən əminəm ki, qəzetinizin kollektivi də ölkənizin belə sürətli inkişafı ilə ayaqlaşır. Həqiqətən də, "Əlillər Dünyası" qəzetinin kollektivi fəaliyyət göstərdiyi sahədə gənc, müstəqil Azərbaycan dövləti üçün böyük işlər görür". Enn Dersi, ABŞ-ın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri ("Əlillər Dünyası" в„– 17, 2 sentyabr, 2008-ci il)

VİDEOLENT

Beynəlxalq Əlillər Cəmiyyəti

FOTO QALEREYA