“Beynəlxalq Əlillər Cəmiyyəti” İctimai Birliyi elektron kitab təqdimatı etdi

http://www.youtube.com/watch?v=NPeh3IynIfg

               “Beynəlxalq Əlillər Cəmiyyəti” İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının yardımı ilə “İmtiyazlı məhbusların özlərinin və ailə üzvlərinin hüquq və azadlıqlarının  müdafiəsi” adlı layi­hə­ həyata keçirir. İctimai Birlik bu layihə çərçivəsində “İmtiyazlı məhbuslar üçün qanunlar toplusu” adlı  kitabın elektron variantını hazırlamışdır.

Bu gün İctimai Birliyin qarşılıqlı əməkdaşlıq etdiyi AMEA-nın Hüquq və İnsan Haqları İnstitutunda həmin elektron kitabın təqdimatı keçirilmişdir.

    Tədbiri giriş sözü ilə açan HİHİ-nin direktor müavini, professor Lalə Əhmədova İctimai Birliklə İnstitut arasında 2015-ci ildə əməkdaşlıq barədə müqavilə imzalanmasını və İctimai Birliyin atrıq İnstitutda bir neçə kitab təqdimatı etdiyini bildirmişdir.

İctimai Birliyin sədri Tahir Xudiyev Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının yardımı ilə ötən illərdə də “İmtiyazlı məhbuslar üçün qanunlar toplusu” adlı kitabın nəşr edildiyini bildirmişdir. Milli Məclisin deputatı Hadı Rəcəbli, Hüquq və İnsan Haqları İnstitutunun direktoru, millət vəkili Aytən Mustafayeva, Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin rəis müavini, general-mayor Hüseyn Əlixanov, professor Habil Qurbanov, fəlsəfə üzrə elmlər doktoru, İctimai Birliyin sədr müavini Mir Müstəqil Ağayevin ön söz yazdıqları bu kitabda imtiyazlı məhbusların hüquqları haqqında Azərbaycan və beynəlxalq qanunları yer almışdır.

Tahir Xudiyev maarifləndirmə məqsədi ilə nəşr edilən “İmtiyazlı məhbuslar üçün qanunlar toplusu” kitabının hamı tərəfindən böyük maraqla qarşılandığını söyləmişdir. Odur ki, müasir tələblərə uyğun olaraq bu il kitabın elektron variantının hazırlanmasının ona olan tələbatın böyüklüyündən irəli gəldiyini söylədi. Eləcə də İctimai Birliyin 2011-ci ildən qarşılıqlı əməkdaşlıq etdiyi Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Cəza Çəkmə Müəssisələrində davamlı olaraq həyata keçirdiyi bu layihənin mahiyyətinin imtiyazlı məhbusların özlərinin və onların ailə üzvlərinin sosial problemlərinin həllinə nail olmaqla insan hüquq və azadlıqlarının qorunmasına ictimai dəstək olmaqdan, bununla da onların hələ Cəza Çəkmə Müəssisələrindən başlayaraq həyata adaptasiya və reabilitasiyasına köməklik etməkdən ibarət olduğunu bildirdi.

         AMEA-nın Mərkəzi Elmi Kitabxanasının direktoru, professor Leyla xanım İmanova “Beynəlxalq Əlillər Cəmiyyəti” İctimai Birliyi ilə imzalanmış müqavilə əsasında kitabın atrıq təmənnasız olaraq Mərkəzi Elmi Kitabxananın Milli Rəqəmsal Yaddaş Bazasına yerləşdirildiyini söylədi.

Çıxış edənlər-professor Habil Qurbanov, millət vəkili Aqil Abbas, professor İmamverdi Zəkiyev, Ombudsman Aparatının məsul şəxsləri Yeganə xanım Cəfərova və Müqalib Mahmudov, BDU-nin kafedra müdiri, professor İradə Hüseynova, İB-in sədr müavini, AMEA-nın fəlsəfə və hüquq institutunun elmi işçisi Mir Müstəqil Ağayev, İB-in İdarə Heyəti üzvü. professor Əhməd Babayev, Penitensiar Xidmətin Tərbiyə İşinin Təşkili İdarəsinin rəis müavini, ədliyyə polkovnik-leytenantı İntiqam Əliyev, Azərbaycan Yazıçılar Birliyinin üzvü, 12 kitab müəllifi, 1-ci qrup əlil Rasim Gənzəli, AİJA-nın prezidenti Eldar İsmayılov, “Erməni təcavüzünün tanıdılması” İB-in sədri Səriyyə Cəfərova, ədliyyə müşaviri, 2-ci qrup Qarabağ əlili, müstəqil ekspert Fərman Rzayev, HİHİ-nun əməkdaşı Nigar Ağakişiyeva və başqaları “İmtiyazlı  məhbuslar üçün qanunlar toplusu”nun həqiqətən də lazımlı maarifləndirmə materialı olduğunu vurğulamış, onun hətta tədris müəssisələrində, hüquq fakultələrində dərs vəsaiti kimi işlənə biləcəyini də söylədilər. Bu gün təqdim edilən kitabın elektron variantını cəmiyyətin maarifləndirilməsi işinə böyük dəstək saydılar, eləcə də “Beynəlxalq Əlillər Cəmiyyəti” İctimai Birliyinin fəaliyyətini də yüksək qiymətləndirmişlər.

Tahir Xudiyev onu da qeyd etdi ki, bu gün təqdim edilən “İmtiyazlı məhbuslar üçün qanunlar toplusu” adlı bu elektron kitabın M.F.Axundov adına Azərbaycan Milli Kitabxanasının, AMEA-nın Mərkəzi Elmi Kitabxanasının, Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Elektron Kitabxanalarında yerləşdirilməsi də nəzərdə tutulub.

Tədbirdə Nəqliyyat Nazirliyi, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, Ədliyyə Nazirliyi, Mədəniyyət və Turizm Nazirliyi, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, HİHİ, ABŞ səfirliyi və digər dövlət və qeyri-hökumət təşkilatları, həmçinin kütləvi informasiya vasitələrinin nümayəndələri də iştirak etmişlər.

Tədbir AZTV, Lider TV, Spase TV, CBC, ATV telekanallarında, Azərtac, eləcə də bir çox KİV vasitəsi ilə  işiqlandırılmışdır.

 

“Beynəlxalq Əlillər Cəmiyyəti” İctimai Birliyinin

 Azərbaycan Respublikasının Prezidenti yanında

Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının

layihəsi çərçivəsində həyata keçirdiyi

İmtiyazlı məhbusların özlərinin və ailə üzvlərinin hüquq və azadlıqlarının  müdafiəsiadlı layi­hə­ zamanı nəşr etdirdiyi

“İmtiyazlı məhbuslar üçün qanunlar toplusu”

adlı  kitabın elektron variantının

linki:

 

                                                     http://en.calameo.com/read/00459548681ed31665740

Mətbuat xidməti,

08 iyun 2016-cı il

 

 

                                               

 

BANK REKVİZİTLƏRİ:

“Beynəlxalq Əlillər Dünyası”İctimai Birliyinin bu bank hesabının xeyirxah insanların maddi yardımına böyük ehtiyacı vardır.

Edilən hər bir yaxşılığa görə cəmiyyət adından əvvəlcədən təşəkkürümüzü bildiririk.

Azərbaycan Beynəlxalq Bankının “Sənaye” Filialı

AZ 82 IBAZ 38090 01 944 2609752 211- AZN;

AZ 72 IBAZ 38190 01 840 2609752 211- USD

ƏLİLLƏR DÜNYASI QƏZETİ

BAŞ REDAKTORDAN

Nə üçün "Əlillər Dünyası" ?

Qəzetin təsisçisi və baş redaktoru Tahir Xudiyev: "Əlillər Dünyası" sizin öz dünyanız olacaq"

“Əlillər Dünyası” qəzeti 2002-ci ildən təsis olunub. Dövlət qeydiyyatından keçən hüquqi, İctimai-siyasi qəzet olan "Əlillər Dünyası"nın  əsas məqsədi cəmiyyətdə əlillərin potensialını göstərmək, onların heç də ianə ünvanı olmadığını diqqətə çatdırmaqdır. Əlillərə göstərilən qayğı, onların arzuları, düşüncələri, eləcə də problemləri qəzetimizdə öz əksini tapacaqdır. Əhalinin bu kontingentinə biganə münasibət bəsləyən məmurlar kəskin tənqid hədəfimizə çevriləcəklər. Əlillərlə bağl

RƏYLƏR

"ƏLİLLƏR DÜNYASI"na xoş arzular

"Qeyd etmək istəyirəm ki, böyük enreji ehtiyatlarına malik Azərbaycan bu gün də sürətlə inkişaf edir. Mən əminəm ki, qəzetinizin kollektivi də ölkənizin belə sürətli inkişafı ilə ayaqlaşır. Həqiqətən də, "Əlillər Dünyası" qəzetinin kollektivi fəaliyyət göstərdiyi sahədə gənc, müstəqil Azərbaycan dövləti üçün böyük işlər görür". Enn Dersi, ABŞ-ın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri ("Əlillər Dünyası" в„– 17, 2 sentyabr, 2008-ci il)

VİDEOLENT

Beynəlxalq Əlillər Cəmiyyəti

FOTO QALEREYA