Ağdamın işğalından 23 il ötür...
İyirmi üç il bundan əvvəl-1993-cü ildə Ağdam rayonu erməni silahlı birləşmələri tərəfindən işğal edildi. Azərbaycanın ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə təkcə Ağdam rayonu 6 min şəhid vermiş, 100-lələ insan əlil olmuş, 10 minlərlə sakini öz ev-eşiklərindən didərgin düşmüşlər.
Bununla bağlı iyulun 23-də “Beynəlxalq Əlillər Cəmiyyəti” İctimai Birliyinin 10-larla üzvləri “Əlillər Dünyası” qəzetinin Redaksiya Heyəti ilə birgə Şəhidlər Xiyabanını ziyarət etmişlər.
Onlar Türkiyədən gələn 15 nəfərə yaxın türk qardaşlarımızla birgə 1918-ci ildə Bakının erməni daşnaklarının hücumundan və azərbaycan xalqının soyqırımından müdafiəsi zamanı azərbaycanlılarla çiyin-çiyinə vuruşaraq şəhidlik zirvəsinə yüksələn türk qardaşlarımızın da məzarlarını ziyarət etmişlər. Tədbirdə “Erməni təcavüzünün tanıdılması” İctimai Birliyinin sədri Səriyyə Cəfərova da iştirak edirdi.
“Əlillər Dünyası” qəzeti,
25 iyul 2016-cı il