QHT daha bir məhbus ailəsini sevindirdi

 “Beynəlxalq Əlillər Cəmiyyəti” İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının dəstəyi ilə “İmtiyazlı məhbusların özlərinin və ailə üzvlərinin hüquq və azadlıqlarının  müdafiəsi” adlı layi­hə­ həyata keçirir.

Layihənin icraçıları həbsdən yenicə azad edilmiş və hazırda Bərdə rayonunda məcburi köçkünlər üçün salınmış Təzə Qəsəbədə yaşayan  Mətləb Hümbətovun öz müraciətinə əsasən onun probleminin həlli ilə məşğul oldular. İB-in əməkdaşları və layihədə könüllü iştirak edən, “Əlillər Dünyası” qəzetinin Redaksiya Heyəti üzvü, 2-ci qrup Qarabağ əlili, ehtiyatda olan polkovnik Nazir Hüseynov problemlə yerində maraqlanmaq üçün bu yaxınlarda Bərdə şəhərində olmuşlar. M. Hüseynov müəyyən obyektiv və subyektiv səbəblərdən öz şəxsiyyət vəsiqəsini və azadlığa çıxdıqdan sonra dövlət tərəfindən verilən birdəfəlik müavinətinin alınmasında çətinlik çəkdiyini bildirmişdi. İB-in əməkdaşları M. Hüseynovun yuxarıda göstərilən hər iki problemini birbaşa müsbət həll etmişlər.

Mətləb Hüseynovun həyat yoldaşı ofisdə fəaliyyət göstərən Qaynar xəttə zəng edərək bu xeyirxahlıq üçün İB-in bütün kollektivinə təşəkkürünü bildirmişdir.

Mətləb Hüseynov isə iyulun 26-da Bakı şəhərinə İB-in ofisinə gələrək özünə və digər imtiyazlı məhbuslara göstərdikləri köməkliyə görə “Beynəlxalq Əlillər Cəmiyyəti” İB və “Əlillər Dünyası” qəzetinin əməkdaşlarına təşəkkürünü bildirmişdir.

Ələlxüsus da möhtərəm Prezidentimizin məhbusların həyata adaptasiyası ilə bağlı göstərdiyi xüsusi diqqətə görə öz minnətdarlığını bildirməyi xahiş etmişdir.

 

 “Əlillər Dünyası” qəzetidən,

27. 07.2016

 

 

BANK REKVİZİTLƏRİ:

“Beynəlxalq Əlillər Dünyası”İctimai Birliyinin bu bank hesabının xeyirxah insanların maddi yardımına böyük ehtiyacı vardır.

Edilən hər bir yaxşılığa görə cəmiyyət adından əvvəlcədən təşəkkürümüzü bildiririk.

Azərbaycan Beynəlxalq Bankının “Sənaye” Filialı

AZ 82 IBAZ 38090 01 944 2609752 211- AZN;

AZ 72 IBAZ 38190 01 840 2609752 211- USD

ƏLİLLƏR DÜNYASI QƏZETİ

BAŞ REDAKTORDAN

Nə üçün "Əlillər Dünyası" ?

Qəzetin təsisçisi və baş redaktoru Tahir Xudiyev: "Əlillər Dünyası" sizin öz dünyanız olacaq"

“Əlillər Dünyası” qəzeti 2002-ci ildən təsis olunub. Dövlət qeydiyyatından keçən hüquqi, İctimai-siyasi qəzet olan "Əlillər Dünyası"nın  əsas məqsədi cəmiyyətdə əlillərin potensialını göstərmək, onların heç də ianə ünvanı olmadığını diqqətə çatdırmaqdır. Əlillərə göstərilən qayğı, onların arzuları, düşüncələri, eləcə də problemləri qəzetimizdə öz əksini tapacaqdır. Əhalinin bu kontingentinə biganə münasibət bəsləyən məmurlar kəskin tənqid hədəfimizə çevriləcəklər. Əlillərlə bağl

RƏYLƏR

"ƏLİLLƏR DÜNYASI"na xoş arzular

"Qeyd etmək istəyirəm ki, böyük enreji ehtiyatlarına malik Azərbaycan bu gün də sürətlə inkişaf edir. Mən əminəm ki, qəzetinizin kollektivi də ölkənizin belə sürətli inkişafı ilə ayaqlaşır. Həqiqətən də, "Əlillər Dünyası" qəzetinin kollektivi fəaliyyət göstərdiyi sahədə gənc, müstəqil Azərbaycan dövləti üçün böyük işlər görür". Enn Dersi, ABŞ-ın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri ("Əlillər Dünyası" в„– 17, 2 sentyabr, 2008-ci il)

VİDEOLENT

Beynəlxalq Əlillər Cəmiyyəti

FOTO QALEREYA