“Beynəlxalq Əlillər Cəmiyyəti” İctimai Birliyi 4 ay davam edən layihəni başa çatdırdı

“Beynəlxalq Əlillər Cəmiyyəti” İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının dəstəyi ilə “İmtiyazlı məhbusların özlərinin və ailə üzvlərinin hüquq və azadlıqlarının  müdafiəsi” adlı layi­hə­ həyata keçirmişdir.

Bu gün “SƏS” İnformasiya Agentliyində layihənin yekununa həsr edilmiş Mətbuat Konfransı keçirilmişdir.

Layihənin rəhbəri və İctimai Birliyin sədri Tahir Xudiyev hesabat xarakterli çıxışında bildirmişdir ki, 4 ay davam edən layihə zamanı 11 nəfər imtiyazlı məhbusların hüquq və azadlıqlarının müafiəsinə nail olunmuşdur. Onların həm Cəzaçəkmə Müəssisələrində olanda, həm də azadlığa çıxdıqdan sonra həyata adaptasiyasına köməklik göstərilmişdir.

Həyata keçirilən layihə boyu İB-ya həm birbaşa, həm də ofisdə fəaliyyət göstərən “Qaynar xətt” vasitəsi ilə müraciət edən hər bir kəsin problemlərinin həlli ilə yanaşı onlarla maarifləndirmə işləri də aparılmışdır. Hüquqları, eyni zamanda vəzifələri də onlara aydınlaşdırlmışdır. Bu da onların cəmiyyətə mümkün qədər çox inteqraisya etmələrinə köməklikdir. Həmçinin onlarla aparılan mənəvi-psixoloji söhbətlər də onların özlərinə qapanmaması, cəmiyyətə yararlı olmaları və  həyata adaptasiya etmələrinə dəstəkdir.

Tahir Xudiyev onu da qeyd etmişdir ki, layihənin icrası zamanı maarifləndirmə tədbirlərinə də xüsusi diqqət yetirilmişdir. Bu məqsədlə İB tərəfindən hazırlanmış elektron kitabla yanaşı, Penitensiar Xidmətin CÇM-larının Kitabxanalarına 100-ə yaxın bədii ədəbiyyat da verilmişdir. Layihənin rəhbəri və İB-in digər üzvləri kitabları Penitensiar Xidmətin İctimaiyyətlə Əlaqələr Şöbəsinin rəhbəri, polkovnik Mehman Sadıqova təqdim etmişlər.

Tədbirdə iştirak edən Ombudsman Aparatının Hüquqi Maarifləndirmə Sektorunun müdiri Müqalib Mahmudov çıxışında bildirmişdir ki, “Beynəlxalq Əlillər Cəmiyyəti” İB nəinki imtiyazlı məhbusların, eləcə də mütxəlif kateqoriyadan olan digər əlilliyi olan şəxslərin sosial problemlərinin həllində daima köməklik göstərir. Müqalib Mahmudov onu da qeyd etmişdir ki, cəzanın məqsədi yalnız cinayətkarı cəzalandırmaq deyil, həm də sosial ədalətin bərpasına nail olmaqdan, məhbusların islah olunmasına, eləcə də gələcəkdə baş verə biləcək cinayətlərin qarşısının alınmasından ibarətdir. Müqalib Mahmudov bu işdə “Beynəlxalq Əlillər Cəmiyyəti” İB tərəfindən hazırlanmış və təqdimatında iştirak etdiyi “İmtiyazlı məhbuslar üçün qanunlar toplusu” adlı elektron kitabını laynız imtiyazlı məhbusların deyil, digər insanların da maarifləndirlməsi işində dəyərli vəsait hesab etdiyini bildirmişdir.

            Çıxış edənlər-“Beynəlxalq Əlillər Cəmiyyəti” İB-in hüquqşünası, layihədə könüllü iştirak edən, ehtiyatda olan mayor Kamal Quliyev, HİHİ-nun direktor müavini Füzuli Kərimov, İB-in Novxanı Nümayəndəliyinin rəhbəri Lalə Abuzərova, İB-in Mədəniyyət şöbəsinin rəhbəri Sayad Quliyeva, Qarabağ müharibəsi veteranı, məcburi köçkün Niyazi Qəhrəmanov və başqaları bu layihənin icrasını yüksək qiymələndirmiş, İB-ya uğurlar arzulamışlar.

Sonda Tahir Xudiyev onu da qeyd etdi ki, yalnız imtiyazlı məhbusların və onların ailə üzvlərinin deyil,  müxtəlif  kateqoriyalı əlilliyi olan insanların da sosial problemlərinin müsbət həllində edilən hər bir köməklik dövlətimizin sosial siyasətinə göstərilən ictimai dəstəkdir. 

Mətbuat Konfransında ictimaiyyət və KİV nümayəndələri də iştirak edirdi.

http://sia.az/ru/news/world/558534-beynelxalq-eliller-cemiyyeti-ictimai-birliyinin-layihesi-basa-catdi

https://www.youtube.com/watch?v=TrkkJ5USppk

 

https://youtu.be/TrkkJ5USppk

 

 

“Əlillər Dünyası” qəzetindən

09 avqust  2016-cı il           

BANK REKVİZİTLƏRİ:

“Beynəlxalq Əlillər Dünyası”İctimai Birliyinin bu bank hesabının xeyirxah insanların maddi yardımına böyük ehtiyacı vardır.

Edilən hər bir yaxşılığa görə cəmiyyət adından əvvəlcədən təşəkkürümüzü bildiririk.

Azərbaycan Beynəlxalq Bankının “Sənaye” Filialı

AZ 82 IBAZ 38090 01 944 2609752 211- AZN;

AZ 72 IBAZ 38190 01 840 2609752 211- USD

ƏLİLLƏR DÜNYASI QƏZETİ

BAŞ REDAKTORDAN

Nə üçün "Əlillər Dünyası" ?

Qəzetin təsisçisi və baş redaktoru Tahir Xudiyev: "Əlillər Dünyası" sizin öz dünyanız olacaq"

“Əlillər Dünyası” qəzeti 2002-ci ildən təsis olunub. Dövlət qeydiyyatından keçən hüquqi, İctimai-siyasi qəzet olan "Əlillər Dünyası"nın  əsas məqsədi cəmiyyətdə əlillərin potensialını göstərmək, onların heç də ianə ünvanı olmadığını diqqətə çatdırmaqdır. Əlillərə göstərilən qayğı, onların arzuları, düşüncələri, eləcə də problemləri qəzetimizdə öz əksini tapacaqdır. Əhalinin bu kontingentinə biganə münasibət bəsləyən məmurlar kəskin tənqid hədəfimizə çevriləcəklər. Əlillərlə bağl

RƏYLƏR

"ƏLİLLƏR DÜNYASI"na xoş arzular

"Qeyd etmək istəyirəm ki, böyük enreji ehtiyatlarına malik Azərbaycan bu gün də sürətlə inkişaf edir. Mən əminəm ki, qəzetinizin kollektivi də ölkənizin belə sürətli inkişafı ilə ayaqlaşır. Həqiqətən də, "Əlillər Dünyası" qəzetinin kollektivi fəaliyyət göstərdiyi sahədə gənc, müstəqil Azərbaycan dövləti üçün böyük işlər görür". Enn Dersi, ABŞ-ın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri ("Əlillər Dünyası" в„– 17, 2 sentyabr, 2008-ci il)

VİDEOLENT

Beynəlxalq Əlillər Cəmiyyəti

FOTO QALEREYA