“Beynəlxalq Əlillər Cəmiyyəti”nin üzvləri MUĞAM-2017-nin yekun konsertində

      İyun ayının 12-də Heydər Əliyev Fondunun dəstəyi ilə Azərbaycan Mədəniyyət Fondunun layihəsi əsasında Azərbaycan Televiziyasının təşkilatçılığı, Mədəniyyət və Turizm Nazirliyinin iştirakı ilə keçirilən “Muğam televiziya müsabiqəsi-2017” yekunlaşdı. Heydər Əliyev Mərkəzində keçirilən müsabiqənin final mərhələsində 7 gənc xanəndə - Rəvanə Əmiraslanlı, Almaxanım Əhmədli, Nurlan Namazov, Valid Abdullayev, Məcid Əsri, Səma Sultanova və Pərviz Qasımov birincilik uğrunda mübarizə apardılar.

   

     Üç ay müddətində davam edən 6-cı “Muğam televiziya müsabiqəsi”nin münsiflər heyətinin qərarı ilə Almaxanım Əhmədli müsabiqənin Qran-pri mükafatını,  Pərviz Qasımov birinci yeri, Səma Sultanova və Rəvanə Əmiraslanlı ikinci yeri, Nurlan Namazov, Valid Abdullayev və Məcid Əsri isə üçüncü yeri qazandılar. Qaliblərə mükafatları respublikamızın görkəmli şəxsiyyətlərindən ibarət olan münsiflər heyətinin üzvləri təqdim etdilər. Birinci yerə layiq görülən gənc mahir muğam ifaçısı Pərviz Qasımov həm də “Tamaşaçı alqışı” mükafatını qazandı.

                                         Mükafatlandırmadan sonra Xalq Artisti Əlibaba Məmmədov muğam sənətinin inkişafına verdiyi yüksək dəstəyə görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə və birinci Vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti, UNESCO-nun və ISESCO-nun xoşməramlı səfiri Mehriban Əliyevaya münsiflər heyəti adından dərin təşəkkürünü bildirdi.

     

      Digər tamaşaçılarla yanaşı “Beynəlxalq Əlillər Cəmiyyəti”nin üzvləri də “Muğam televiziya müsabiqəsi-2017”-nin yekun konsertini canlı izləmək  şansı əldə etdilər. Sədr Tahir Xudiyev münsiflər heyətinin üzvləri- Xalq artisti, professor, Milli Konservatoriyanın muğam kafedrasının müdiri Arif Babayev və Xalq artisti, Prezident mükafatçısı, Milli Konservatoriyanın professoru Mənsum İbrahimovla söhbəti zamanı  bu gənclərin çox yüksək səviyyəli muğam ifalarından həqiqətən feyziyab olduqlarını bildirdi. Bu da əlilliyi olan insanların həyata inteqrasiyasına böyük dəstəkdir.

     

   Sonda müsabiqənin gənc qalib xanəndələrinin birgə ifa etdikləri “Qarabağ şikəstəsi” və Azərbaycan Respublikasının dövlət himni isə hamıya böyük zövq verdi.

     

      “Beynəlxalq Əlillər Cəmiyyəti”nin İdarə Heyəti üzvü, yazıçı-publisist, 1-ci qrup əlil Rasim Gənzəli onu da qeyd etdi ki, müsabiqənin davam etdiyi 3 ay ərzində gənc muğam ifaçılarını canlı izləmək üçün İctimai Birliyin əlilliyi olan və imkansız üzvlərinə daima dəvətnamələr verilib. Buna görə Rasim Gənzəli, İctimai Birliyin Tibb xidməti şöbəsinin əməkdaşları Nailə Bağırova və Aynur Qəhrəmanova Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevaya, Azərbaycan Televiziyasının rəhbərliyinə, Mədəniyyət və Turizm Nazirliyinə Cəmiyyətin üzvləri adından öz dərin təşəkkürlərini bildirdilər.

Məlahət Abdullayeva,

“Əlillər Dünyası” qəzetindən

13.06.2017 

BANK REKVİZİTLƏRİ:

“Beynəlxalq Əlillər Dünyası”İctimai Birliyinin bu bank hesabının xeyirxah insanların maddi yardımına böyük ehtiyacı vardır.

Edilən hər bir yaxşılığa görə cəmiyyət adından əvvəlcədən təşəkkürümüzü bildiririk.

Azərbaycan Beynəlxalq Bankının “Sənaye” Filialı

AZ 82 IBAZ 38090 01 944 2609752 211- AZN;

AZ 72 IBAZ 38190 01 840 2609752 211- USD

ƏLİLLƏR DÜNYASI QƏZETİ

BAŞ REDAKTORDAN

Nə üçün "Əlillər Dünyası" ?

Qəzetin təsisçisi və baş redaktoru Tahir Xudiyev: "Əlillər Dünyası" sizin öz dünyanız olacaq"

“Əlillər Dünyası” qəzeti 2002-ci ildən təsis olunub. Dövlət qeydiyyatından keçən hüquqi, İctimai-siyasi qəzet olan "Əlillər Dünyası"nın  əsas məqsədi cəmiyyətdə əlillərin potensialını göstərmək, onların heç də ianə ünvanı olmadığını diqqətə çatdırmaqdır. Əlillərə göstərilən qayğı, onların arzuları, düşüncələri, eləcə də problemləri qəzetimizdə öz əksini tapacaqdır. Əhalinin bu kontingentinə biganə münasibət bəsləyən məmurlar kəskin tənqid hədəfimizə çevriləcəklər. Əlillərlə bağl

RƏYLƏR

"ƏLİLLƏR DÜNYASI"na xoş arzular

"Qeyd etmək istəyirəm ki, böyük enreji ehtiyatlarına malik Azərbaycan bu gün də sürətlə inkişaf edir. Mən əminəm ki, qəzetinizin kollektivi də ölkənizin belə sürətli inkişafı ilə ayaqlaşır. Həqiqətən də, "Əlillər Dünyası" qəzetinin kollektivi fəaliyyət göstərdiyi sahədə gənc, müstəqil Azərbaycan dövləti üçün böyük işlər görür". Enn Dersi, ABŞ-ın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri ("Əlillər Dünyası" в„– 17, 2 sentyabr, 2008-ci il)

VİDEOLENT

Beynəlxalq Əlillər Cəmiyyəti

FOTO QALEREYA