"Beynəlxalq Əlillər Cəmiyyəti" İB-in üzvləri Moskvada

            24-26 avqust 2017-ci il tarixlərində Rusiya Federasiyasının paytaxtı Moskva şəhərində sağlamlıq imkanları məhdud olan gənclərin "Hədsiz imkanları olan həyat" (“Жизнь безграничных возможностей") adlı VII Yaradıcılıq Festivalı keçirilir. Festivalın təşkilatçısı sağlamlıq imkanları məhdud olan tələbələr üçün xüsusi şəraitə malik Moskva Dövlət Humanitar-İqtisad Universitetidir. Festival Rusiya Federasiyasının Təhsil və Elm Nazirliyinin dəstəyi ilə keçirilir.

            24 avqust tarixində "Hədsiz imkanları olan həyat"  adlı VII Yaradıcılıq Festivalının açılışına həsr olunmuş təntənəli mərasimdə iştirakçıları salamlayan festivalın Təşkilat Komitəsinin sədri və Moskva Dövlət Humanitar-İqtisad Universitetinin rektoru, professor Vaqif Bayramov əsas məqsədin əlilliyi olan istedadlı gəncləri dəstəkləmək, onların yaradıcılığını və sosial adaptasiyasını inkişaf etdirməkdən ibarət olduğunu bildirdi.

            Festivalda 15-20 yaş arası sağlamlıq imkanları məhdud olan tələbələr, Rusiyada və xarici ölkələrdə fəaliyyət göstərən sağlamlıq imkanları məhdud gənclər təşkilatlarının nümayəndələri iştirak edir. Onlar müxtəlif yaradıcı istiqamətlər üzrə vokal, instrumental, rəqs nümunələri ilə çıxış edəcəklər.

            Həmin festivalda respublikamızı "Beynəlxalaq Əlillər Cəmiyyəti" İctimai Birliyi təmsil edir. Onlar festivala qarşılıqlı əməkdaşlıq etdiyi Moskva Dövlət Humanitar-İqtisad Universiteti tərəfindən dəvət almışlar. "Beynəlxalq Əlillər Cəmiyyəti" İB-in sədri Tahir Xudiyevin rəhbərliyi ilə festivalda iştirak edən nümayəndə heyətinin tərkibinə rəqqasələr Nərgiz Əliyeva, Nisə Bağırlı, rəssam, 1-ci qrup əlil Cavid Həsənli, müğənni, xoreoqraf Kamil Ağazadə, İB-in hüquqşünası, 2-ci qrup Qarabağ müharibəsi əlili Əli Mahmudov və tərcüməci Sevinc Xudiyeva daxildır. 

            Azərbaycandan bu festivala yeganə olaraq dəvət alan "Beynəlxalq Əlillər Cəmiyyəti"nin Mədəniyyət şöbəsinin üzvləri Nisə Bağırlı və Nərgiz Əliyevanın festivalın açılış mərasimində ifa etdikləri "Qaval rəsi" tamaşaçılar tərəfindən alqışlarla qarşılanıb. Bundan başqa digər çıxışlar da nəzərdə tutulub.

            Biz də öz növbəmizdə sağlamlıq imkanları məhdud olan gənclərin "Hədsiz imkanları olan həyat" (“Жизнь безграничных возможностей") adlı VII Yaradıcılıq Festivalının iştirakçılarına uğurlar arzulayırıq.

 

Məlahət Abdullayeva

"Əlillər Dünyası" qəzetindən

25.08.2017

 

 

BANK REKVİZİTLƏRİ:

“Beynəlxalq Əlillər Dünyası”İctimai Birliyinin bu bank hesabının xeyirxah insanların maddi yardımına böyük ehtiyacı vardır.

Edilən hər bir yaxşılığa görə cəmiyyət adından əvvəlcədən təşəkkürümüzü bildiririk.

Azərbaycan Beynəlxalq Bankının “Sənaye” Filialı

AZ 82 IBAZ 38090 01 944 2609752 211- AZN;

AZ 72 IBAZ 38190 01 840 2609752 211- USD

ƏLİLLƏR DÜNYASI QƏZETİ

BAŞ REDAKTORDAN

Nə üçün "Əlillər Dünyası" ?

Qəzetin təsisçisi və baş redaktoru Tahir Xudiyev: "Əlillər Dünyası" sizin öz dünyanız olacaq"

“Əlillər Dünyası” qəzeti 2002-ci ildən təsis olunub. Dövlət qeydiyyatından keçən hüquqi, İctimai-siyasi qəzet olan "Əlillər Dünyası"nın  əsas məqsədi cəmiyyətdə əlillərin potensialını göstərmək, onların heç də ianə ünvanı olmadığını diqqətə çatdırmaqdır. Əlillərə göstərilən qayğı, onların arzuları, düşüncələri, eləcə də problemləri qəzetimizdə öz əksini tapacaqdır. Əhalinin bu kontingentinə biganə münasibət bəsləyən məmurlar kəskin tənqid hədəfimizə çevriləcəklər. Əlillərlə bağl

RƏYLƏR

"ƏLİLLƏR DÜNYASI"na xoş arzular

"Qeyd etmək istəyirəm ki, böyük enreji ehtiyatlarına malik Azərbaycan bu gün də sürətlə inkişaf edir. Mən əminəm ki, qəzetinizin kollektivi də ölkənizin belə sürətli inkişafı ilə ayaqlaşır. Həqiqətən də, "Əlillər Dünyası" qəzetinin kollektivi fəaliyyət göstərdiyi sahədə gənc, müstəqil Azərbaycan dövləti üçün böyük işlər görür". Enn Dersi, ABŞ-ın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri ("Əlillər Dünyası" в„– 17, 2 sentyabr, 2008-ci il)

VİDEOLENT

Beynəlxalq Əlillər Cəmiyyəti

FOTO QALEREYA