Yubileyiniz mübarək!

         Heydər Əliyev adına Sarayın direktoru, Əməkdar Mədəniyyət İşçisi Fərhad Babayev uzun illərdir respublikamızın mədəniyyət sahəsində yorulmadan yüksək səylə çalışır. Xalqa və dövlətə göstərdiyi fədakar əməyi onu daima ucaldır, sevdirir.

         Respublikamızın mədəniyyətinin inkişafı və təbliğində göstərdiyi yüksək xidmətlərinə görə Prezident İlham Əliyev cənabları Fərhad Babayevi "Şöhrət"  ordeni  ilə təltif  etmişdir. 

                         Fərhad Babayevin şəhid ailələrinə, əlilliyi olan insanlara göstərdiyi diqqət   və qayğını xüsusi qeyd etmək istəyirik.                    Belə ki, o,  Heydər Əliyev adına Sarayda  kecirilən  konsert proqramlarında və müxtəlif mədəni - kütləvi tədbirlərdə bu                          kateqoriyadan olan insanlara təmənnasız olaraq yerlər ayırır. Bu da həmin  insanlara xoş əhval-ruhiyyə bağışlayır, onların                      cəmiyyətə və həyata inteqrasiyasına müsbət təsir göstərir.

                                                 

          "Beynəlxalq Əlillər Cəmiyyəti"nin İdarə Heyəti və üzvləri, eləcə də mətbu  nəşrimiz olan "Əlillər Dünyası" qəzetinin kollektivi                  adından Fərhad  Babayevi "Şohrət" ordeni ilə təltif olunması və 70 illik yubileyi münasibəti ilə  ürəkdən təbrik edir, bu yüksək                 potensial enerjiyə malik xeyirxah, humanist insana uzun ömür, cansağlığı arzulayırıq.

                                                                                     Tahir Xudiyev                                                                                                                                                                                                16.01.2017

 

BANK REKVİZİTLƏRİ:

“Beynəlxalq Əlillər Dünyası”İctimai Birliyinin bu bank hesabının xeyirxah insanların maddi yardımına böyük ehtiyacı vardır.

Edilən hər bir yaxşılığa görə cəmiyyət adından əvvəlcədən təşəkkürümüzü bildiririk.

Azərbaycan Beynəlxalq Bankının “Sənaye” Filialı

AZ 82 IBAZ 38090 01 944 2609752 211- AZN;

AZ 72 IBAZ 38190 01 840 2609752 211- USD

ƏLİLLƏR DÜNYASI QƏZETİ

BAŞ REDAKTORDAN

Nə üçün "Əlillər Dünyası" ?

Qəzetin təsisçisi və baş redaktoru Tahir Xudiyev: "Əlillər Dünyası" sizin öz dünyanız olacaq"

“Əlillər Dünyası” qəzeti 2002-ci ildən təsis olunub. Dövlət qeydiyyatından keçən hüquqi, İctimai-siyasi qəzet olan "Əlillər Dünyası"nın  əsas məqsədi cəmiyyətdə əlillərin potensialını göstərmək, onların heç də ianə ünvanı olmadığını diqqətə çatdırmaqdır. Əlillərə göstərilən qayğı, onların arzuları, düşüncələri, eləcə də problemləri qəzetimizdə öz əksini tapacaqdır. Əhalinin bu kontingentinə biganə münasibət bəsləyən məmurlar kəskin tənqid hədəfimizə çevriləcəklər. Əlillərlə bağl

RƏYLƏR

"ƏLİLLƏR DÜNYASI"na xoş arzular

"Qeyd etmək istəyirəm ki, böyük enreji ehtiyatlarına malik Azərbaycan bu gün də sürətlə inkişaf edir. Mən əminəm ki, qəzetinizin kollektivi də ölkənizin belə sürətli inkişafı ilə ayaqlaşır. Həqiqətən də, "Əlillər Dünyası" qəzetinin kollektivi fəaliyyət göstərdiyi sahədə gənc, müstəqil Azərbaycan dövləti üçün böyük işlər görür". Enn Dersi, ABŞ-ın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri ("Əlillər Dünyası" в„– 17, 2 sentyabr, 2008-ci il)

VİDEOLENT

Beynəlxalq Əlillər Cəmiyyəti

FOTO QALEREYA