Yubileyiniz mübarək!
Heydər Əliyev adına Sarayın direktoru, Əməkdar Mədəniyyət İşçisi Fərhad Babayev uzun illərdir respublikamızın mədəniyyət sahəsində yorulmadan yüksək səylə çalışır. Xalqa və dövlətə göstərdiyi fədakar əməyi onu daima ucaldır, sevdirir.
Respublikamızın mədəniyyətinin inkişafı və təbliğində göstərdiyi yüksək xidmətlərinə görə Prezident İlham Əliyev cənabları Fərhad Babayevi "Şöhrət" ordeni ilə təltif etmişdir.
Fərhad Babayevin şəhid ailələrinə, əlilliyi olan insanlara göstərdiyi diqqət və qayğını xüsusi qeyd etmək istəyirik. Belə ki, o, Heydər Əliyev adına Sarayda kecirilən konsert proqramlarında və müxtəlif mədəni - kütləvi tədbirlərdə bu kateqoriyadan olan insanlara təmənnasız olaraq yerlər ayırır. Bu da həmin insanlara xoş əhval-ruhiyyə bağışlayır, onların cəmiyyətə və həyata inteqrasiyasına müsbət təsir göstərir.
"Beynəlxalq Əlillər Cəmiyyəti"nin İdarə Heyəti və üzvləri, eləcə də mətbu nəşrimiz olan "Əlillər Dünyası" qəzetinin kollektivi adından Fərhad Babayevi "Şohrət" ordeni ilə təltif olunması və 70 illik yubileyi münasibəti ilə ürəkdən təbrik edir, bu yüksək potensial enerjiyə malik xeyirxah, humanist insana uzun ömür, cansağlığı arzulayırıq.
Tahir Xudiyev 16.01.2017