Əmək və əhalinin sosial müdafiəsi naziri

               

"Beynəlxalq Əlillər Cəmiyyəti" İB Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə "Qaçqın, məcburi köçkün, müharibə veteranları, əlil və sağlamlıq imkanları məhdud olan şəxslərin, məhbusların və ailə üzvlərinin problemlərinin həllinə dəstək" adlı layihə həyata keçirir.

Layihə çərçivəsində ömürünün 40 ilini pedaqoji fəaliyyətə həsr etmiş 90 yaşlı Əsədova Bikə Oruc qızı "Beynəlxalq Əlillər Cəmiyyəti"nə rəsmi müraciət etmişdir. Bikə xanımın oğlu Ağdam rayonu özünümüdafiə batalyonunun əsgəri olmuş Yalçın Əsədov məlum Xocalı faciəsi zamanı ermənilər tərəfindən əsir götürülmüş və başı kəsilmişdir. Bikə xanım hazırda Bakı şəhərində kirayədə yaşayır.

İctimai Birliyin üzvləri Bikə Əsədovanın evində olmuş, problemləri, mənzil şəraiti ilə yerindəcə maraqlanmışlar. Bundan sonra şəhid anasının problemlərinin həlli üçün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə müraciət edilmişdir. Qısa zaman ərzində nazir cənab Sahil Babayev İB-in sədri Tahir Xudiyevi və şəhid anası Bikə Əsədovanı qəbul edərək problemlərini dinləmiş və qanun çərçivəsində lazımi köməklik göstəriləcəyini bildirmişdir.

 

http://azerbaycaninfo.az/cemiyyet/17560-emek-ve-ehalinin-sosial-mudafiesi-naziri-beynelxalq-eliller-cemiyyeti-b-in-uzvleri-ile-gorushdu.html

 

http://qhtxeber.az/news.php?id=9202&lang=az

http://sosialxeber.az/%C9%99m%C9%99k-v%C9%99-%C9%99halinin-sosial-mudafi%C9%99si-naziri-beyn%C9%99lxalq-%C9%99lill%C9%99r-c%C9%99miyy%C9%99ti-ib-in-uzvl%C9%99ri-il%C9%99-gorusdu/

http://fact-info.az/news?id=5106

 

http://www.igdirim76.com/haber/beynlxalq-lillr-cmiyyti/4861/

         01.05.2018

         Mətbuat Xidməti

BANK REKVİZİTLƏRİ:

“Beynəlxalq Əlillər Dünyası”İctimai Birliyinin bu bank hesabının xeyirxah insanların maddi yardımına böyük ehtiyacı vardır.

Edilən hər bir yaxşılığa görə cəmiyyət adından əvvəlcədən təşəkkürümüzü bildiririk.

Azərbaycan Beynəlxalq Bankının “Sənaye” Filialı

AZ 82 IBAZ 38090 01 944 2609752 211- AZN;

AZ 72 IBAZ 38190 01 840 2609752 211- USD

ƏLİLLƏR DÜNYASI QƏZETİ

BAŞ REDAKTORDAN

Nə üçün "Əlillər Dünyası" ?

Qəzetin təsisçisi və baş redaktoru Tahir Xudiyev: "Əlillər Dünyası" sizin öz dünyanız olacaq"

“Əlillər Dünyası” qəzeti 2002-ci ildən təsis olunub. Dövlət qeydiyyatından keçən hüquqi, İctimai-siyasi qəzet olan "Əlillər Dünyası"nın  əsas məqsədi cəmiyyətdə əlillərin potensialını göstərmək, onların heç də ianə ünvanı olmadığını diqqətə çatdırmaqdır. Əlillərə göstərilən qayğı, onların arzuları, düşüncələri, eləcə də problemləri qəzetimizdə öz əksini tapacaqdır. Əhalinin bu kontingentinə biganə münasibət bəsləyən məmurlar kəskin tənqid hədəfimizə çevriləcəklər. Əlillərlə bağl

RƏYLƏR

"ƏLİLLƏR DÜNYASI"na xoş arzular

"Qeyd etmək istəyirəm ki, böyük enreji ehtiyatlarına malik Azərbaycan bu gün də sürətlə inkişaf edir. Mən əminəm ki, qəzetinizin kollektivi də ölkənizin belə sürətli inkişafı ilə ayaqlaşır. Həqiqətən də, "Əlillər Dünyası" qəzetinin kollektivi fəaliyyət göstərdiyi sahədə gənc, müstəqil Azərbaycan dövləti üçün böyük işlər görür". Enn Dersi, ABŞ-ın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri ("Əlillər Dünyası" в„– 17, 2 sentyabr, 2008-ci il)

VİDEOLENT

Beynəlxalq Əlillər Cəmiyyəti

FOTO QALEREYA