Allah rəhmət eləsin
Yevda Abramov haqqında ancaq xoş sözlər deyə bilərəm. Uzun illərə söykənən tanışlığımız və dostluğumuz var idi. O, əsil kişi xarakterli idi, əsil ziyalı idi, dostluğa sədaqətli idi, təəssübküş idi, Azərbaycanı canı kimi sevirdi. Haqqı-ədalət carçısı idi. Yevda Abramov həm gözəl insan, həm də əsil MİLLƏT VƏKİLİ idi, xalqın sevimlisi idi.
Təəssüf ki, səhhətimlə bağlı olaraq dəfn mərasimində iştirak edə bilmədim. Kollektivimiz adında Yevda Abramovun bütün doğmalarına və yaxınlarına dərin hüznlə başsağlığı veririk. Allah rəhmət eləsin!!!
Tahir Xudiyev
"Beynəlxalq Əlillər Cəmiyyəti" İB-in sədri və
"Əlillər Dünyası" qəzetinin Baş redaktoru
10.12.2019