Xüsusi səhiyyə ocağının laqeydliyi

           "Beynəlxalq Əlillər Cəmiyyəti" İB dövlətin əlilliyi olan insanlara dair hər bir sahədə çıxardığı qanunların icra olunmasına ictimai nəzarəti həyata keçirən bir neçə təşkilatdan biridir.

         Yalnız respublikamızda deyil bütün dünyada hökm sürən ağır pandemiya dövründə əlilliyi olan, xəstə və imtiyazlı insanlar 5 saylı Şəhər Kliniki Xəstəxanasının mühafizəçiləri tərəfindən təhqir olunmağı barədə bizə narazılıq və şikayətlərini bildirirdilər. Bilirik ki, indiki ağır şəraitdə pandemiya dövründə, həm də Azərbaycanın mədəniyyət beşiyi olan Şuşada baş verən hadisələr, mənfur erməni qonşularımızın Qarabağda at oynatdığı bir zamanda Azərbyacan üçün ağır, çətin bir şəraitdə məcburi köçkünlərin, Qarabağ əlilləri və veteranlarının stress keçirərək psixoz bir vəziyyətdə olduğu bir zamanda 5 saylı xəstəxanaya gələn imtiyazlı insanlarla kobud davranmağın nə qədər düzgün olub-olmadığını öyrənmək istədim. Səhhətimdə olan ağır xəstəliklərə baxmayaraq bu müraciətləri araşdırmaq üçün özüm həmin xəstəxanya getdim və həmin vəziyyətlə özüm də qarşılaşdım. Belə ki mühafizəçinin mənə yaxınlaşaraq qızdırmanı ölçmək üçün olan cihazı kobud şəkildə həqiqətən də şəxsiyyətə toxunan tərzdə  alnıma tutması nəticəsində həmin psixoz həyacan və stress mənə də  yaşadıldı. İmtiyazlı şəxslərə qarşı olan bu təhqiramiz hadisələr sonradan baş həkimə çatdırılanda o bildirdi ki, biz mühafizəçini işdən azad edə bilmərik, adam yoxdu yerinə qoymağa. Bu necə rəhbər işçidir ki, tədbir görmək əvəzinə xəstə, əlilliyi olan insanların hissləri ilə oynayaraq onların üstünə polisi çağırır. 5 saylı xəstəxana ilə eyni həyətdə Elmi-Tədqiqat Kardiologiya İnstitutu yerləşir, orda insanlarla davranış yüksək səviyyədədir.

         Onu da qeyd edim ki, bu ilin əvvəlində Şuşa şəhərindən məcburi köçkün  Naibə Sadıqova aldığı yanıq xəsarəti ilə bağlı 5 saylı xəstəxananın yanıq şöbəsinə yerləşdirilmişdi (yanvarın 26-da yanıqla əlaqədar 5 saylı xəstəxanaya yerləşdirilib, fevraıl 9-da isə orada rəhmətə gedib). Bu xanım kimsəsiz olduğundan ona xüsusi diqqət və qayğı ilə yanaşılması üçün Səhiyyə Nazirliyinə müraciət etdik. Növbəti dəfə də Səhiyyə Nazirliyi tərəfindən müraciətimizə diqqətlə yanaşıldı və Nazirliyin əməkdaşı Ülviyyə xanım bildirdi ki, baş həkim Naibə Sadıqova barədə məlumatlandırılıb, xahiş onun nəzərinə çatdırılıb.  Məktubla əlaqədar baş həkimlə görüşmək üçün şəxsən mən özüm ora getdim. Lakin  baş həkim 1-ci qrup əlil, müharibə veteranı olmağıma baxmayaraq məni qapıda yarım saat səbəbsiz yerə gözlətdi(qəbulunda heç kəs yox idi). Sonra isə vətən uğrunda sağlamlığını itirən, özündən yaşca çox böyük olan 1-ci qrup əlili salamsız-kəlamsız, insanlığa yaraşmayan çox qeyri-etik bir tərzdə qarşıladı. O, hətta naziriyin tapşırığına da məhəl qoymadı. Tibbi personal tərəfindən isə maddi imkanı olmayan Naibə Sadıqovaya baş çəkməyə gələn həmyerlilərindən məcburən pul alındı. Səhiyyə Nazirliyinin xüsusi tapşırığı olmasına baxmayaraq sonradan xəstənin ölüm kağızının verilməsində də süründürməçilik edirdilər. Ölüm kağızının alınmasında da Səhiyyə Nazirliyi köməyə çatdı.

         Deyəsən möhtərəm Prezidentimiz İlham Əliyev tərəfindən respublikamızda gedən korrupsiyaya qarşı mübarizə və islahatlar 5 saylı xəstəxanaya heç bir təsir  göstərmir, bu gün də 5 saylı xəstəxanada müayinə və müalicə pulla həyata keçirilir. Artıq dözülməz həddə çatdığından qarşılaşdığımız bu problemi ictimailəşdirməyi özümüzə borc bildik.

        

Tahir Xudiyev

"Əlillər Dünyası" qəzetindən

28.05.2020

 

                                  

                                                                                 

BANK REKVİZİTLƏRİ:

“Beynəlxalq Əlillər Dünyası”İctimai Birliyinin bu bank hesabının xeyirxah insanların maddi yardımına böyük ehtiyacı vardır.

Edilən hər bir yaxşılığa görə cəmiyyət adından əvvəlcədən təşəkkürümüzü bildiririk.

Azərbaycan Beynəlxalq Bankının “Sənaye” Filialı

AZ 82 IBAZ 38090 01 944 2609752 211- AZN;

AZ 72 IBAZ 38190 01 840 2609752 211- USD

ƏLİLLƏR DÜNYASI QƏZETİ

BAŞ REDAKTORDAN

Nə üçün "Əlillər Dünyası" ?

Qəzetin təsisçisi və baş redaktoru Tahir Xudiyev: "Əlillər Dünyası" sizin öz dünyanız olacaq"

“Əlillər Dünyası” qəzeti 2002-ci ildən təsis olunub. Dövlət qeydiyyatından keçən hüquqi, İctimai-siyasi qəzet olan "Əlillər Dünyası"nın  əsas məqsədi cəmiyyətdə əlillərin potensialını göstərmək, onların heç də ianə ünvanı olmadığını diqqətə çatdırmaqdır. Əlillərə göstərilən qayğı, onların arzuları, düşüncələri, eləcə də problemləri qəzetimizdə öz əksini tapacaqdır. Əhalinin bu kontingentinə biganə münasibət bəsləyən məmurlar kəskin tənqid hədəfimizə çevriləcəklər. Əlillərlə bağl

RƏYLƏR

"ƏLİLLƏR DÜNYASI"na xoş arzular

"Qeyd etmək istəyirəm ki, böyük enreji ehtiyatlarına malik Azərbaycan bu gün də sürətlə inkişaf edir. Mən əminəm ki, qəzetinizin kollektivi də ölkənizin belə sürətli inkişafı ilə ayaqlaşır. Həqiqətən də, "Əlillər Dünyası" qəzetinin kollektivi fəaliyyət göstərdiyi sahədə gənc, müstəqil Azərbaycan dövləti üçün böyük işlər görür". Enn Dersi, ABŞ-ın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri ("Əlillər Dünyası" в„– 17, 2 sentyabr, 2008-ci il)

VİDEOLENT

Beynəlxalq Əlillər Cəmiyyəti

FOTO QALEREYA