"Beynəlxalq Əlillər Cəmiyyəti"nin e-maili haker hücumuna məruz qalıb
Məlumat üçün bildiririk ki, "Beynəlxalq Əlillər Cəmiyyəti" İB və "Əlillər Dünyası" qəzetinə aid a.r.bec@mail.ru və x.tahir@rambler.ru elektron poçtları 14.01.2021-ci il tarixində gecə saatlarında naməlum şəxslər tərəfindən haker hucumuna məruz qalmışdır. Bundan sonra yenə həmin gün gecə saat 02.48 radələrində bizim e-maillərdən əməkdaşlıq etdiyimiz bütün təşkilatların
e-maillərinə nalayiq sözlərlə, təhqiredici ifadələrlə yazılar göndərilmişdir. Bu barədə 15.01.2021-ci il tarixində tərəfimizdən aidiyyəti üzrə dövlət təşkilatları məlumatlandırılmışdır.
Onu da qeyd edək ki, bir neçə il bundan öncə təşkilatımıza aid bec.az saytı da haker hücumuna məruz qalmışdı.
Nəzərə almağınızı xahiş edirik.
15.01.2021
Tahir Xudiyev
Sədr və Baş Redaktor,
Qarabağ müharibəsi veteranı,
1-ci qrup əlil